“Vəziyyətimiz olduqca ağırdır, ümidimiz Bakıya gəlib əmək haqqımızı tələb etməyədir” - “Daşkəsən Filizsaflaşdırma”nın 300 fəhləsi maaşını ala bilmir
Tarix: 29-03-2018, 11:15 | Çap et
 “Vəziyyətimiz acınacaqlıdır. Telefonunuza ”vızov" atdığımıza görə də üzr istəyirik. Konturumuz yoxdur. Biz 300 fəhlə az qala acından ölürük. Məcburuq Bakıya gəlib əmək haqqımızı tələb edək". Bu sözləri “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində “Daşkəsən Filizsaflaşdırma”nın fəhləsi Əli Kərimov deyib. Onun sözlərinə görə, fevral ayından 1 qara qəpik də olsa, əmək haqqı almayıblar: “Yeni ili supla da olsa birtəhər yola verdik. Novruz bayramında camaat evində aş bişirdi, biz fəhlələrin də gözü kassanın qapısında qaldı. Düşündük bəlkə qəpik-quruş verərlər, olmadı”.
Əli Kərimov deyir ki, müəssisə tenderə çıxarılsa da, sahib çıxmaq istəyən yoxdur: “Müəssisə qalıb havada, biz də yerdə. Ona görə də heç kimdən heç nə tələb edə bilmirik. Rəhbərliyə deyirik, deyirlər ki, nə sataq? Satmağa da heç nə qalmayıb. Vəziyyət olduqca ağırdır. Ona görə də ümidimiz Bakıya gəlib əmək haqqımızı tələb etməyədir. Bəlkə bu halda bizim müəssisə ilə bağlı bir tədbir görülər, bizlərə əmək haqqı verilər”.
Digər fəhlə Vahid Bayramov isə deyir ki, müəssisədə elə fəhlə var ki, işə gəlir, ondan-bundan çörək alıb yeyir. Müəssisə işçiləri borc almaqdan beziblər. “Yeni Müsavat”ın reportyor qrupu bu ilin yanvarında Daşkəsəndə olub Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma”nın durumu ilə bağlı reportaj hazırlamışdı. “Ələddinin ”sehirli" əməlləri - “Daşkəsən Filizsaflaşdırma”nı dağıdan əllər" sərlövhəli reportajda müəssisənin özəlləşdirilməməsinə əngəl olan səbəbləri fəhlələr dilə gətirmişdilər.
Qeyd edək ki, “Daşkəsən Filizsaflaşdırma” 2 ilə yaxındır ki, özəlləşdiriləcəyi günü gözləyir. Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirilmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib və müəssisənin özəlləşdirilməyə çıxarılması üçün 3 ay vaxt qoyulub. Həmin gündən artıq 1 il 6 ay vaxt keçib, müəssisə özəlləşdirilməyib. Mətbuatda müəssisənin özəlləşdirilməsinin bəzi məmurların maraqlarına uyğun olmadığı haqda çeşidli yazılar dərc olunub. Ölkənin ağır sənayesini ayağa qaldıracaq gücdə olan “Daşkəsən Filizsaflaşdırma”nın məmur maraqları səddini nə vaxt aşacağı bəlli deyil. Bu ilin yanvarında “Yeni Müsavat” əməkdaşları Daşkəsəndə olarkən müəssisənin fəhlələrinin ehtiyac və borc içində çabaladıqlarının şahidi olmuşdular. Həmin günlərdən əvvəl də, bu gün də fəhlələr dövlət qurumlarına, mətbuat orqanlarına usanmadan şikayət yazıb, 2013-cü ildən almadıqları əmək haqlarını tələb etməkdədirlər. “Daşkəsən Filizsaflaşdırma” rayonda yeganə müəssisədir ki, vaxtilə orada 2 mindən artıq işçi çalışıb. Hazırda isə müəssisənin 340 işçisi var və onların əmək haqları verilmir. 2015-ci ildə müəssisə fəaliyyətini tam olaraq dayandırıb. Bundan sonra bir tərəfdən rayonun sərt iqlimi, digər tərəfdən pulsuzluq fəhlələrin durumunu son həddə qədər qəlizləşdirib. Köhnəlmiş, qolları sürtülmüş nimdaş paltarlarda gəzən fəhlələr bu gün müəssisənin ətrafındakı dükan-bazarlarda arzu olunmayan müştərilərə çevriliblər. Nisyə dəftərlərində ən böyük məbləğləri müəssisə fəhlələrinin adları qarşısında görmək olur.
“Daşkəsən Filizsaflaşdırma” ASC 2016-cı il martın sonundan bu günə qədər 4 dəfə satışa çıxarılıb. Rəsmi məlumatlarda qeyd olunur ki, müsabiqəyə investorlardan müraciət olmayıb.
Müəssisənin fəhlələri isə bu fikirlə razı deyillər. Onların sözlərinə görə, özəlləşməyə qarşı çıxanlar var. Məqsəd isə “Daşkəsən Filizsaflaşdırma”nın əmlakını dağıtmaqla dəyərsizləşdirməkdir.
Xatırladaq ki, ASC-nin elan olunmuş özəlləşmə şərtləri belədir: Qara metallurgiya müəssisələri zənciri yaradılması nəzərə alınmaqla ümumi investisiya həcmi azı 600 milyon dollar olmalı, dövlət büdcəsinə azı 100 milyon manat köçürülməlidir. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28 |
|
|
|
| • ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25 |
|
|
|
| • İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22 |
|
|
|
| • “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21 |
|
|
|
| • Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01 |
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
|