Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                 

Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər - İNCƏLƏMƏ
Tarix: 23-12-2023, 10:56 | Çap et
Yaxın Şərqdə ikinci cəbhə: müharibə daha geniş coğrafiyaya yayıla bilər
Yaxın Şərqdə müharibənin daha da genişlənməsinin əlamətləri hiss olunur. İsrail “Hizbullah” təşkilatını şimal sərhədindən uzaqlaşdırmaq üçün Livanı işğal etməyi planlaşdırır və Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirməklə hədələyir.

“The Times” yazır ki, həftələrdir davam edən sərhədyanı atışmalardan sonra İsrail Müdafiə Ordusu (TSAXAL) Livanın cənubuna qurudan hücuma keçmək və “Hizbullah”ı Litani çayından şimala itələmək istəyir.

İsraildəki hərbi və hökumət rəsmiləri “Hizbullah”ın basqınının miqyasının HƏMAS-ın hücumundan daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edərək, oktyabrın 7-də Qəzzaya hücumun təkrarlanmasının qarşısını almaqda qərarlı olduqlarını bildiriblər.

Yüksək rütbəli İsrail zabiti “The Times”a bunları deyib: “Cənubda baş verənlər onların burada edə biləcəkləri ilə müqayisədə heç nədir. İsrailin hədəfi müharibəni digər tərəfin ərazisinə keçirməkdir”.

Aydındır ki, vəziyyət onsuz da ağırdır. Bəs başqa bir cəbhənin - Livan cəbhəsinin açılması ehtimalını necə qiymətləndirmək olar? Bunun baş verə biləcəyinə dair hər hansı əlamət varmı? Yoxsa “Hizbullah” və onun himayədarı İran ABŞ-ın belə bir gedişata mümkün müdaxiləsindən ehtiyat edəcəkmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

İsrailli publisist Aleksandr Nepomnyaşiy:

“Oktyabrın 7-də HƏMAS-ın İsrailin Qəzza zolağının yaxınlığındakı şəhər və qəsəbələrinə hücumu “Hizbullah”ın planının (qondarma Raduan planı) real icrası idi - hansı ki, məhz belə bir hücumu nəzərdə tuturdu, lakin yalnız Livandan və daha geniş miqyasda. Çünki bu iranpərəst terror qruplaşması HƏMAS-dan qat-qat güclüdür.

Müharibənin əvvəlində “Hizbullah”ın oxşar hücumundan qorxan İsrail Livanla sərhədə yaxın onlarla yaşayış məntəqəsindən 60 minə yaxın sakini təxliyə etmək məcburiyyətində qaldı. Həmin insanlar hələ də öz evlərinə qayıda bilmirlər, çünki “Hizbullah” terrorçuları həm hərbi, həm də mülki hədəfləri olan sərhəd yaşayış məntəqələrini atəşə tutur və bu, artıq onlarla mülki israillinin ölümünə səbəb olub.

İsrail belə bir təhdidlə barışmağa hazır deyil və Livandan BMT Təhlükəsizlik Şurasının bütün “Hizbullah” terrorçularının İsrailin şimal sərhədindən geri çəkilməsinə dair 1701 saylı qətnaməsinə əməl etməsini tələb edir. İsrail hökuməti “Hizbullah”ın özü qətnaməni yerinə yetirməsə, İsrailin onu buna məcbur edəcəyinə eyham vurub.

ABŞ “Hizbullah”a qarşı hərbi əməliyyatları dayandırması üçün İsrailə təzyiq edir, lakin İsrailin başqa variantı yoxdur. Çünki ölkə on minlərlə sakininin onlarla şəhər və qəsəbədən faktiki olaraq qovulması ilə barışa bilmir.

Eyni zamanda İsrail rəhbərliyi ordumuzun iki cəbhədə müharibəyə hazır olduğunu vurğulayır. Təbii ki, İsrail Qəzza zolağının əksər hissəsində HƏMAS-ın sıxışdırılmasından sonra hərbi əməliyyatlara başlamağa üstünlük verəcək.

Odur ki, ABŞ və Fransa “Hizbullah”ı İsrailin şimal sərhədindən geri çəkməyə və oradakı bazalarını sökməyə məcbur edə bilməsə, İsrailin şimal sərhədində təhlükəsizliyi təmin etmək üçün müstəqil şəkildə zəruri tədbirlər görməyə məcbur olması tamamilə mümkündür”.

Ukraynalı analitik, Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov:

“İsrailin Livanın cənubuna hücumu ehtimalı kifayət qədər yüksəkdir. Qüdsdə Qəzza zolağında quru əməliyyatı başlayandan sonra “Hizbullah”ın ikinci cəbhə açmasından böyük qorxu yaranıb. Oktyabr ayında bunun qarşısını almaq üçün ciddi cəhdlər edildi. Bunda ABŞ-ın münaqişəyə girmək istəyi mühüm rol oynadı. ABŞ-ın müdaxiləsi böyük müharibənin qarşısını aldı, lakin sərhədyanı hücumları dayandırmadı.

Livanın cənubundan gələn təhlükə yüzminlərlə israillini evlərini tərk etməyə məcbur edib. İsrailin şimalında iqtisadiyyat aylarla iflic vəziyyətində qalıb. Aydındır ki, belə qeyri-sabit vəziyyət uzun müddət davam edə bilməz və İsraildə Qəzzada əməliyyat gözlənildiyindən daha uğurla inkişaf etdiyi üçün Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması imkanlarını müzakirə etməyə başladılar.

Öz növbəsində İran və onun satellitləri HƏMAS ilə atəşkəs danışıqlarında İsrailin atəşə tutulmasından təzyiq vasitəsi kimi istifadə edir. İndi iranlılar üçün vacib olan sadəcə olaraq HƏMAS-ı istənilən formada qorumaqdır ki, gələcəkdə ondan istifadə etsinlər. Buna nail olmaq üçün iranlılar İsraili girovlar və humanitar məsələlərlə bağlı HƏMAS-la danışıqlara cəlb etmək istəyirlər.

Əməliyyatda hər belə fasilə HƏMAS və ya onun liderlərini qorumaq şanslarını artırır. Və atəşkəsdən bir az əvvəl “Hizbullah” atışmalarını gücləndirərək, İsrailin güzəştə getməyəcəyi təqdirdə eskalasiyaya hazır olduğunu açıq şəkildə bildirir.

Beləliklə, dinamik bir mühit yaranır ki, tərəflər hər bir növbəti addımını bir əməliyyat istiqaməti ilə bağlı deyil, regiondakı ümumi vəziyyət, düşmənin niyyətləri haqqında fikirlər və onun zəifliyinin qiymətləndirilməsi əsasında ölçüb-biçirlər. Belə bir vəziyyətdə Livanın cənubunda eskalasiya ehtimalı kifayət qədər yüksəkdir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru