
Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan sərhədini keçdiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın təhlükəsizlik qurumu məlumat yayıb.
“19 oktyabr 2026-cı il tarixində, saat 17:50 radələrində Tovuz rayonunun Çatax kənd sakini, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) tapılıb.
Həyata keçirilən yoxlama tədbirləri nəticəsində məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı azaraq Ermənistan Respublikası ərazisinə keçib. Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür”, - məlumatda bildirilib.
Xatırladaq ki, dünən Ermənistan mediası azərbaycanlı çobanın yolunu azaraq ölkə ərazisinə keçdiyi barədə məlumat yaymışdı.
























