Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır .....                     DSMF daha bir ofis üçün 860 min ödəyib .....                     Ermənistan KTMT-yə qayıtmayacaq .....                     “Paşinyan Putinin qubernatorudur” .....                     Agentlik 13,6 milyon manatlıq hazır yemək alır .....                     Məktəb direktoru işdən çıxdı .....                     “Heç kimin vecinə deyilik” .....                     "STAR NUMBER"in rəhbərinin "AA" seriyalı BMW-si borca görə satılır .....                     Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir .....                     Məktəblərdə "TikTok" qadağası: Nəyi dəyişəcək? .....                     Sabiq deputat Təranə Qumralın ad günündə .....                     Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi .....                     Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı .....                     Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək .....                     Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş .....                     Paşinyan qəfil ölsə, nə olacaq? .....                     "Atam məni qəbul etmədi, öləndə də danışmadı" .....                     Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb .....                     Tünzalənin özünə 50 yaş hədiyyəsi .....                     Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib .....                     Firuzə İbadova əməliyyat olunacaq .....                     Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə YENİ TƏYİNAT .....                     Bakıda məmurun xanımı lükə düşərək xəsarət alıb .....                     Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı .....                     Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı .....                     TƏBİB-dən sonra daha hansı qurumlar birləşdirilməlidir? .....                     Ramin İsayevin 100 milyonluq sərvəti var imiş .....                     Ermənistan “Tramp marşrutu”nun tikintisinin başlayacağı tarixi açıqladı .....                     68 yaşlı Mədət Quliyevdən güc nümayişi .....                     MSK üzvünə yeni vəzifə verildi .....                     İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi .....                     Habbardın azad olunması qarşılığında Rusiyaya heç bir şey verməyəcəyik .....                     Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ .....                     Dövlət qurumu geyim formalarına 1,1 milyon xərcləyəcək .....                     “Kapital Bank” yeni şirkət yaradıb .....                     Milli dərsliklər sistemli tənəzzülün aynasında: metodoloji böhran və didaktik çöküş .....                     Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ: .....                     Neft Fondu 126 milyard manatı harada saxlayır? .....                     “AzerGold”da yeni rəhbər təyinatı .....                     Keçmiş deputat qəfil vəfat etdi .....                 

Rusiya “Batka”nı devirmək istəyir? – Minskdə skandal həbslər
Tarix: 15-06-2020, 07:59 | Çap et
Rusiya “Batka”nı devirmək istəyir?
Belarusda avqustun 9-na təyin olunmuş prezident seçkiləri yaxınlaşdıqca, siyasi proseslər qızışır. Ölkə prezidenti Aleksandr Lukaşenkodan əlavə 13 şəxs imzatoplama kampaniyasına başlayıb. Onların arasında Belarus Sosial-Demokrat Qramadası Partiyasının sədri Sergey Çereçen, ərinə seçkilərdə iştirak qadağan olunan Svetlana Tixanovskaya, həmçinin “Belqazprombank” idarə heyətinin sabiq sədri Viktor Babariko da var. Bu namizədlər arasında hazırda diqqətlər sonuncunun üzərinə yönəlib. Belə ki, “Belqazprombank” Belarusun sistem əhəmiyyətli 3 bankından biridir. Bankın səhmlərinin 49,82 faizi Rusiyanın “Qazprom” şirkətinə, 49,82 faizi ona məxsus “Qazprombank”a, 0,266 faizi “Qazprom transqaz Belarus”a, yalnız 0,098 faizi Belarus dövləti adına Energetika Nazirliyinə aiddir. Yəni faktiki olaraq, bank Rusiyaya məxsusdur.

İyunun 11-də Belarus Dövlət Nəzarət Komitəsinin maliyyə təhqiqatları departamentinin əməkdaşları bankın ofisinə gələrək, axtarış və həbslər həyata keçiriblər. Bankın rəhbərliyinə qarşı vergidənyayınma, xüsusilə iri həcmdə cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması maddələri ilə cinayət işi qaldırılıb.

Son 20 ildə “Belqazprombank”a Viktor Babariko rəhbərlik edib. May ayında o, prezident seçkilərinə qatılması ilə əlaqədar vəzifəsindən istefa verib. Babariko hesab edir ki, bank rəhbərliyinə qarşı başladılan cinayət işi “siyasi sifarişli”dir: “Mən bunu yolverilməz hesab edirəm. Çünki prezidentliyə namizədlərə qarşı hər hansı qeyri-qanuni təzyiq alətlərindən istifadə Belarus Respublikasının qanunvericiliyinə ziddir”.

İyunun 12-də Lukaşenko özü “Belqazprombank”da aparılan həbslərdən danışıb. O bildirib ki, qaldırılmış cinayət işi üzrə 15 nəfərədək adam həbs olunub: “Bu bankla bağlı təhqiqat 2016-cı ildən başlanıb. Pulların xaricə çıxarılması, xaricdə hesablar, əmlak aşkarlanıb – Kiprdə, Latviyada hesablar, Londonda mülklər... Lakin xaricilər bizə zəruri məlumatları yalnız ötən ilin dekabrında verdilər. Ondan sonra hüquq-mühafizə orqanları işi sürətləndirdilər, suallar yarandı. Allaha and içirəm ki, seçkiqabağı bu, mənə lazım deyil. Ona görə də bağıracam: yalnız zəif adam kimdənsə qorxub vəziyyəti gərginləşdirər. Mən heç kimdən qorxmuram”.

“Qazprom” və “Qazprombank” Minskdə baş verənlərə qəti etirazlarını bildiriblər. Onların birgə bəyanatında Belarus Mərkəzi Bankının “Belqazprombank” rəhbərliyini dəyişmək qərarını ölkə və Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinin pozulması kimi qiymətləndirilib: ““Belqazprombank”ın səhmdarları öz hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklər. Həmçinin səhmdarlar müştərilərin maraqlarının müdafiəsi və bankın maliyyə stabilliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər”.

“Belqazprombank”ın həbs olunan menecerlərindən 4 milyon dollardan yuxarı pul və 500 min dollarlıq qiymətli kağızlar götürülüb. Belarus Dövlət Nəzarət Komitəsinin yaydığı açıqlamada həbs olunan şəxslərin mütəşəkkil cinayətkar qrup halında fəaliyyət göstərdiklərinə dair tutarlı dəlillərə malik olduqları bildirilir. Açıqlamada həmçinin bu fəaliyyətdə V.Babarikonun da iştirakına dair sübutlarının olduğu qeyd edilir. Babariko isə bildirib ki, bütün gəlirləri qanunidir və onlara görə bütün vergilər ödənilib: “Mənim guya ki, cinayət iştirakçısı olduğumu deyirlər. Mənim bütün pulum və əmlakım qanuni yollarla əldə edilib, hamısı üçün vergi ödənilib”.

O həmçinin deyib ki, həbs olunanlar onun dostlarıdır və onlardan götürülən pullar da ona məxsusdur: “Mənim 3 dostumu tutub dindiriblər. Daha sonra onları şübhəli şəxs kimi saxlayıblar”.

Babariko bildirib ki, maliyyə vəsaitlərini hər ehtimala qarşı bölərək saxlamaları üçün dostlarına verib.

Lukaşenkonun mətbuat katibi Natalya Eysmont RBK-ya açıqlamasında artıq tutulan şəxslərin öz cinayətlərini etiraf etdiklərini və V.Babarikoya qarşı ifadə verdiklərini deyib.

Lukaşenkonun özü isə rəqibini “yaramaz” adlandırıb, onun prezident seçkilərinə məsuliyyətdən yayınmaq üçün qatıldığını bildirib: “Niyə başını soxub bu prosesə? Ona görə ki, gəlib qollarına qandal vurulacağını bilirdi. Bizdə, bildiyiniz kimi, vicdan məhbusu adını qazanmaq üçün siyasətə qatılmaq dəbdədir”.

Qeyd edək ki, hələ “Belqazprombank” rəhbərliyi həbs olunmazdan iki gün əvvəl Lukaşenko Rusiyadakı oliqarxların Belarusda müxalifəti maliyyələşdirdiklərini deyib: “Rusiya oliqarxlarının hesabına maliyyələşənlər anladılar ki, onlar Rusiya oliqarxlarının pulu ilə hakimiyyətə Belarusun radikal müxalifətini aparırlar”.

Belarus prezidentinin açıqlamalarına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib: “Oliqarxlar - siyasi iddiaları olan sahibkarlardır. Mənə bizim ölkəmizdə oliqarxların olduğuna, həmçinin onların Belarusda nə iləsə məşğul olduqlarına dair fakt məlum deyil”.

Mətbuat katibi həmçinin bildirib ki, Kremldə Belarusdakı prezident seçkiləri kampaniyasının gedişini böyük maraqla izləyirlər: “Bu seçkiləri ləkələyəcək nəsə görmürük”.

Qeyd edək ki, son aylarda Belarus prezidenti israrla Rusiyadan, “Qazprom”dan onlara satılan qazın qiymətinin aşağı salınmasını tələb edir. Rusiyanın qazı Avropaya Belarusdan daha ucuz satdığını deyən Lukaşenko dəfələrlə məsələ qaldırıb. Hətta prezident Vladimir Putin bu tələbə əməl olunmayacağını açıq bildirsə də, Belarus tərəfi geri çəkilmir. Bir müddət öncə “Qazprom” rəhbəri Aleksey Miller Belarusun qaza görə şirkətə 165 milyon dollar borcunun yığıldığını, onun ödənişinin təmin ediləcəyi halda yalnız gələn il üçün qazın qiymətinə yenidən baxılmasının mümkün olduğunu açıqlayıb. Belarus tərəfi isə heç bir borcunun olmadığını bəyan etməklə yanaşı, Rusiyadan hazırda alınan qazın qiymətinin aşağı salınmasını istəyib.

Belə görünür ki, Lukaşenko V.Babarikonun “Qazprom”un dəstəyi ilə seçkilərdə ona problem yarada biləcəyini hesablayaraq “Belqazprombank” rəhbərlərinin həbsini təşkil edib. Baş verənlər həmçinin Rusiyanın Belarusdakı seçkilərdə mövqeyinin heç də tam olaraq Lukaşenkodan yana olmadığından xəbər verir.
Musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - AÇIQLAMA
Bu gün, 18:00
• DSMF daha bir ofis üçün 860 min ödəyib - Bir araşdıran olarsa...
Bu gün, 17:59
• Ermənistan KTMT-yə qayıtmayacaq
Bu gün, 17:52
• “Paşinyan Putinin qubernatorudur” - Tofiq Zülfüqarov
Bu gün, 17:44
• Agentlik 13,6 milyon manatlıq hazır yemək alır – Bir ədəd yemək 11,5 manata yüksəlib
Bu gün, 17:38
• Məktəb direktoru işdən çıxdı - Agentlikdə vəzifəyə getdi
Bu gün, 17:32
• “Heç kimin vecinə deyilik” – Dənizçilərimiz Azərbaycan konsulluğundan kömək istədilər
Bu gün, 17:30
• "STAR NUMBER"in rəhbərinin "AA" seriyalı BMW-si borca görə satılır - TƏFƏRRÜAT
Bu gün, 17:27
• Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir – Bələdiyyə, yoxsa AAYDA?
Bu gün, 17:14
• Məktəblərdə "TikTok" qadağası: Nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 17:10
• Sabiq deputat Təranə Qumralın ad günündə – FOTO
Bu gün, 17:02
• Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi
Bu gün, 16:50
• Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı – Fotolar
Bu gün, 16:47
• Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək - BUNA GÖRƏ
Bu gün, 16:38
• Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
Bu gün, 16:34
• Paşinyan qəfil ölsə, nə olacaq? – Erməni mediasından cavab
Bu gün, 16:25
• "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Bu gün, 16:23
• Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb - “Fox News”
Bu gün, 16:20
• Tünzalənin özünə 50 yaş hədiyyəsi
Bu gün, 16:05
• Ermənistanın səhiyyə nazirinin adından tibb işçilərinə saxta mesajlar göndərilib - Ermənistan mediası
Bu gün, 16:01
• Firuzə İbadova əməliyyat olunacaq - İzzət Bağırovdan çağırış
Bu gün, 16:00
• Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə YENİ TƏYİNAT - FOTO
Bu gün, 15:57
• Bakıda məmurun xanımı lükə düşərək xəsarət alıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
• Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı - Neftçalada təhsil anarxiyası
Bu gün, 15:40
• Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı BƏLLİ OLDU
Bu gün, 15:31
• TƏBİB-dən sonra daha hansı qurumlar birləşdirilməlidir? – Siyahıda bu qurumlar var...
Bu gün, 15:27
• Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
Bu gün, 15:23
• Ermənistan “Tramp marşrutu”nun tikintisinin başlayacağı tarixi açıqladı
Bu gün, 15:16
• 68 yaşlı Mədət Quliyevdən güc nümayişi - GENERALDAN YENİ REKORD
Bu gün, 15:11
• MSK üzvünə yeni vəzifə verildi - ƏMR
Bu gün, 15:05
• İcra başçısı iki işçinin vəzifəsini dəyişdi, üçünü işdən çıxardı, beş nəfərə vəzifə verdi - ADLAR
Bu gün, 15:02
• Habbardın azad olunması qarşılığında Rusiyaya heç bir şey verməyəcəyik - Tramp
Bu gün, 14:59
• Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini CƏRİMƏLƏDİ - TƏFƏRRÜAT
Bu gün, 14:57
• Dövlət qurumu geyim formalarına 1,1 milyon xərcləyəcək – TENDER
Bu gün, 14:56
• “Kapital Bank” yeni şirkət yaradıb - TƏYİNATLAR
Bu gün, 14:55
• Milli dərsliklər sistemli tənəzzülün aynasında: metodoloji böhran və didaktik çöküş - ARAŞDIRMA
Bu gün, 14:53
• Məleykə Abbaszadənin çıxışına KƏSKİN ETİRAZ: - “DİM-in yanaşması tamamilə yanlışdır”
Bu gün, 14:50
• Neft Fondu 126 milyard manatı harada saxlayır? - SİYAHI
Bu gün, 14:48
• “AzerGold”da yeni rəhbər təyinatı - ƏMR
Bu gün, 14:43
• Keçmiş deputat qəfil vəfat etdi - FOTO
Bu gün, 14:40
• “Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanılıb - BUNA GÖRƏ...
Bu gün, 14:36
• 2 vəkilə töhmət verilib, 4 vəkilə xəbərdarlıq edilib
Bu gün, 14:34
• “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır
Bu gün, 13:19
• İrəvan Bakıya görə BU ADDIMA da gedə bilər – Kritik GÖZLƏNTİ
Bu gün, 13:16
• Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Bu gün, 13:14
• Doğum günü olan İlkinə xanımından MESAJ: “Aşq böcəyim, səni...” - “Aşq böcəyim, səni...”
Bu gün, 13:04
• TRIPP daim ABŞ-yə məxsus olacaq - Ararat Mirzoyan
Bu gün, 13:01
• Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ
Bu gün, 12:59
• 10 manata hot-doq satırlar, stadion da tam dolmur… - ONA GÖRƏ DƏ...
Bu gün, 12:57
• Dövlət bankı bu bazara da girdi - DETALLAR
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru