SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Heydər Əsədov aqrar sektoru necə batırır - şok rəqəmlər
Tarix: 19-10-2017, 08:53 | Çap et
Heydər Əsədov aqrar sektoru necə batırır
Azərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə, ilk olaraq diqqətlər aqrar sahəyə yönəlir. Bu da səbəbsiz deyil, çünki ölkə rəhbərliyinin qeyri-neft sektorunda əsas prioriteti məhz bu sahədir. Xüsusilə son 2 ildə ölkədə ixracyönümlü bitkilərin becərilməsinə böyük önəm verilir. Dövlət torpaq sahiblərini pambıq, çəltik, çay, tütün kimi bitkilərin yetişdirilməsinə stimullaşdırmaq üçün subsidiyalar ayırır. Bundan əlavə, fındıqçılığın, baramaçılığın inkişafına yönəlmiş dövlət dəstəyi tədbirləri həyata keçirilir - tinglər, barama qurdu dövlət hesabına alınır və sair.

Görünən odur ki, aqrar sektorun inkişafı üçün bu sahəyə məsul qurumların təşəbbüsləri ölkə rəhbərliyi tərəfindən dəstəklənir. Yəni aqrar sahədə dövlət siyasətini hazırlayıb həyata keçirən əsas qurum - Kənd Təsərrüfatı Nazirliyinə bütün zəruri dəstək verilir.

Ölkənin ərzaq təhlükəsizliyinə zərbə

Lakin ölkə rəhbərliyinin bu dəstəyindən adıçəkilən nazirliyin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından səmərəli bəhrələndiyini söyləmək mümkün deyil. Hansı ki, bu, ölkə prezidentinin birbaşa diqqətində olan məsələdir. Prezidentin kənd təsərrüfatına həsr olunmuş müşavirələrdəki çıxışlarının əsas xəttini məhz ölkənin strateji ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilmə vəziyyəti təşkil edir.

Məsələn, bu ilin avqustunda Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışında İ.Əliyev qeyd edib: “Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik”.

KTN-in bilavasitə xeyir-duası ilə rayonlarda son 2 ildə əkin sahələrinin heyvandarlığın sıxışdırılması hesabına artırılması yolu tutulub: xüsusilə maldarların istifadəsində olan otlaq, qışlaq, biçənək əraziləri, yonca sahələri məcburən müxtəlif bitkilərin əkini üçün ayrılır. Ötən ildən etibarən heyvandarlıqla məşğul olan fermerlərin bununla bağlı etirazları başlansa da, aqrar sektorun inkişafına cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi bu etirazları qulaqardına vurmaqdadır. Maldar fermerlərin nazir Heydər Əsədovla görüşləri isə heç bir fayda vermir. Onların problemlərini aradan qaldırmaqda yardımçı olmaq əvəzinə, nazirin fermerlərə bir məsləhəti olur: “Etirazın varsa, məhkəməyə get”.

Yeri gəlmişkən, bir haşiyə çıxaraq qeyd edək kənd təsərrüfatı naziri Heydər Əsədov onun fəaliyyətini tənqid edən sabiq işçisi Sabir Vəliyevi də məhkəməyə göndərib və 300 manat cərimə etdirməyə nail olub.

Heyvandarlığın sıxışdırılımasının mənfi nəticələri özünü çox gözlətməyib. Ötən sayımızda da xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb. Dəyər ifadəsində ət idxalında artım 2 dəfədən çox olub. Süd idxalında isə belə artım 65,4 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlarda 38,69 faiz təşkil edib. Bu 3 məhsulun idxalına ötən ilin 8 ayında 36 milyon dollar sərf olunubsa, bu ilin eyni dövründə xaricə gedən vəsait 97,8 milyon dollara çatıb. KTN-in şöbə müdiri bu artımı əhalinin həmin məhsulları daha çox istehlak etməyə başlaması ilə əsaslandırıb. İdxalı ilə bərabər, qiyməti də sürətlə artan ət, süd, kərə yağını son illərdə gəlirlərində demək olar ki, artım olmayan əhalinin birdən-birə 30-40 faiz çox alması aydın məsələdir ki, real ola bilməz.

Qeyd edək ki, son illərdə ölkəyə dövlət hesabına minlərlə baş cins mal-qara idxal olunaraq, fermerlərə güzəştli qiymətlərlə satılır. Hər halda, KTN-in rəsmi statistikasından belə görünür. Elə KTN rəhbərliyi də bir çox hallarda heyvandarlıqda intensiv inkişafın zərurətindən danışır - mal-qaranın baş sayının deyil, məhsuldarlığına önəm verdiklərini bildirir. Lakin həmin mal-qaranın sonrakı taleyi - onları alanların ət-süd istehsalında hansı müsbət nəticələr əldə etdikləri, bundan dövlətin, əhalinin qazancının nə olduğuna dair qiymətləndirmə aparılıb məlumat verilmir. Digər tərəfdən, daxili tələbatı tam təmin edəcək sayda cins mal-qara olmadan baş sayını azaltmaq ölkəni heyvandarlıq məhsullarının idxalından asılı vəziyyətə salmaq təhlükəsi yaradır. Gömrük statistikası isə bu təhlükənin reallaşmağa başlamasından xəbər verir.

Nazir kooperativlərə inanmır?

Ölkədə kənd təsərrüfatının əsas problemlərindən biri torpaqların xırda sahələrə bölünməsidir - bu, prezident tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapıb. Belə ki, statistikaya görə, ötən il 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi 3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Bu problemin həlli üçün ötən il “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilib, bu ilin iyulunda isə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” prezident tərəfindən təsdiqlənib. Hər iki sənəddə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının dövlət tərəfindən dəstəklənməsi əsas prioritet elan edilib. H.Əsədov isə mətbuata müsahibə verərək kooperativlərin Azərbaycanda geniş yayılacağına inanmadığını bildirir.

“Özəl mülkiyyət toxunulmazdır. Kim hansı bitkini istəyirsə, əkir və dövlət inkişafı stimullaşdırmalı və insanların azad seçim hüququnu təmin etməlidir.” - Bunu deyən kənd təsərrüfatı naziri rayonlarda inzibati qaydada - kənd icra nümayəndələrinə, bələdiyyə sədrlərinə pərakəndə şəkildə müxtəlif bitkilər əkdirilməsinə, yumşaq desək, göz yumur. Kənd Təsərrüfatı Nazirliyinin internet saytında əkinlərə görə subsidiyaların verilməsinə dair cədvəllərə baxdıqda açıq görünür ki, hər kənddə ən çox subsidiya məhz icra nümayəndələri və bələdiyyə sədrlərinə verilir. Hansı ki, bir çox hallarda yerlərdə torpaqların imkanı, suvarılma şəraiti nəzərə alınmadan aparılan belə əkinlərdən məhsuldarlıq çox aşağı olur, bəzənsə heç olmur. Ötən ay mətbuatda Goranboy rayonunda suvarma imkanı məhdud ərazilərdə əkilən pambıq sahələrinin susuzluqdan məhv olmasına dair məlumatlar yer aldı.

Halbuki prezident İ.Əliyev əkinlər planlaşdırılarkən suvarma imkanlarının nəzərə alınmasını daim vurğulayır, məsul şəxsləri bu amilə diqqət yetirməyə səsləyir.

Yüz milyonlarla manat dövlət subsidiyası niyə nəticəsiz qalır?

Müstəqil mütəxəssislərin hesablamalarına görə, Azərbaycanda əkin sahəsinə görə subsidiyalaşma kənd təsərrüfatı istehsalında ciddi kəmiyyət və keyfiyyət dəyişikliyinə gətirməyib. Buna görə də illərdir dövlətin dəstək verdiyi bütün növ bitkilər üzrə subsidiyanın əkin sahəsinə görə deyil, son məhsula görə verilməsi təklif olunur. Məsələn, 10 ildən yuxarıdır Azərbaycanda taxıl əkinlərinin sahəsinə görə istehsalçılara subsidiya ödənir. Nəticə isə belədir ki, taxıl əkinlərinin sahəsi az qala 1 milyon hektara çatsa da, ölkə ərzaq buğdasının əksər hissəsini xaricdən idxal edir. Hər il Rusiya və Qazaxıstandan 250-300 milyon dollarlıq buğda alınır. Üstəlik, daxildə istehsal olunan buğda çox ciddi keyfiyyət problemi yaşayır.

Heyvandarlıq məhsullarının idxalının sürətlə artdığı, taxıl istehsalında qarşıya qoyulan əsas hədəfə nail olunmadığı bir dövrdə H.Əsədovun söylədiyi “cənab prezident bizim qarşımızda dəqiq hədəf qoyub - ölkəni kənd təsərrüfatı məhsulları ilə maksimum daxili istehsal hesabına təmin etmək. Söhbət ilk növbədə heyvandarlıq məhsullarından, ətdən, yağdan, un məmulatlarından gedir” fikrinin nə qədər real olub-olmadığını görmək elə də çətin deyil...

Dünyanın hər yerində dövlət aqrar sektora dəstək verir, subsidiyalaşdırır. Bu zaman bütün ölkələrdə verilən subsidiyanın aqrar istehsala və istehsalçılara təsiri, əldə olunacaq nəticələr dəqiq hesablanır və ictimaiyyətə açıqlanır. Azərbaycanda isə hələ də belə bir analitik hesablamanın aparılmasına dair hər hansı məlumata rast gəlinmir. Buna görə də bilmək olmur ki, Azərbaycanda aqrar istehsala yönəldilən yüz milyonlarla manat dövlət dəstəyi istehsalın hansı həcmdə artmasına imkan verəcək? Bunu etməli olan KTN-də isə institutların sayı durmadan artırılır...

Ötən ay mətbuatda “Aqrolizinq” ASC-nin lizinq yolu ilə fermerlərə satdığı texnikanın qiymətində ötən ilə nisbətən 50 faizədək bahalaşma olduğu, bunun isə həmin texnikanın H.Əsədovun qardaşının şirkətlərindən alınması ilə bağlı faktlar yer alıb. Hələ ki nazir bu faktlarla bağlı əsaslı bir açıqlama verməyib. Lakin tenderlərin rəsmi reyestrində diqqətimizi ASC-nin bir tender cəlb etdi. “Traktora asılan və qoşulan müxtəlif kənd təsərrüfatı texnikaların satın alınması” üzrə “Networks Europe L.P.” şirkəti ilə bağlanmış müqavilənin dəyəri 7 milyon 110 min 894.20 manat təşkil edir. Çox maraqlıdır ki, İnternet axtarış resurslarında bu şirkət barədə 2011-ci ildə Böyük Britaniyada qeydiyyatdan keçməsi və ünvanından başqa heç bir məlumat yer almayıb. Daha maraqlısı budur ki, 2016-cı ildə bu KTN-in bu şirkətdən 6,5 milyon manatlıq vaksin almasına dair mətbuatda məlumat gedib. Vaksinlə kənd təsərrüfatı texnikası arasında hansı əlaqənin olduğunu yəqin ki, H.Əsədov və onun işçiləri daha yaxşı izah edərlər.

Apardığımız kiçik araşdırma göstərdi ki, “Aqrolizinq” ASC-nin fəaliyyətində qeyri-şəffaflıq qalmaqdadır. Xatırladaq ki, H.Əsədov nazir təyin olunandan dərhal sonra ASC-nin əvvəlki rəhbərliyini qeyri-şəffaf işləməkdə, dövlət vəsaitlərindən səmərəsiz istifadədə günahlandırıb vəzifədən uzaqlaşdırmağa nail oldu. Bundan sonra gözlənilirdi ki, kənd təsərrüfatına dövlət dəstəyinin ən əsas icraçısı olan bu qurumu, işində dönüş yaranacaq, ən azı dövlətin ayırdığı pullar təyinatına uyğun xərclənəcək. Lakin Hesablama Palatasının ASC-də apardığı yoxlamalar bunun əksini göstərdi. Palatanın açıqladığı məlumatdan aydın oldu ki, 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində artıq xərclərə yol verilib. Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib. Auditlə əhatə olunan dövrdə alınmış mineral gübrənin anbardan vahid qiymətə satışı ASC tərəfindən qiymətlərin tənzimlənilməsi üçün imzalanmış əmrlər əsasında təmin edilib ki, bu da qiymət fərqi hesabına gəlirlərinin təkrar dövriyyə və büdcə vəsaiti hesabına artmasına səbəb olub və sair.

Nə nazirliyin öz saytında, nə də tabeli qurumlarında, o cümlədən “Aqrolizinq” ASC-nin saytında illik təsərrfüfat və maliyyə hesabatları yerləşdirilməyib. Nazirlik tərəfindən dövlət vəsaitləri hesabına həyata keçirilən irihəcmli alqı-satqıları üzrə keçirilmiş prosedurların nəticələri barədə heç bir məlumat açıqlanmır.

Güman edirik ki, mətbuata açıq olduğunu bəyan edən H.Əsədov qaldırdığımız problemlərlə bağlı açıqlama verəcək.

Xatırladaq ki, H.Əsədov nazir vəzifəsinə 2013-cü ilin oktyabr ayında təyin edilib. Ötən 4 il müddətində onun rəhbərlik etdiyi sahə nəinki inkişaf etmədi, əksinə, daha da geri qaldı. Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.

“Yeni Müsavat” qəzeti yazıda göstərilənlərlə bağlı KTN-ə sorğu hazırlayıb göndərib. Nazirlikdən sorğumuza cavab verilsə, onu da çap edəcəyik.

“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru