Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                 

“Baku Steel Company” ilə bağlı ŞOK İDDİA - ölən fəhlələrin sayı itib...
Tarix: 17-12-2018, 08:49 | Çap et
“Baku Steel Company” ilə bağlı ŞOK İDDİA
“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovun Azərbaycana idxal olunan armaturların keyfiyyətsizliyinə dair şayiələr yaydırmasının ardından onun zavodlarındakı əmək təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması haqda da faktlar ortaya çıxıb.

Xəbər verdiyimiz kimi, R.Məmmədov monopoliyanı əldən verməmək üçün PR kampaniyasına start verib. O, tikinti sektorunda ucuzlaşma yaradılmasına mane olmaqla, dövlətin siyasətini sabotaj edir. İrandan Azərbaycana idxal olunan armaturun keyfiyyətsizliyinə dair yalanlar yayır. Həmin materiallarda konkret şirkət adı qeyd olunmasa da, ümumilikdə İrandan gətirilən armaturun keyfiyyət standartlarına cavab verməməsi iddia olunur. (http://musavat.com/news/qoymayin-ustumuze-rasim-gelir-armatur-bazarinda-inhisarci-oyunlari_576997.html)

Müxtəlif ərazilərdə İran məhsulunun tikinti sahəsindəki fotoları verilsə də, armaturun məhz hansı şirkət tərəfindən istehsal edildiyi bildirilmir. Qeyd edək ki, İran armaturları ilə bağlı yayılan materiallara 2016-cı ildə Səudiyyə Ərəbistanında çəkilmiş bir video da əlavə olunur. İranın “Saba Steel” şirkətinin etiketinin də nümayiş olunduğu videoda bir nəfər yoğun armaturu əlində qaldırıb betona çırpır və armatur asanlıqla sınır. Kiçik araşdırmadan sonra aydın olur ki, həmin video Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər kəskinləşən zaman məqsədyönlü şəkildə hazırlanıb və İran məhsulunu gözdən salmağa hesablanıb...

Bəs Rasim Məmmədovun özünün idarəçiliyində olan zavodlarda vəziyyət necədir? Buna dair kiçicik bir dəqiqləşdirmə aparanda aydın oldu ki, onun zavodlarında fəhlələrin ölümü adi hal alıb. Son belə hadisə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunda baş verib. Olay zamanı Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Fərhad Mətləb oğlu Quluzadə dünyasını dəyişib. Qeyd olunur ki, fəhlənin ölümü zavodda texniki təhlükəsizlik qaydalarına riayət olunmaması üzündə baş verib. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Hazırda olayla bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Rasim Məmmədovun rəhbərlik etdiyi zavodlarda zaman-zaman fəhlələrin məhz texniki təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən bədbəxt hadisələr qeydə alınıb.

2014-cü ildə Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” MMC-də 1985-ci ildə Qadir Akif oğlu Qafarovun ölümü ilə nəticələnən olay baş vermişdi. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. Elə həmin il yenə də “Baku Steel Company” MMC-də ölümlə nəticələnən olay qeydə alınıb. Oksigen sexində qaz balonu partlayıb. Nəticədə xəsarət alan sex rəisi, Sumqayıt şəhər sakini Rasim Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, oranın işçiləri - Bakı şəhər sakinləri Sahil Bayramov və Zəfər Ağayev xəstəxanaya yerləşdiriliblər. Faktlarla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən hər dəfə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma - ehtiyatsızlıqdan ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, gəlinən nəticə haqda ictimaiyyətə hər hansı bir açıqlama verilməyib.

2 il sonra həmin zavodda daha dəhşətli olay baş verib. “Baku Steel Company” zavodunda istehsalat zamanı partlayış baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini, 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov idi. Həmin faktla da bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı. 2016-cı ildə “Baku Steel Company” MMC-də çalışan bir qrup işçi adından həmin ölüm olayları, partlayışlarla əlaqəli “Təzadlar”a müraciət təqdim edilib. Materialda bildirilib ki, “Baku Steel Company” MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Sitat: “ Hətta ölənlər də olmuşduE Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin (iş şəraitinin, malın, xidmətlərin) keyfiyyətinin səviyyəsini sovet dövrü səviyyəsinə endirir (uzaqdan onun ”reklam"ı nabələdlər və yaltaqlar üçün təmtəraqlı görsənsə də). Sirr deyil ki, Azərbaycanda zor gücü ilə “dəmir” monopolisti olan “Baku Steel Company” MMC rəhbəri olan Rasim Məmmədovu çoxdan, uşaqlığından tanıyırıq. Onun necə xarakterə malik olduğunu hamımız bilirik. Onun kimilər üçün hansısa “axmaq fəhlələr” sadəcə “işçi qarışqa” və “qapazaltı zümrə” kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. O, gündüz həmin ölülərin yasına da gedə bilər, axşam isə... Hətta ölənləri söyə də bilər, çünki..."

Rasim Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru