SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir - GƏLİŞMƏ
Tarix: 27-11-2018, 08:53 | Çap et
Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir
Sabiq milli təhülkəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) sabiq - həbsdəki baş direktoru Beytulla Hüseynov azadlığa çıxmaq istəyir. Belə ki, noyabrın 28-də onun kasasiya şikayətinə baxılacaq. O, 1 il əvvəl barəsində Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan kasasiya şikayəti verib. İstəyi də budur ki, yuxarı instansiya məhkəməsi onun cəzasını minimuma endirsin və şərti cəza ilə əvəzləməklə azad etsin. Eldar Mahmudovun “qulağı” kimi tanınan B.Hüseynov məhz sabiq nazirin təkidi ilə 2005-ci ildə BTRİB-in baş direktoru vəzifəsinə təyinat alıb və 10 il müddətində həmin vəzifəni daşıyıb.

2015-ci ildə MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatı qısa müddət sonra Rabitə Nazirliyinə də sıçradı. Belə aydın oldu ki, “MTN işi”ndən “Rabitə işi”nə əsas körpü elə Beytulla Hüseynovun qanunsuz əməlləri olub. Xüsusən Eldar Mahmudovun maraqları çərçivəsində Beytulla Hüseynovun kabinetindən yüksək ranqlı məmurlar dinlənilirmiş...

Beytulla Hüseynova görə BTRİB baş direktoru vəzifəsindən çıxarılan keçmiş ATS müdiri Nəriman Salmanov məhkəmədəki ifadəsində bildirib ki, vəzifədə olduğu dövrdə otağında təxminən 34 ədəd telefon xəttindən yararlanıb. Beytulla Hüseynov istintaqa ifadəsində deyib ki, o otaqdakı 34 xətt əvvəlki rəhbərliyin dövründən qalıb. Salmanov isə onun yalan danışdığını söyləyib: “Həmin telefon xətlərini sonradan Beytulla Hüseynov çəkdirib”.

Beytulla Hüseynov uzun illər BTRİB-ə rəhbərlik edib və həmin dövrdə Eldar Mahmudovun bandasının qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib.

Qanunsuz fəaliyyətə görə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.

13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev Beytulla Hüseynovun cəzasını mümkün olan qədər, yəni 7 il 6 aya endirdi. Hökumətə xəyanət etmiş, ölkə rəhbərliyini, Eldar Mahmudovun bandasının maraqlı çərçivəsində məmurları, hər kəsi dinləmiş birinə qarşı hakimin mərhəməti anlaşılmaz olaraq qalır. Hazırda Beytulla Hüseynovun işi Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatındadır və Eldar Mahmudovun qohumu azadlığa çıxmaq istəyir. İstiqlal.az saytı bu mövzuya aid maraqlı bir yazı paylaşıb. Sayt yazır ki, MTN tərəfindən saxta və qurama ittihamlarla həbs edilən günahsız vətəndaşlara hökmləri məhz Eldar Mahmudova yaxın olmuş hakimlər verib. Hələ 2004-cü ildə Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra nəzərə çarpan, onun vəzifəsində möhkəmlənməsində müstəsna əhəmiyyət kəsb edən bir əməliyyat baş tutdu. 2005-ci ildə Hacı Məmmədov və onun bandasına qarşı əməliyyat keçirildi.

Həmin əməliyyatdan sonra cərəyan edənlər isə göstərdi ki, Eldar Mahmudovun məqsədi “Qara Kəmər” əməliyyatı üzərindən özünün qara niyyətlərinə çatmaqdır. Hacı Məmmədovun işi o dövrdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adlanan instansiyaya göndərildi. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxıldı. Həmin dövrdə hakimin Eldar Mahmudovla şəxsi münasibətləri olması haqda xəbərlər dolaşırdı. Məhkəmənin gedişatı, Hacı Məmmədovun işi üzrə verilən hökm də Eldar Mahmudovun maraqlarından kənara çıxmadı. Məsələn, Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin rəisi Zakir Nəsirova qarşı ittihamların məhkəmədə söz yığınından başqa bir şey olmadığı isbat olundu. Buna rəğmən hakim Əli Seyfəliyev ittiham aktına əsaslanıb Zakir Nəsirova ömürlük həbs cəzası oxudu. Ötən il əfv sərəncamı ilə azadlığa çıxan Zakir Nəsirovu Eldar Mahmudovun bandası həbs etməzdən əvvəl 3 dəfə MTN-ə çağırmışdılar. Hər dəfə də ona təklif olunmuşdu ki, rəhbərliyinə qarşı hazırlanan ifadələrə imza atsın, gedib işini davam etdirsin. Zakir Nəsirov sonuncu dəfə belə təklifi rədd edərkən ona Eldar Mahmudovun adından “sən öl, ömürlük həbsə göndərəcəyik” demişdilər. Hakim Əli Seyfəliyevin hökmü həmin hədənin nə dərəcədə real olduğunu da ortaya qoymuşdu. 2006-cı ildə verilən hökmdən 1 il sonra Əli Seyfəliyev artıq Ali Məhkəmənin hakimi idi. Bu gün də Əli Seyfəliyev həmin vəzifədədir və nə qədər qəribə olsa da, Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun işi də məhz bu hakimin icraatındadır.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru