
Bu il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən 21 bankdan 5-nin vaxtı keçmiş kreditləri 60 milyon manatdan çox olub.
Yurd.Media araşdırmasına görə, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (386,7 milyon manat) və “Kapital Bank” (216,5 milyon manat) ASC-lər, “Access Bank” (77 milyon manat) QSC, “Xalq Bank” (71,7 milyon manat) və “PAŞA Bank” (67,8 milyon manat) ASC-lərdir.
Qalan 16 bankdan 13-nün vaxtı keçmiş kreditləri 10-60 milyon manat arasında, 3-nün vaxtı keçmiş kreditləri isə 10 milyon manatdan az olub.
Son 1 ildə 7 bankın vaxtı keçmiş kreditləri azalıb. Ən çox azalma “Zıraat Bank Azərbaycan” ASC-də (49,1%), ən az azalma isə “AFB Bank” ASC-də (1,2%) qeydə alınıb.
Qalan 14 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Premium Bank” ASC-də (2,2 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” QSC-də (1,8%) qeydə alınıb.

























