SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Rüfət Aslanlalının yüksəliş və eniş tarixçəsi - Bir gəncin manifesti
Tarix: 5-03-2018, 08:55 | Çap et
Rüfət Aslanlalının yüksəliş və eniş tarixçəsi
Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlərvar. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, son vaxtlar hədəfə çevrilən vəzifəli şəxslərdən biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıdır. Palata rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq obyektinə çevrilib. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatıb ki, Palatadakı səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edilib.
Rüfət Aslanlı prezidentin qəzəbinə necə tuş gəldi?
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin iyunun 23-də imzaladığı növbəti Fərmanını president.az/articles/24416 bu baxımdan əslində Rüfət Aslanlı hakimiyyətinin sonu və ya sonunun başlanğıcı hesab etmək olar. Bu fərmanla qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, artıq Rüfət Aslanlı MBNP istədiyi kimi idarə etmək şansından məhrum edilir, bank-maliyyə sistemində taleyüklü qərarların verilməsində əsas söz Prezidentin köməkçisi Natiq Əmirova verilir.
Ən çox diqqətçəkən və ehtimal etmək olar ki, dövlət başçısı tərəfindən belə bir fərmanın verilməsinə səbəb olan məqamsa nizamnamənin 1.9.13 -cü hissəsinin yeni redaksiyada verilməsi zərurətidir:“Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.”
Sual oluna bilər, artıq il yarım ərzində fəaliyyətə başlayan və bütün strukturları formalaşdırılan bir qurumda işçilərin sayı, əmək haqları məsələsi bu günədək həllini tapmayıb ki, belə bir “gecikmiş” addım atılır? Tələsməyin, məsələ burasındadır ki, əldə etdiyimiz məlumatlara görə MBNP rəhbəri Rüfət Aslanlı özünə prezident İlham Əliyevin əmək haqqından 4 dəfə artıq, 65 min manat əmək haqqı yazıbmış. Deyilənə görə, bu faktın üzə çıxması prezidenti bərk qəzəbləndirib və nəticədə 23 iyun fərmanı ortalığa çıxıb. Xatırladaq ki, vaxtilə prezident İlham Əliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova aylıq 10 min manat maaş təyin edilməsi barədə qərar verəndə Elman Rüstəmov təvazökarlıq edərək dövlət başçısına minnətdarlıq etməklə həmin maaşın 8 min manat olmasına nail olmuşdu. Fikrimizcə, bu iki nümunə hər şeydən xəbər verir və müqayisənin şərh ehtiyacı yoxdur… Məhz belə bir fərmanın verilməsi əslində prezident tərəfindən MBNP rəhbərinə etimadın itirilməkdə olması anlamına gəlir.
Bacarıqsızlıq!
Azərbaycanda biznesin maliyyələşməsinin 2 mənbəyi var; iş adamı öz vəsaitini yatırır və ya banklardan aldığı krediti biznesə yatırır. Banklar da öz növbəsində kimlərinsə sərbəst vəsaitini cəlb edir, vasitəçi kimi öz xidmət haqqını onun üzərinə qoyub ehtiyacı olan iş adamlarına, biznesmenlərə satır. Əgər 2-ci və əsas mənbə yoxdursa, bu həmin mənbədir ki, Cənub Şərqi Asiya ölkələri – Sinqapur, İndoneziya, Malayziya dövlətlərini ayağa qaldırıb. Bu ölkələr və bundan əvvəl də bir sıra ölkələr öz iqtisadiyyatlarında inqilabı kreditin hesabına gerçəkləşdiriblər, məhz kreditin üzərində yüksəlib ayağa qalxıblar. Bu gün 29,99 faizlə istehlak krediti verməklə biz iş adamlarından heç nə gözləyə bilmərik. Faktiki olaraq Azərbaycanda iş adamlarını əsas mənbədən – yəni kreditləşmədən məhrum duruma salmışıq. 100 iş adamından 20 nəfərində dədə-babadan qalma ilkin maliyyə ola bilər. Qalan 80 nəfərin işləməsi, biznesini açıb böyütməsi üçün mütləq şəkildə kreditləşmə gərəkdir. Hazırda verilən kreditlərin faizləri isə o qədər yüksəkdir ki, kimsə həmin kreditlərə yaxın durmaq istəmir. Palatanın birbaşa vəzifələrindən biri də məhz bankların fəaliyyətini normallaşdırmaq, öz axarına salmaqdan ibarətdir. Bu gün ölkədə fəaliyyət göstərən banklar ayaqda deyil. Bank sistemi xəstədir və bu xəstəliyi sağaltmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu gün bankların xəstəliyi hər ötən gün daha da dərinləşir. Bankları bağlamaq çıxış yolu, islahat deyil. Bankların qapılarına qıfıl vurmaq əvəzinə bankları reabilitasiya edib ayaq üstə qoyacaq tədbirləri gerçəkləşdirmək lazımdır. Təəssüf ki, MBNP banklar üçün reanimasiyaya çevrilə bilmədi.
Xəyanətin bədəli
Birinci devalvasiyadan sonra ölkənin maliyyə sektorundakı başıpozuqluğa qarşı ciddi mübarizə başlanıldı, yeni sistem yaradıldı və Rüfət Aslanlı ciddi bir vəzifəyə gətirildi. Sözsüz ki, onun gözlənilmədən belə bir vəzifəyə təyin olunması ölkənin maliyyə-bank sektorundakı bəzi şəxsləri narahat etməyə bilməzdi. Maliyyə və bank sektorunun “qoca qurd”ları hesab edir ki, onlar dura-dura Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı əhəmiyyətli vəzifəyə gətirilir və o, bunların açıq və gizli maliyyə fəaliyyətlərini yönəldir. Hətta bəzi hallarda onların ölkədən pul çıxarmasına, o cümlədən himayəçisi olduqları və ya yönəltdikləri banklara, həmçinin böyük pullarına nəzarət etməsi qarşı tərəfdə Palata rəhbərinə şəxsi mənada böyük sıxıntılar yaratdı. Bəli, bu bir həqiqətdir ki, hazırda Palatada çox məsələlərdən onu kənarda saxlayırlar. Maraqlıdır ki, belə bir anda Prezident İlham Əliyevin bir müddət öncəki sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquq şəxsə çevrilərək, İbrahim Alışov Palatanın icraçı direktoru vəzifəsinə təyin olundu. Bununla da faktiki olaraq Aslanlı proseslərdən təcrid olunaraq oyundakənar duruma salındı. Alışovun bu vəzifənin öhdəsindən necə gələcəyini deyə bilmərik, amma onun gələr-gəlməz bank sektoruna daha çox nüfuz etməyə çalışması və bütün fəaliyyətində Aslanlının varlığını heçə sayması Palatada ciddi proseslərin getməsindən xəbər verir. Hesab edirəm ki, bu, çox davam etməyək. Ya Rüfət Aslanlı başqa bir vəzifəyə göndəriləcək, ya da onunla bağlı vəziyyət o qədər ciddidir ki, barəsində başqa tədbirlər də görülə bilər. Belə bir məqamda onunla bağlı mətbuatda komromat tipli xəbərlərin intensivləşməsi də təsadüf deyil.
Gözlənilən sonluq
Baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi ilə keçirilib və Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib. Cumhuriyyet.az olaraq xatırladaq ki, onun yaxın dostu olduğu deyilən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovu da yola saldılar. Azad Cavadovun vəzifədən alınmasını Rüfət Aslanlıya xəbərdarlıq kimi yozanlar da oldu. Bunun nə dərəcə doğru olduğunu deyə bilmərik, amma o vaxtdan aydın oldu ki, Rüfət Aslanlının Palatadakı hökmranlığı da uzun çəkməyəcək. O, rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının “ulduzunun” növbəti dəfə parlayacağı inandırıcı deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru