
"PAŞA Sığorta" ASC-nin Bank kanalları üzrə müdiri Mircabir Səmədli vəzifəsindən ayrılıb.
O, 2024-cü ildən bu vəzifədə çalışırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Mircabir Səmədli “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyəti üzvünün müşaviri vəzifəsinə təyin olunub.
O, 2011-2023-cü illərdə "Unibank"da filial müdiri, 2023-2024-cü illərdə isə "Ekspress Bank"da Onlayn Satış Rəhbəri vəzifəsində çalışıb.























