Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                 

Ət almaq hər oğulun işi olmayacaq... - Yeni bahalaşma DALĞASI
Tarix: 4-09-2017, 09:57 | Çap et
Ət almaq hər oğulun işi olmayacaq...
İstehsalçı tərəfindən yetişdirilən mal-qaranın kəsilərək ət şəklində satışından əldə edilən gəlirə görə vergi ödəniləcək. Bunu Vergi Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır.

Amma istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məhsulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir. Maraqlıdır, yeni vergi ödəməsinin mexanizmi necə işlənib hazırlanacaq? Bundan əlavə ölkə üzrə kəsilən mal-qaranın sayı necə müəyyənləşəcək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu, normal bir yanaşma deyil:

“Fiziki şəxslərə gəlir vergisi necə tətbiq edilirdisə, kənd təsərrüfatı ilə məşğul olan insanlara da ona bənzər sistem tətbiq eləmək lazımdır ki, korrupsiya əməllərinə və sövdələşməyə yol açmasın. Həm də qiymətləri bahalaşdırmasın. Əgər bu vergi növü tətbiq ediləcəksə, onsuz da son vaxtlar bahalaşan qiymətlərdə daha da artımlar olacaq. Əhalini buna öyrətmədən birdən-birə belə bir vergi tətbiq olunması ictimaiyyət arasında çaşqınlıq yaradacaq. Ödəmə mexanizmini, ümumiyyətlə bunun hansı formada işləyəcəyini bilməyən vətəndaşlar ya bilərəkdən, ya da bilməyərəkdən bu vergi növünü ödəyə bilməyəcək. Bu Vergilər Nazirliyinə əlavə imkan yaradacaq ki, vətəndaşlara yoxlamalar keçirib müəyyən vasitələrlə onları cərimələsinlər. Prinsipcə yaxşı və doğru yanaşma deyil. Cərimələrlə, hər hansı bir formada nəzarəti gücləndirməklə, yaxud da cəzaları sərtləşdirməklə bu tipdə məsələləri həll etmək mümkün olmayacaq. Stimulaşdırıcı yol həm vətəndaş, həm də dövlət üçün bir ortaq məxrəc tapılmasıdır. İmkan qədər qazancından az vergi versin və vergidən yayınmanın qarşısı alınsın.

Bu vətəndaş üçün də sərfəli olsun ki, vergi mexanizmlərini işə salmağa çətinlik çəkməsin. Yəni hər hansı bir arayış almasın, hardasa qeydiyyatda dayanmasın və ya harasa vergi ödəməsin. Gediş-gəliş və zaman itkisi insanları çaşdırır və belə məsələlərdən çəkindirir. Ona görə də Azərbaycanda fiziki şəxslərin gəlir vergisi necə tətbiq olunursa, onun mexanizmlərinə uyğun bir vergi sisteminə start verilə bilər. Çox cüzi vergilərin ödənilməsi tətbiq olunsun və insanlar ən azı bir neçə il bu vergi sisteminə öyrəşsinlər. Birdən-birə ancaq cəza metodları, yeni vergi növlərini tətbiq etmək dünya praktikasında da qəbul olunmur. Bir çox ölkələr yeni verginin tətbiqinə bəzən aylarla, illərlə hazırlaşırlar. Azərbaycanda isə bir gecədə vergi növündə 200-dən çox dəyişiklik olursa, o zaman bunun vətəndaş, iş adamı üçün də bir xaotik durum yaradır”.

Ölkədə kəsilən mal-qaranın miqdarının necə müəyyənləşməsi mexanizminə gəlincə, ekspert deyib ki, bunu müəyyənləşdirmək çətindir:

“Vergilər Nazirliyinin fiziki olaraq heç o qədər işçisi də yoxdur ki, ölkə ərazisini əhatə etsin və hər yerdə kəsimlərin həyata keçirilməsinə nəzarət etsin. Yəni bu fiziki olaraq da mümkün deyil. Elə bir mexanizm olmalıdır ki, vətəndaş özü bu vergini ödəməyə maraqlı olsun. Bunun sonuna da əlavə bir stimul gətirsin. Çox yaxşı vergi ödəyicisi olan kənd təsərrüfatı sahəsi ilə məşğul olan şəxslərə sonradan ucuz mal-qara vermək olar və aşağı faiz vergi tətbiq oluna bilər. Vətəndaş maraqlı olmalıdır, yoxsa ki, cəzadan qorxub hansısa addım atmasın. Amma Azərbaycanın hökümət və dövlət orqanları çox zaman obrazlı desək, tək qamçıdan istifadə edirlər. Amma dünyada həm qamçı, həm də kökə siyasətindən istifadə edirlər. Arada bir vətəndaşa, iş adamlarına kökə də göstərmək lazımdır. Hər zaman qamçı tətbiq eləmək doğru yol deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru