ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                 

Cümşüd Nuriyevdən Fazil Mustafaya SƏRT İTTİHAMLAR: - “Ağzını Allah yoluna qoyub danışmasın”
Tarix: 26-07-2022, 17:31 | Çap et
Cümşüd Nuriyevdən Fazil Mustafaya SƏRT İTTİHAMLAR:
Millət vəkili Fazil Mustafanın sosial şəbəkə hesabından yazdığı "Necə ki, ötən gün diqqət yetirirəm ki, vaxtilə birbaşa rus canişini Polyaniçkonun himayəsi altında deputat seçilmiş birisi ağızdolusu ölkədə "5-ci kolon" təhlükəsindən danışırdı və az qala bütün vətənsevər insanları bu kolonun içinə dürtməyə çalışırdı" fikirləri müzakirələrə səbəb olub.

Bir çoxları deputatın bir fikirlərinin sabiq deputat, politoloq Cümşüd Nuriyevə yönəldiyini bildiriblər.

Xüsusilə də, sabiq deputatın sözügedən statusdan bir gün əvvəl yerli mətbutata verdiyi açıqlamada Milli Məclisdə “5-ci kolon”un nümayəndələrinin mövcudluğu ilə bağlı səsləndirdiyi fikirlər bu ehtimalı daha da gücləndirib.

DİA.AZ xəbər verir ki, Cümşüd Nuriyev məsələ ilə bağlı Bizim.Media-ya münasibət bildirərkən Fazil Mustafanı açıq danışmağa çağırıb:

“Fazil Mustafa parlamentə necə seçilibsə, mən də o cür seçilmişəm. Mən seçiləndə Polyaniçko yox, Ayaz Mütəllibov köməklik edib və ondan fərqli olaraq mən bunu açıq şəkildə deyirəm. Çünki ilk seçkilərdə Ağsunun birinci katibi mənə mane oldu, sonra Bakıdan seçildim. 360 nəfər içərisində mənim seçilməyim o qədər də diqqət çəkməməlidir.

İkincisi, güllə hədəfə dəydiyinə görə, bu qədər narahat olublarsa, olmasınlar. Hamı bilir ki, kim kimin vasitəsilə seçilib. Bunu Milli Məclisdəki “5-ci kolon”un nümayəndələri də yaxşı bilirlər. Vaxtilə Heydər Əliyevi məqalələrilə təhqir edən adam, o vəfat edəndən sonra kimin vasitəsilə düşə bilər parlamentə? Bunu düşünsə yaxşı olar. O, heç də ağzını Allah yolunda qoyub danışmasın. Bir az papaqlarını qarşılarına qoyub düşünsələr yaxşı olar. Onların neçə yerə bağlı olduqlarını xalq da çox gözəl bilir”.

Sabiq deputat əlavə edib ki, o fikirlərində heç də Fazil Mustafanı nəzərdə tutmayıb:

“Ataların çox gözəl bir misalı var, soğan yeməmisən için niyə göynəyir? Mən orada ad çəkməmişdim. Azərbaycanı qarışdırmaq istəyən bir neçə simaları olan adamlar barəsində söhbət etmişdim. Əgər adam özünə götürübsə, bu onun problemidir, mənim deyil. Mən daha çox kommunistləri nəzərdə tutmuşdum, o da özünü həmin cərgədə görürsə, nə deyim. İnsan gərək fikirləşsin ki, nələr danışır. Mən elə şeylər var ki, danışmaq istəmirəm. Ayıbdır”.

Fazil Mustafa isə məsələyə münasibət bildirərkən, yazdığı statusda heç bir ad çəkmədiyini qeyd edib:

“Mən sadəcə işarə vurmuşam ki, “5-ci kolon”dan tez-tez danışanlara diqqət edin. Çünki bu adamların böyük əksəriyyəti “5-ci kolon” xofu yaratmaq tapşırığı aldıqları üçün bu istiqamətdə bütün sahələrdə şübhəçilik toxumu səpməklə məşğuldurlar. Bu kimi məsələrdə parlamenti bu qədər total şəkildə ittiham etməyin heç bir adı yoxdur. Bu istiqamətdə açıqlama verən əksər şəxsləri nəzərdə tuturam. Bu adam özünə şamil edirsə olsun, görünür, ona aid olan nələrsə var. Əgər ad çəkmirəmsə, problemə toxunmağı nəzərdə tuturam.

Bizim siyasi fəaliyyətimiz yetərincə şəffafdır. Bəli, Heydər Əliyevə qarşı ən sərt formada müxalifətdə olan mən olmuşam. O, rəhmətə getdikdən sonra isə yeni siyasi formatda AXCP-dən halallaşaraq ayrılıb, yeni partiya yaradaraq iştirak etmişəm. Parlamentdə təmsil olunmağıma gəlincə isə partiyanın kursuna uyğun olaraq da seçkilərə qatılıb, qalib gəlmişəm”.

Fazil Mustafa Cümşüd Nuriyev bəzi faktları açıqlaya biləcəyi ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Buyurun, açıqlayın. Mən böhtanlara, şantajlara boyun əysəydim, indi ayaq üstə olmazdım. İstənilən qüvvənin qarşısında təkbaşına durmağa hazıram. Arzum budur ki, bu cür şəxslər cəmiyyətdə şübhə toxumu əkəcək addımlar atmasınlar”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru