Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                 

“Səhlənkar deputatların vəzifələrinə xitam veriləcək” - Referendum Aktının ŞƏRHİ
Tarix: 20-07-2016, 09:56 | Çap et
“Səhlənkar deputatların vəzifələrinə xitam veriləcək”
“Müstəqil Azərbaycanda ilk Konstitusiyanın qəbul olunmasından artıq 20 ildən çox vaxt keçib. Bu müddətdə təbii ki, Azərbaycan cəmiyyətində Avropaya inteqrasiya dəyərləri inkişaf edib. 2000-ci ildə milli qanunvericilik bazasını Avropa Şurasının tələblərinə uyğunlaşdırdıq.
Təbii ki, insan hüquq və azadlıqları və Konstitusiyada cəmiyyətlə dövlətin müəyyən atributları inkişaf etdikcə, yeni hüquqi tələblərin təkmiləşdirilməsi meydana çıxır.
Bu baxımdan hesab edirəm ki, dəyişiklik ediləcək Konstitusiya aktının yeni layihəsində insan hüquq və azadlıqlarının təminatını daha da gücləndirən, onun inkişafına rəvac verən kifayət qədər məqamlar öz əksini tapacaq”.

Bu sözləri Modern.az-a deputat Çingiz Qənizadə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına münasibət bildirərkən deyib.

Deputat referenduma çıxarılacaq Konstitusiyaya aktında Milli Məclisə üzv seçilməyin 18 yaşa endirilməsini mütərəqqi addım hesab edir:

“Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq?
Ona görə də cənab prezidentin həm prezident seçkiləri ilə bağlı yaş həddini götürməsi, həm Milli Məclisə seçkilərlə bağlı yaş həddini ardan qaldırması nəticəsində 18 yaşına çatmış Azərbaycan vətəndaşının seçməklə yanaşı, artıq seçilmək hüququ da olacaq. Bu da insan hüquq və azadlıqlarının təməllərindən biridir”.

Çingiz Qənizadə hesab edir ki,prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək:

“Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması inkişaf etmiş Avropa ölkələrində də var. Demokratik ölkələrin qanunvericiliyində 7 illik prezident institutu var. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var.
Bu baxımdan, həm də 5 ildən bir seçkilərin keçirilməsinin iqtisadi tərəfi var. Xeyli maliyyə xərcləri tələb edir. Bu gün dünyada maliyyə böhranının olduğunu nəzərə alsaq, prezidentlik müddətinin Azərbaycanda 5 ildən 7 ilə qaldırılması mütərəqqi addım hesab oluna bilər. Kimin prezident seçilməsindən asılı olmayaraq, prezidentin 7 il müddətində hakimiyyətdə qalması normaldır”.

Hüquqşünas deputat düşünür ki, Konstitusiyaya ediləcək yeni dəyişikliklə 1-ci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis edilməsi ilə əslində prezidentin özündən sonrakı səlahiyyətlərə işıq salacaq:

“1-ci vitse-prezident və vitse-prezidentliyin yaradılması ölkə başçısının konstitusion hüququdur.
Azərbaycan tarixində dövlət katibi vəzifəsi olub. Sonradan bu vəzifə ləğv ediləndə xarici siyasət səlahiyyətləri başqa struktura keçdi.
Artıq cənab prezidentin özü olmadıqda səlahiyyətlərinin kimə verilməsi məsələsi qaranlıq idi. Məzuniyyətdə, istrahətdə olanda onun adlndan səlahiyyətlərin, sənədlərin kiminsə imzalaması, bir az anlaşılmaz idi.
Digər tərəfdən beynəlxaq müqavilələri prezident özü olmadıqda imzalamaq I vitse-prezdentə veriləcək. Hesab edirəm ki, bu, Azərbaycan üçün yeni bir dövlət idarəçilik modeli olsa da, dünya üçün yeni deyil”.

Deputat Konstitusiyaya ediləcək yeni dəyişikliyə görə, prezidentin parlamenti hansı hallarda buraxa biləcəyinin hüquqi detallarını da açıqlayıb:

“Milli Məclis kollegial qurumların işinin pozarsa, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi hakimlərinin, hökumətin özünün formalaşmasının əleyhinə səs verib, “yox” deyərsə, o zaman prezident parıamenti buraxa bilər.
Çünki Milli Məclisin əslində bilərəkdən hər dəfə prezidentin təklif və qanunvericilik təşəbbüsünə qarşı çıxması dövlət orqanlarının işinin pozulmasına və dövlət irdarəçiliyində ciddi boşluq yaranmasına səbəb ola bilər. Bunun da acı nəticələri ola bilər. Əgər prezidentin təklifini parlament dəfələrlə heç bir əsası olmadan “yox” deyərək geri qaytararsa və bu, digər dövlət orqanlarını iflic vəziyyətinə gətirəcəksə, parlamentin buraxılmasına gedilə bilər”.

Çingiz Qənizadə deyib ki, bu Konstitusiya dəyişikliyindən sonra səhlənkar və laqeyd deputatların vəzifələrinə xitam veriləcək:

“Yeni dəyişiklikdə deputatların özünün funksiyalarının yerinə yetirilməsi ilə bağlı bir məqam var. Milli Məclisin iclaslarında səsvermə hüququnu yalnız özü həyata keçirməlidir. Əks halda, deputatın səlahiyyətlərinə xitam veriləcək. Hesab edirəm ki, bu dəyişiklik millət vəkillərində məsuliyyət hissini artıracaq.
Dəyişiklik daha çox işə can yandırmaq, iclaslarda və qərarların qəbul edilməsində aktiv iştirak etmə kimi məsələni tənzimləyəcək. Bizim bəzi deputatlar var ki, görürük ki, iclas və səsvermədə laqeyd yanaşanlar olur . Artıq bundan sonra onlar daha məsuliyyətli olacaqlar.
40 min seçici səni seçibsə, sənin də borcun səsvermədə, iclaslarda, qanunların qəbulunda iştirak etmək, öz masanın arxasındakı düyməni basmaqdır. Amma bu hüququ başqasına tapşırıb iclasda olmursansa, demək bu ciddi məsuliyyətsizlikdir.
Hesab edirəm ki, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsi cəmiyyət qarşısında obyektiv şəkildə aparıldıqdan sonra Konstitusiya Məhkəməsi cənab prezidentin təqdim etdiyi sənədi 7 gün müddətində baxıb qərar qəbul edəcək.
Düşünürəm ki, bu addımlar həm siyasətçilər, həm də vətəndaşlar tərəfindən yüksək dəyərləndiriləcək. Gələcəkdə biz referenduma gedərək, nəzərdə tutulan dəyişikliklərin öz əksini Konstitusiyada tapmasına “hə” deyəcəyik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru