Bakının icra başçısı müəmması davam edir - GƏLİŞMƏ
Tarix: 4-07-2018, 09:25 | Çap et
 Məlum olduğu kimi, ötən gün gecə saatlarında Azərbaycanın demək olar ki, bütün bölgələri, o cümlədən paytaxt Bakı qaranlığa qərq oldu. Sonradan məlum oldu ki, ölkədə yaranmış bu problemə səbəb Mingəçevir İES-də baş verən yanğındır. Doğrudur, işıqların sönməsindən bir neçə saat sonra Bakıda və bir sıra bölgələrdə elektrik enerjisinin verilişi bərpa olundu. Lakin əhalinin az qala yarıdan çoxunun yaşadığı, mühüm sosial-iqtisadi əhəmiyyətə malik paytaxt Bakıda elektriklərin kəsilməsi həm bir sıra problemlərə yol açdı, həm də ajiotaja səbəb oldu. Dünyanın bir çox ölkələrində adətən bu cür hallarda şəhər meri önə çıxır və baş verənlər, onun nəticələri və həlli barədə ictimaiyyətə məlumat verir. Lakin göründüyü kimi, ötən gün paytaxtda baş verənlərlə bağlı ictimaiyyət qarşısına çıxacaq şəxs tapılmadı. Ümumiyyətlə, paytaxtda baş verə biləcək hadisələrdə məsuliyyəti öz üzərinə götürəcək məsul şəxs hələ ki yoxdur. Məlum olduğu kimi, 21 apreldə yeni hökumətin təsdiq olunmasından sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu bu günə qədər boş qalır. Baş nazir müavini təyin olunan Hacıbala Abutalıbou kimin əvəzləyəcəyi də məlum deyil. Beləliklə, Bakıda işıqların sönməsi ilə bağlı yaranmış problemlər BŞİH rəhbəri postunun boş qalması məsələsini yenidən aktuallaşdırıb. Bəzi iddialara görə, postun bu günə qədər boş qalmasının səbəbi ilk dəfə olaraq Bakıda da keçiriləcək mer seçkiləri ilə bağlı ehtimallardır. Hansı ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mer seçkiləri yoxdur. Hətta Ermənistan və Gürcüstanda bütün şəhərlər üzrə merlər seçilir. Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Xarici ölkələrdə bu cür hadisələrdə şəhər merləri, rəhbərləri ictimaiyyət qarşısına çıxıb reaksiya verirlər. Lakin çox təəssüf ki, hələ də Azərbaycanda seçilmiş mer institutu yoxdur. Halbuki dəfələrlə bu məsələni gündəmə gətirmişik, geniş müzakirələr aparmışıq. Ən əsası Azərbaycanın Avropa Şurası qarşısında öhdəliyi var ki, mer seçkiləri keçirilməli, Bakı şəhəri üzrə Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Yəni bununla bağlı öhdəlik olsa da bu öhdəlik yerinə yetirilmir. Qeyd edim ki, bu cür olaylarda, fors-major hadisələrdə seçilmiş mer daha məsuliyyətli olur və həmən vətəndaşlarla təmas qurmağa, problemin çözülməsi üçün atılan addımları izah etməyə çalışır. Buna görə də Bakı şəhərində Böyük Şəhər Bələdiyyəsinin yaranması, mer seçkilərinin keçirilməsi çox bacib və aktual məsələdir və ötən gün baş verən hadisə bunu bir daha sübut etdi. Bu baş verəcəksə, mer daha məsuliyyətli olmağa, ictimaiyyətlə normal münasibət qurmağa çalışacaq ki, növbəti mer seçkisində bir daha seçilsin. Ümumiyyətlə, şəhər infrastruktu ilə bağlı yaranmış problemlərə cavab verəcək şəxs lazımdır. Son zamanlar yolların təmiri ilə bağlı insanlar əziyyət çəkir. Təmirin nə zaman bitəcəyi, ümumiyyətlə, niyə təmir isti yay aylarında aparılır ki, nəticədə tıxaclar yaranır və sairə bu kimi suallar çoxdur və onlara şəhər meri reaksiya verməlidir".
Natiq Cəfərli BŞİH rəhbəri postuna təyinatın gecikmə səbəbi ilə bağlı ehtimallardan da söz açıb: “Çox istərdim, ümid edərdim ki, bu təyinatın gecikməsinin səbəbi ehtimal olunduğu kimi Böyük Şəhər Bələdiyyəsinin yaranması ilə bağlı qanunun hazırlanmasıdır. Əgər bu baş verərsə, çox sevindirici olar. Yox, əgər bu təyinatın gecikməsinə səbəb daxildəki qrupların namizədləri arasında gedən görünməyən, bizə məlum olmayan rəqabətin nəticəsidirsə, bunun əziyyətini bütün şəhər infrastrukturu çəkir. Düşünmürəm ki, BŞİH-ə rəhbərlik edə biləcək namizəd tapılmasın. Belə namizdlər var. Lakin bu çox böyük post olduğu üçün böyük ehtimalla daxili siyasi qrupların bu post uğrunda rəqabəti gedir və bu təyinat gecikir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53 |
|
|
|
| • BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25 |
|
|
|
| • Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21 |
|
|
|
| • Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14 |
|
|
|
| • Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01 |
|
|
|
| • Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57 |
|
|
|
| • “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55 |
|
|
|
| • “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42 |
|
|
|
| • 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38 |
|
|
|
| • Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37 |
|
|
|
| • Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34 |
|
|
|
| • Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32 |
|
|
|
| • Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30 |
|
|
|
| • Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20 |
|
|
|
| • Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10 |
|
|
|
| • Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51 |
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
|