Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                 

"Biz sizə müraciət edəndə böyük ümidlə etmişdik..." - GİLEY
Tarix: 5-06-2018, 08:38 | Çap et
"Biz sizə müraciət edəndə böyük ümidlə etmişdik..."
DİA.AZ: - Şəki şəhəri R. Axundov küçəsi ev 16 ünvanında yaşayan Bəkirova Səadət Laçın qızı prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikasında özəlləşdirmə proqramı həyata kecirilən dövrə qədər Şəki şəhərində İctimai İaşə Biriliyinin nəzdində fəaliyyət göstərən Şəki şəhəri M. Müşfiq küçəsində yerləşən “Səbuhi” kafesi mərhum ərim Bəkirov Əflatun Həsən oğluna məxsus olmuşdur. Mən də bu kafedə 2013 – cü ilə, yəni ərim rəhmətə gedənə qədər aşpaz işləmişəm. Bizdən əlavə bu kafedə 11 nəfər insan müxtəlif vəzifələrdə çalışmış və orada payçı kimi özəlləşdirmə çeklərinə malikdirlər. Sonradan həmin kafe özəlləşdirilərkən bizə heç bir məlumat verilməyib. Bizim hər hansı bir razılığımız olmadan qeyd edilən kafe, əvvəllər üzünü görmədiyimiz və həmin kafedə bir gün də belə işləməyən bir nəfər şəxsin Samir Knyaz oğlu Məmmədovun adına qeyri - qanuni özəlləşdirilib. Bununla bağlı Şəki rayon Daşınmaz Əmlakın Reyestr xidmətinə dəfələrlə müraciət etsək də bizə heç bir cavab verilməyib. Hətta qeyd edilən idarənin işçiləri Bəkirova Səadət Laçın qızının sinəsindən itələyərək zorla çölə çıxardıb və “get kimə istəyirsən şikayət elə” deyərək onu idarədən kobud surətdə qovmuşlar.
Nəzərinizə çatdırmaq istəyirik ki, həmin obyekti guya ki, 2001 – ci ildə saxta və qanunsuz sənədlərlə özəlləşdirən Samir Knyaz oğlu Məmmədov, bu obyektə 06.11.2004 – cü ildə çayçı kimi işə düzəlib və həmin gündən də ona vergi ödəyicisi kimi VÖEN açılmışdır. Bu şəxs kafenin əvvəlki sahibi Bəkirov Əflatunu həmin dövrdə onun xroniki alkoqolizm xəstəliyindən müalicə olunduğu haqqında məlumatı olmasına baxmayaraq, mütəmadi olaraq qəsdən spirtli içki içirmiş və bilavasitə onun ölümünə səbəb olmuşdur. Onun bu hərəkəti mütəmadi etməsinə səbəb isə obyekti ələ keçirmək olmuşdur.
Ərimin müəmmalı şəkildə ölümü bizdə və onun ailə üzvlərində kifayət qədər suallar oyatsa da, bununla əlaqədar müvafiq orqanlara müraciət olunmasına baxmayaraq heç bir ölçü götürən olmamışdır. Yuxarıda adını çəkdiyimiz Samir Knyaz oğlu Məmmədov dövlət orqanlarını və səlahiyyətli şəxsləri aldadaraq kafenin arxasında və yanında olan bələdiyyə torpaqlarını da hərracdan kənar, vəzifədə olan bəzi məmurların himayədarlığı ilə saxta sənədlərlə özəlləşdirmişdir. Adını çəkdiyimiz şəxsin əməllərində kifayət qədər cinayət tərkibinin olması bu günə qədər də heç kimdə şübhə oyatmır.
Cənab Prezident başıma gətirilən bu müsibətlərlə əlaqədar sizə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya 3.10.2013 – cu il tarixdə müraciət etdikdən sonra mənə qarşı olan təzyiqlər daha da şiddətləndi. Şəki Rayon Prokurorluğunda bu müraciətlə əlaqədar araşdırma başlandı. Araşdırma gedə-gedə özlərini sudan quru çıxarmaq üçün və cinayət məsuliyyətindən yayınmaq üçün S. Məmmədova Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Şəki Ərazi Reyestr İdarəsinin sabiq müdiri Ş. Şirinzadə və torpaq şöbəsinin müdiri B. Məsimov tərəfindən tələm-tələsik saxta texniki pasport verildi. Prokurorluqda aparılan araşdırmadan sonra mənə cavab verildi ki, bu iş məhkəməlikdir.
O gün, bu gün cənab Prezident. Mən məhkəmələr qapısındayam. Bu günə qədər Bakı İnzibati-İqtisadi (İş в„– 2-1(82)-3446/2016), Şəki İnzibati-İqtisadi, Şəki Rayon, Şəki Appelyasiya (İşв„– 2(107)-2862/2017), Azərbaycan Respublikasının Ali Məhkəmələrində (İş в„–2(102)-5400/2017) ümumilikdə 20-ə yaxın məhkəmə baxışı keçirilmişdir. Mən bu günə qədər möhtərəm hakimlərə başa sala bilmirəm ki, mənim mübahisə etdiyim İctimai İaşə Müəssisəsinin nəzdində olan yüngül konstruksiyalı dəmir pavilyondur. Ancaq məhkəmələrin ciddi israrla araşdırdıqları isə S. Məmmədovun başqa ünvanda yerləşən obyektə məxsus sənədlə saxta yolla özəlləşdirdiyi daş konstruksiyalı kafedir.
Qeyri-qanuni aparılan özəlləşdirmə, saxta, tərtib olunan sənədlər, ailəmə, mənə və payçılara qarşı törədilən haqsız əməllər, inanın bizi həyatdan bezdirib.
Çox dəhşətli haldır ki, Samir Knyaz oğlu Məmmədov, bu obyektə 06.11.2004 – cü ildə çayçı kimi işə düzəlməsinə baxmayaraq, ərimin müəmmalı ölümündən sonra vəzifədə olan himayədarının köməkliyi ilə 25 dekabr 2001 – ci il tarixdə başqa obyektə məxsus olan sənədi göstərərək qeyri-qanuni yolla saxta özəlləşdirmə aparmışdır. Biz sizə müraciət edəndə böyük ümidlə etmişdik, amma müraciətdən sonra bizə qarşı olan bu haqsızlıqlar, bizi belə düşünməyə vadar etdi ki, Samir Məmmədovun özü və ona himayədarlıq edən məmurlar da heç sizdən də qorxmurlar.
Cənab Prezident sizin qanunsuz özəılləşdirmənin nəticələrinin ləğv edilməsi haqqında göstərişinizdən xəbərimiz var və bu təşəbbüsünüzü dəstəkləyir və əvvəlcədən sizə öz minnətdarlığımızı bildiririk.
Siz həmişə öz çıxışlarınızda məmurlara vətəndaşların hüququ və azadlıqlarına hörmətlə yanaşmağı tövsüyyə etsəniz də bəzi məmurlar sizin apardığınız məqsədyönlü siyəsətin əleyhinə gedərək insanların hüquq və azdlıqlarını kobud surətdə pozur və onlara hörmətsizlik edirlər.
Bizim qeyd edilən kafedə olan paylarımızı qanunsuz olaraq özəlləşdirib və həmin obyektə olan mülkiyyət hüquqularımız məqsədyönlü şəkildə pozublar.
Yuxarıda göstərilənləri əsas gətirərək, sizdən hədsiz dərəcədə xahiş edirəm ki, mənim hal –hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsində 12 iyun 2018 – ci il tarixinə məhkəmə baxışı nəzərdə tutulmuş 3893 nömrəli, hakim Ə. Əliyevin sədrliyi ilə keçiriləcək məhkəməni nəzarətə götürəsiniz və ədalətli qərar çıxarılmasına köməklik göstərəsiniz. Ümidvaram ki, beş ildən artıqdır öz qanuni həllini tapmayan bu müəmmalı məsələ axır ki, öz həllini tapacaq. Əvvəlcədən sizə təşəkkür edirəm".

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru