"Uşaqlar qorxur, mən də narahat oluram..." .....                     `Sushi N1`-dən müştəri narazılığı... .....                     Azərbaycan bizə dərs verdi .....                     Putin İttifaqından çıxmaq Ermənistan üçün nəyə başa gələcək? .....                     Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlanılıb .....                     Neftçilər bu 1 ildə 500 manata layiq deyildilər? .....                     Bir milyon manatı “Topaz”da uduzub... .....                     Azərbaycan nefti CÜZİ BAHALAŞDI .....                     Daha hansı qurumlar BİRLƏŞDİRİLİR? .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı ilə bağlı qərar ləğv edildi .....                     Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? .....                     “FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır .....                     Sərhəddə erməniləri təşvişə salan azərbaycanca söz .....                     Ermənistana keçən Azərbaycan vətəndaşının qaytarılması üçün tədbirlər görülür .....                     İran sərhədində təhlükəli manevr: .....                     Pakistanlılar Azərbaycanda 45 yeni şirkətlər yaradıblar .....                     Vergi Xidmətindən getdi, "AZCON Holding"də yüksək vəzifə aldı .....                     Bakıda zirzəmidəki saxlanc yerindən 54 min manatlıq qızıl-zinət əşyaları oğurlandı .....                     Ərdoğanın geyimində DİQQƏTÇƏKƏN DETAL: Bu MESAJI VERDİ .....                     Qubadlının azad edilməsi tarixi hadisədir .....                     Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı .....                     “Peyğəmbərəm" deyib qətl törədən sayt redaktoruna AĞIR CƏZA .....                     Ərdoğanın Əliyevə zənginin şifrələri... .....                     Tehran Bakı və Moskvanı gözlədir .....                     Litva silahlanma üçün Avropa İttifaqından 1 milyard avro istəyir .....                     Vətəndaşın 100 AZN vəsaiti itkin düşüb .....                     "Bəs bank niyə bu planı adekvat təhlil etməyib?" .....                     Müsəlmana DÜŞMƏN axtarırsınız..? .....                     Peşə təhsili işçiləri etiraz həddində .....                     ABŞ-İran gərginliyi fonunda rəsmi Bakı üçün YOL XƏRİTƏSİ .....                     Ukrayna və İranla bağlı müharibələrin başa çatmasına yaxınıq .....                     Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü .....                     Türkiyəli müğənnidən azərbaycanlı jurnalistə SEVGİ İSMARICI .....                     İranın hicab açıqlamasının arxasında nə dayanır? .....                     50 min manatlıq "Stryde" MMC-də TOTAL KİÇİLMƏ .....                     Aqrar Sığorta Fondunda yeni TƏYİNAT .....                     Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi .....                     NDU nazirin qaynı ilə İŞ BİRLİYİNDƏ .....                     Maliyyə Nazirliyində yeni təyinat .....                     Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... .....                 

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı ilə bağlı qərar ləğv edildi - MƏHKƏMƏ
Tarix: Bu gün, 09:54 | Çap et

Ali Məhkəmədə “Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevin hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılmasında ittiham olunan keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd: Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi.

Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ sadəcə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.

Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.

28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.

İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Gülşən Allahverdiyevanın yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.

Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Gülşən Allahverdiyevaya məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Əsgərov Elşən Əsgər oğlunun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.

Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır. Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı “WhatsApp” qrupunun yaradılması və həmin materialların yayılması Allahverdiyeva Gülşən Əsgər qızının atası Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilib. Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övladı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb.

Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.

Xatırlatma: Fuad Allahverdiyev Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək 2024-cü ilin aprelində həbs olunub.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F.Allahverdiyevin keçmiş həyat yoldaşı G.Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva deyib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.

F.Allahverdiyev isə G.Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• "Uşaqlar qorxur, mən də narahat oluram..." - GİLEY
Bu gün, 10:53
• `Sushi N1`-dən müştəri narazılığı... - "Sifariş 4 saat gecikib..."
Bu gün, 10:48
• Azərbaycan bizə dərs verdi - Türkiyənin məşhur jurnalistinin ETİRAFLARI
Bu gün, 10:43
• Putin İttifaqından çıxmaq Ermənistan üçün nəyə başa gələcək? – Moskva dəhşətli hesabat yaydı
Bu gün, 10:38
• Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlanılıb - FOTO
Bu gün, 10:36
• Neftçilər bu 1 ildə 500 manata layiq deyildilər? - MÜRACİƏT
Bu gün, 10:19
• Bir milyon manatı “Topaz”da uduzub... - Cinayət işinin detalları
Bu gün, 10:10
• Azərbaycan nefti CÜZİ BAHALAŞDI
Bu gün, 10:06
• Daha hansı qurumlar BİRLƏŞDİRİLİR? - AÇIQLAMA
Bu gün, 10:02
• Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı ilə bağlı qərar ləğv edildi - MƏHKƏMƏ
Bu gün, 09:54
• Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:51
• “FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR
Bu gün, 09:46
• Sərhəddə erməniləri təşvişə salan azərbaycanca söz – Telefonun ekranında…
Bu gün, 09:43
• Ermənistana keçən Azərbaycan vətəndaşının qaytarılması üçün tədbirlər görülür - KİV
Bu gün, 09:39
• İran sərhədində təhlükəli manevr: - Qırıcılar havaya qaldırıldı
Bu gün, 09:28
• Pakistanlılar Azərbaycanda 45 yeni şirkətlər yaradıblar - SİYAHI
Bu gün, 09:23
• Vergi Xidmətindən getdi, "AZCON Holding"də yüksək vəzifə aldı - BUNDAN SONRA...
Bu gün, 09:19
• Bakıda zirzəmidəki saxlanc yerindən 54 min manatlıq qızıl-zinət əşyaları oğurlandı – MƏHKƏMƏ
Bu gün, 08:46
• Ərdoğanın geyimində DİQQƏTÇƏKƏN DETAL: Bu MESAJI VERDİ - FOTO
Bu gün, 08:44
• Qubadlının azad edilməsi tarixi hadisədir - MƏQALƏ
Bu gün, 08:28
• Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:27
• “Peyğəmbərəm" deyib qətl törədən sayt redaktoruna AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 08:10
• Ərdoğanın Əliyevə zənginin şifrələri... - AKTUAL
Bu gün, 08:08
• Tehran Bakı və Moskvanı gözlədir – Milyardlıq layihəyə RİSK
Bu gün, 08:05
• Litva silahlanma üçün Avropa İttifaqından 1 milyard avro istəyir
Bu gün, 07:00
• Vətəndaşın 100 AZN vəsaiti itkin düşüb - Birbank və ABB arasında məsuliyyəti kim daşıyır?
Bu gün, 06:41
• "Bəs bank niyə bu planı adekvat təhlil etməyib?" - ETİRAZ
Bu gün, 06:36
• Müsəlmana DÜŞMƏN axtarırsınız..? - alın: BU DA SİYAHI...
Bu gün, 06:30
• Peşə təhsili işçiləri etiraz həddində - "Əmək haqqı verilmir, ikili münasibətlər hökm sürür..."
Bu gün, 06:05
• ABŞ-İran gərginliyi fonunda rəsmi Bakı üçün YOL XƏRİTƏSİ - Ekspert deyir ki...
Bu gün, 05:59
• Ukrayna və İranla bağlı müharibələrin başa çatmasına yaxınıq - Tramp belə deyir...
Bu gün, 05:56
• Nazirlik əməkdaşı ilə bələdiyyə sədri arasında dava düşdü - "Hara qaçırsan, a kişi..."
Bu gün, 05:50
• Türkiyəli müğənnidən azərbaycanlı jurnalistə SEVGİ İSMARICI - "12 il, bir eşq..."
Bu gün, 05:45
• İranın hicab açıqlamasının arxasında nə dayanır? – Keçmiş deputatdan diqqətçəkən ŞƏRH
Bu gün, 05:42
• 50 min manatlıq "Stryde" MMC-də TOTAL KİÇİLMƏ - DETALLAR
Bu gün, 05:37
• Aqrar Sığorta Fondunda yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 05:35
• Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi - AKTUAL
Bu gün, 05:33
• NDU nazirin qaynı ilə İŞ BİRLİYİNDƏ - BU DA FAKT...
Bu gün, 05:28
• Maliyyə Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 05:22
• Məhkəmədən AzəriQaz-a qarşı ŞOK PRESEDENT... - TƏFƏRRÜAT
Bu gün, 05:20
• "Sanera" MMC blanklarını və aktlarını etibarsız elan etdi - SƏBƏB
Bu gün, 05:17
• İsrailin onlarla qırıcı təyyarəsi İran sərhədinə yaxınlaşdı - "AXİOS"
Bu gün, 05:14
• SOCAR-ı tərk etdi, tibb şirkətinə rəhbər getdi - DETALLAR
Dünən, 23:16
• Ərdoğanın Əliyevə zəngi və 3 mesajı: Generaldan isti şərh - GƏLİŞMƏ
Dünən, 23:10
• Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 23:08
• Cərimələrin məbləği ən azı 3-5 dəfə artırılmalıdır! - ÇAĞIRIŞ
Dünən, 23:06
• Daha bir yüksək posta təyinat... - BUNDAN SONRA...
Dünən, 23:02
• Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - AÇIQLAMA
Dünən, 18:00
• DSMF daha bir ofis üçün 860 min ödəyib - Bir araşdıran olarsa...
Dünən, 17:59
• Ermənistan KTMT-yə qayıtmayacaq
Dünən, 17:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru