Məktəbli forması və korupsiya şorbası... - deputat yazır...
Tarix: 5-09-2022, 07:42 | Çap et
 Azərbaycan Respublikasının əlahəzrət Konstitusiyasi var. Orada ən dəyərli maddələrdən biri də 42 saylıdır. Bu maddə hər kəsə təhsil hüquqi verir və üstəlik də pulsuz icbari ümumi orta təhsil almaq hüququnu dövlətin təmin etdiyini bildirir. Təəssüf ki, bu gün həmin hüququn real həyatda gerçəkləşdirilməsi həm də "Oxumuram!" və ya "Oxutmuram!" deyə biləcək bir hüququn yaranmasına bəhanə verir. Ancaq bizim aydınlıq gətirmək istədiyimizi əsas məsələ məhz bu hüquqdan istifadə edən, övladını icbari təhsil almağa həvəslə göndərən, hətta bunun üçün "yaxşı məktəb", "yaxşı sinif" üçün qeyri-qanuni vəsait ödəyən insanlara aiddir. Bu o deməkdir ki, istənilən vətəndaş pulsuz orta təhsili dövlətin hesabına alır və dövlət bunu etməyə borcludur. Bu həm də o deməkdir ki, məktəblin işığından başlamış istiliyinə, təmizliyinə, oturacaq yerinin keyfiyyətinə, uşağın məktəbə nəqliyyat vasitəsi ilə çatdırılmasına, uşaqların təhlükəsizliyinə, məktəb hüdudlarında sağlamlığına, savadlı və əxlaqlı pedaqoqlarla, idarəçilərlə təmin olunmasına və ən əsası da dərslik, ləvazimat, məktəb hüdudlarında geyim formasına qədər təminat dövlət tərəfindən gerçəkləşdirilməlidir. Bunun üçün də dövlət büdcəsindən ayrıca bəndlər üzrə vəsait ayrılır. Uzun illərdir bizim məmləkətdə icbari təhsil hüququ və təhsilverən üçün təhsil alanın qanunsuz ödənişlər etməsi problem olaraq qalır. Açıq etiraf edək ki, dövlət öz üzərinə düşən minimumları edir: məktəb tikir, təhsil verdiyinə görə müəllimə pul ödəyir, dərslikləri pulsuz verir, yaxşı-pis təhsil infrastrukturunu qurur, təhlükəsizliyi qoruyur. Lakin Konstitusiyanın tələbinə uyğun gələn bəzi öhdəliklərin yerinə yetirilməsi illərdir mümkün olmur. Burada söhbət təkcə təhsil şəbəkəsində geniş yayılmış korrupsiya elementlərindən getmir, məktəbə ənənəvi baxışın dəyişməməsindən gedir. Əgər orta təhsil icbaridirsə, mənim də təhsil hüququm varsa, mən aclıqdan, geyimsizlikdən, nəqliyyat imkansızlığından bu hüququmu gerçəkləşdirə bilmirəmsə, bunun maddi təminatını hökmən dövlət etməlidir. İndi bizdə uşağın məktəbə çatdırılması üçün nəqliyyat xərcləri, məktəbdə ac-susuz qalmaması üçün ödənişlər, dərslikdənkənar xeyli sayda vəsaitin alınması, idman ləvazimatları, məktəbli çantası təminat olaraq valideyinə aiddir. İllərdir buraya məktəbli forması da əlavə olunur və bu forma standartları və seçimi xüsusi bir korrupsiya şəbəkəsinin formalaşmasına imkan yaradır. Əgər valideyinin bu təminatı gerçəkləşdirməyə maddi imkanı və ya həvəsi yoxdursa, o halda nə baş verəcək? Uşağı məktəbdən hansı əsaslarla uzaqlaşdıracaqlar? "Niyə maşın tapıb dərsə gələ bilmirsən, niyə pul tapıb forma ala bilmirsən, niyə çantan yoxdur, niyə idman dərsləri üçün geyim almamısan" kimi sualları hansı əsasla verə bilərsiniz? Sözün qısası budur: hansısa vəzifəli şəxsin, hansısa qurumun, hansısa direktorun, sinif rəhbərinin "bu cür forma geyəcəksən, filan yerdən alacaqsan, filan qiyməti ödəyəcəksən" tələbi, təklifi, hətta tövsiyyəsi tamamilə qanunsuzdur. Dövləti təmsil edən müvafiq icra hakimiyyəti ya özün bu formanı verəcəksən (Konstitusiya da məhz bunu deyir), təmin edə bilmirsənsə valideyn üçün optimal standartlara uyğun gələn (açıq-saçıqlığa, fərqləndiriciliyə aşkar yol açmayan) alternativ forma əldə etməsinə imkan yaradacaqsan! İndiki halda məktəblilərə ödənişlə təklif olunan məktəbli formaları valideyinlərdən qanunsuz şəkildə alınan, onlara yüklənən bir korrupsiya variantıdır. Bu şəbəkədən, bu qiymətə və həm də bu formanı almalısan dayatması mədəniyyətsiz bir soyğunçuluqdur. Buyurub məktəblər üçün beş-on növdə alternativ geyim forması tövsiyyə edin, valideyn də minimum məsrəflə və ya məsrəfsiz şəkildə bu problemi çözə bilsin. Sözümün canı budur ki, hansısa vəzifəli şəxsin, sinif rəhbərinin məhz bu formanı geyməlisən, məhz bu formanı almalısan deməsi tamamilə qanuna ziddir, vətəndaşın təhsil hüququnun gerçəkləşməsinə qarşı davranışdır. Əlbəttə, geyim üçün məktəbə xas əxlaq standartlarının tələb olunmasına hansısa valideyn narahat olmaz, əsas odur ki, məktəbli formasından kimlərsə korrupsiya şorbası bişirməsin. Fazil Mustafa millət vəkili DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25 |
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19 |
|
|
|
|