
“Ermənistan niyə KTMT-dən yox, Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarmaq istəyirlər?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
“Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin Ermənistanı təşkilatdan çıxarmaq hüquqları yoxdur, amma KTMT çərçivəsində var. Ermənistanın KTMT-dən niyə çıxarılmaması maraqlıdır, halbuki həmin təşkilatda belə bir imkan var”, - Baş nazir vurğulayıb.
Xatırladaq ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri oktyabrın 20-də Avrasiya İqtisadi Birliyi Müqaviləsinin Ermənistan üçün dayandırılmasının mümkün nəticələri barədə hesabat yayımlayıb.
























