Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                 

Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət - Təhsil nazirinin diqqətinə
Tarix: 6-03-2019, 09:57 | Çap et
Texniki işçisinə 35 manat maaş verən direktordan Prezidentə şikayət
XXI əsrdə yaşamamıza, seyrə balonlarla çıxmamıza, avtomobil minməmizə baxmayaraq içimizdə elələri var ki, müasir dəbli paltarlarının içərisində quldarlıq düşüncəli qafayla yaşayırlar. Ən dəhşətlisi isə belə düşüncə sahiblərinin kreslo, mənsəb sahibi olmasıdır. Onda məzlumun ahı göylərə bülənd olur, haqq nazilir, insanlıq dramı yaşanır. “Qiyamət oluruq biz, səhv düşəndə yerimiz!”

Rubrika.az saytına Tovuzun Əyyublu kənd 1 saylı tam orta məktəbində baş verənlərlə bağlı daxil olan məlumatları saf-şürük edəndə Mirzə Cəlilin Danabaş kəndi, Xudayar bəyin qamçısı gözümüzün önünə gəldi. Sadəcə zaman fərqlidir, personajların adları fərqlidir. Faciə, motiv isə eynidir.

Əyyublu kənd 1 saylı tam orta məktəbin direktoru Cəmşid Sadıqov Əliyeva Aygün Məhərrəm qızını rəhbəri olduğu məktəbdə işə qəbul edib. Özü də direktor bu “xeyirxah addımı” 2000 manata atıb. Söz verdiyi 110 manat maaşlıq iş üçün 2000 manat rüşvət alıb. Özü də hadisə 2015-ci ildə, bədnam devolivasiyadan əvvəl baş verib. Daimi iş yeri, davamlı maaş ümidiylə 2000 manatından keçən A. Əliyevanın görəcəkli günləri də bundan sonra başlanıb. Məktəb direktorunun bitməz-tükənməz iştahası onu halal qazandığı bir parça çörəyindən də edib.

Şikayətçinin bildirdiyinə görə cəmisi 1 ay 110 manat maaş alıb. Bundan sonra C. Sadıqov min-bir bəhanə ilə biçarə qadının əmək haqqına “əl gəzdirməyə” başlayıb. İkinci ay 80 manat əmək haqqı alan A. Əliyeva bunun səbəbini soruşanda direktor rayondan gələn yoxlamanı günahkar çıxarıb. Amma bu “yoxlama oyunu” düz bir il çəkib və C.Sadıqov 80 manatdan bir qəpik də artıq maaş verməyib. “Məndən 2000 manat alanda tam oklad maaş söz verməsinə baxmayaraq direktor sonradan sözünü tutmadı” deyə A. Əliyeva bildirir. Amma C. Sadıqovun “maaş əməliyyatı” bununla da bitməyib. Manatın devolivasiyası ilə gəlirinin azaldığını düşünən direktor bu dəfə A.Əliyevanın maaşını 60 manata endirir. “Burda mənəm Bağdadda kor xəlifə” təfəkkürü ilə məktəb direktoru biçarə qadının yeganə dolanacaq mənbəyinə bir daha göz dikir.

Tələsməyin, bu da son deyil. 60 manatın da yüksək məbləğ olduğunu düşünən direktor axır vaxtlar A.Əliyevaya 35 manat verməyə başlayır.

Artıq baş verənlərə dözməyən,bıçağın sümüyə dirəndiyini düşünən A.Əliyeva məcbur olub C.Sadıqovun böyüklərinə-Tovuz rayon Təhsil Şöbəsinə şikayət edir. Amma sən demə direktor öz rəhbərlərinə tam layiq bir işçi imiş-biçarə qadını Təhsil Şöbəsindən də əliboş qaytarırlar. Təhsil Şöbəsinin əlahəzrət rəhbərliyi direktorun tərəfini saxlayır-zavallı qadın 35 manata da dolana bilərmiş,təki təhsilin keyfiyyəti azalmasın , elmin günəşi sönməsin-C.Sadıqovun qazancı azalmasın!

Düşünməyin ki, direktorun “səxavəti” bununla yekunlaşır. “Hatəm səxavətli” C.Sadıqov Təhsil Şöbəsinə edilən şikayətdən qəzəblənərək A.Əliyevanın maaşını 30 manata endirir. Bir məktəb direktorunun, müəllim adını daşıyan şəxsin etdiyi əməlləri düşündükcə sözlər aciz qalır, bədii ifadə vasitələri kəsərini itirir. Bütün bu insanlıq dramının ən dəhşətli hissəsini isə sona saxladıq-direktorun bütün bu etdiklərinin hardasa izahı ola bilər. Amma bu son dediyimizə prokurorluq, Təhsil nazirliyi şərh versə daha yaxşı olar. Bütün bu aylar ərzində C.Sadıqov verdiyi 80manatın da, 60 manatın da, 35 manatın da...20 manatını rüşvət olaraq A.Əliyevadan alırmış! Siz 35 manatın 20 manatını rüşvət alan birisinin düşüncə tərzini, iş prinsipini, vətəndaşlıq mövqeyini...təsəvvür edirsinizmi?

Rubrika.az saytı vasitəsilə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanıma, Təhsil naziri Ceyhun Bayramova, Baş Prokuror müraciət edən A.Əliyeva kömək istəyir:

“Mən üzümü cənab Prezidentə, Mehriban xanıma tutaraq kömək istəyirəm. Cəmşid Sadıqov illərdir ki, məni aldadaraq halal maaşımı əlimdən alıb. İmkansızlığımdan, əlacsızlığımdan

istifadə edərək məni qul kimi işlədib, maaşımı mənimsəyib,əvəzində mənə qəpik-quruş verməklə aldadıb. Hər ay mənə verdiyi qəpik quruşdan da 20 manat aylıq alan direktorun insanlığına, ədalətinə nə ad vermək olar? Bir Azərbaycan qadınına bunca zülm etmək olarmı? Tovuz rayonunda heç bir idarədə mənim haqq səsimə səs verən olmadı. Demə bütün ədalət, qanunlar mənim maaşımı mənimsəyən direktorun tərəfində imiş Məni 35 manata işlədib haqqımı yeyən bu şəxsin zülmündən dövlət başçısına sığınıram. Cənab Prezident! Bir məktəb direktorunun, müəllim adlanan şəxsin əməllərinə nə ad vermək olar? Əlacsız qadına gücü çatıb haqqını mənimsəyən beləsinə vəzifə verən, himayə edən Tovuz rayon yetkililəri bəlkə bu suala cavab versinlər. Sizdən kömək istəyirəm, cənab Prezident! Bu haqsızlığıa, insanlığa sığmayan tamahkarlığa son qoyun! Balalarımın ruzisini əlindən alan “müəllim”in əməllərini durdurun! Qoy sizin adınızı şüar edən məmurlar bu əməllərindən utansınlar!”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru