SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Əgər Elnurun içində məsuliyyətsizlik vardısa, o zaman gedib xarici müsabiqəyə də qatılmazdı"
Tarix: 18-04-2016, 09:17 | Çap et
"Əgər Elnurun içində məsuliyyətsizlik vardısa, o zaman gedib xarici müsabiqəyə də qatılmazdı"
“Debüt” rubrikamızın bu dəfəki qonağı ifaçı Cəmalə Vaqifqızıdır. Güclü səsə malik olsa da, siması kifayət qədər tanınmayan ifaçı hesab edir ki, tanınmaq üçün ən başlıca meyar madiyyata bağlıdır.

- İlk dəfə “7-17” mahnı müsabiqəsində çıxış etmisiniz. Ondan uzun müddət sonra sizi “Azərbaycanın səsi 2” müsabiqəsində gördük.

- “7-17” mahnı müsabiqəsində iştirak edərkən yaşım çox az idi. O zaman hazırda tanınmış müğənnilərdən İzzət Bağırov, Lalə Məmmədova, Aynur Dadaşova da həmin müsabiqədə iştirak edirdilər. İndi onlar şou aləmində kifayət qədər tanınırlar. Uzun illərdən sonra anamla bacım israr etdi ki, mən böyük reytinq toplayan “Azərbaycanın səsi 2” müsabiqəsinə qatılım.

- “7-17” mahnı müsabiqəsində sonra bir çox ifaçıların ulduzları parladı. Bəs siz nə üçün kölgədə qaldınız?

- Əslində deyirlər ki, müğənni tanınmırsa, bu, onun məsuliyyətsizliyindən irəli gəlir. Ancaq mən bu fikirlə razı deyiləm. Tanınmaq üçün ilk növbədə ifaçıya maddiyyat lazımdır. Əgər yeni bir mahnı oxumaq istəyirsənsə, onun şairinə, bəstəkarına pul verməlisən. Heç nə havayı deyil. Bəstəkar müğənniyə pulsuz mahnı vermir. Klip, efir, layihə - hamısının başında maddiyyat dayanır. Sualınıza qısaca belə cavab verim ki, sponsorum olmadığı üçün ulduzum parlamadı. Hesab edirəm ki, tanınmaq üçün sponsorun böyük rolu var. Bir çox səsi gözəl ifaçılar var ki, onların ulduzu parlamır. “Azərbaycanın səsi 2” mahnı müsabiqəsində münsif heyətində iştirak edən ifaçılarla dəfələrlə birgə toy idarə etmişik. Onlar məni müsabiqədə görəndə söylədilər ki, yaxşı ki, mən də “7-17”-dən sonra bir müsabiqədə iştirak etdim. O müsabiqədən sonra bir çox yerə dəvət aldım. Bizim sahədə reklamın böyük rolu var.

- Yəni deyirsiniz ki, indiyə qədər heç bir sponsorunuz olmayıb?

- Bir neçə il bundan öncə bir şirkət mənimlə işləmək istəyirdi. Çevrəmdəki insanlar gözümü qorxutdu. Onlar bildirdilər ki, sponsor anlayışı bizdə heç də yaxşı qavranılmır. Düşündüm ki, bir az inkişaf edərəm, sonra sponsorlar deyərlər ki, “Cəmaləni mən adam etdim”. Bu günə kimi özümə söz dedirtməyi xoşlamamışam, dedirtməmişəm də. Pillə-pillə də olsa qalxmağa, özümü inkişaf etdirməyə çalışmışam.

- Tanınmaq üçün ifaçılarımız xarici müsabiqələrə üz tuturlar. Siz necə?

- Mövsümün əvvəlində “TV-8”də yayımlanan və Azərbaycanda da yetərincə tanınan “O səs Türkiyə” müsabiqəsinə qatılmaq istədim. Hətta həmin müsabiqənin təşkilatçıları Azərbaycana seçim turlarını təşkil etmək üçün gəlmişdilər. Mən də seçim turlarında iştirak etmək üçün qeyd olunan ünvana getdim. Ancaq orada həddən artıq ifaçıların olduğunu gördüm. Münsiflər bildirdilər ki, elə səslər var ki, biz onların hamısını Türkiyəyə göndərə bilməyəcəyik. Çünki artıq münsiflərin yerləri dolmuşdu. Eyni səsdən çox idi. Bildim ki, getsəm də, məni seçməyəcəklər. Ona görə həmin müsabiqədə iştirak etməkdən imtina etdim.

- Sözügedən müsabiqəyə Azərbaycanın tanınmış ifaçıları da qatılmışdı. Bu da heç də birmənalı şəkildə qarşılanmadı.

- Mən onların bu addımını dəstəkləyirəm. Misal üçün, Zemfira İbrahimova, Leyla Rəhimli, Elnur həmin müsabiqəyə qatılmışdı. Onlar böyük arenada özlərini tanıtdılar. Elnuru biz tanıyırdıq, ancaq qəbul etmirdik. Sevinməkdən ki, bizim Elnur kimi ifaçımız var, ona dəstək olaq, hərə onun haqqında bir söz dedi. “Eurovision” mahnı müsabiqəsindən sonra nə Elnurun, nə də Samirin ulduzu parıldamadı. Dedilər ki, onların ikisi də çox məsuliyyətsizdirlər. Əgər Elnurun içində məsuliyyətsizlik vardısa, o zaman gedib xarici müsabiqəyə də qatılmazdı. Bəlkə Elnurun mahnı almağa imkanı yox idi. Nə olsun yaxşı səsi var.

- Sizin ifanızda köhnə mahnılar xüsusi bir ayrıcalıq təşkil edir.

- Mən bunun üçün anama minnətdaram. Anamın çox gözəl səsi var. O, 17 yaşında ailə həyatı qurub. Başı ailə qayğılarına qarışdığı üçün arzusunu həyata keçirə bilmədi. Anam öz arzularını mənim üzərimdə həyata keçirib. Çünki uşaq olanda o məni mahnı ilə bəsləyib, böyüdüb. Bir sözlə, xəmirim musiqi ilə yoğrulub. Anamın ən böyük arzusu o idi ki, mən ifaçı olum. Bəlkə də anam o vaxt sənətə başlasaydı, indi orta yaşlı tanınmış nəsil ifaçıların sırasında onun da adı olardı. Onun da ulduzu parlamayıb (gülür). İfa etdiyim mahnılara gəlincə isə, valideynlərim də təklif edirlər ki, köhnə mahnılara müraciət edim. Xalq mahnılarına üstünlük versəm də, hesab edirəm ki, hər ifaçının özünü təsdiqləmək, tanıtmaq üçün öz mahnısı olmalıdır.

- Bəs ananızla duet oxumaq necə, istərdinizmi?

- Çox istərdim. Səsimi anamın səsinə bənzədirlər. Anamın sayəsində hər zaman köhnə mahnılar oxumuşam.

- Müğənnilər şikayət edirlər ki, son dönəmdə toyların sayı azalıb. Real vəziyyəti bir də sizdən eşitmək istəyərdik.

- Elədir. Devalvasiya insanların maddi rifahına pis təsir etdi. İndi xalqın vəziyyəti bir az yaxşı deyil. Bu yaxınlarda Zakir Əliyevlə toy aparırdıq. Ev sahibinin 5 stolu boş qaldı. Qonaqları gəlməmişdi. Ev yiyəsi çox narahat idi. Mən də olsam, çox narahat olaram. Hazırda insanlar toy etməyə də risk etmirlər.

- Son bir neçə aydır ki, Vergilər Nazirliyi bu işə ciddi yanaşır.

- Mənim VÖEN-im var, heç zaman vergidən yayınmamışam. Əvvəllər Mərdəkan Mədəniyyət Sarayında işləyirdim. O zamandan özümə VÖEN açdırmışam və vaxtlı-vaxtında da vergimi ödəyirəm.

- Sizi hər kəs Günay İbrahimliyə bənzədir. Hətta üzünüzü görməsək, səsinizi də Günaya bənzədərik.

- (Gülür) Bir çox el şənliklərində mənə yaxınlaşıb şəkil çəkdiriblər. Elə biliblər ki, Günay İbrahimliyəm. Sonra mənə müraciət edəndə demişəm ki, mən Günay deyiləm. Heç zaman özümü kiməsə oxşatmamışam. Bu, Allahın işidir. Günay xanımın özünə də, sənətinə də böyük hörmətim var.

- Cəmalə xanım, sizin işdə uğur nə dərəcədə önəmlidir?

- Hər insanın uğura ehtiyacı var. Müğənni üçün isə ayrıca. Hətta deyərdim ki, bizim işdə uğur əsas şərtlərdən biridir. İnsan arzu ilə yaşayır. Arzularım sonsuzdur. Yeni-yeni ifaçılığa başlayanda arzulayırdım ki, mənim də maşınım olsun. Allaha dua edirdim ki, əgər qismətimdə varsa, mənə də nəsib etsin. Hər şey Allahın əlindədir. Sevinməlisən ki, rəbbin də görsün ki, sən daxilən sevinirsən. Həyatda asan heç nə yoxdur. İnsanları dindirəndə isə adama bəxtəvərlik oxuyurlar. Əgər Allah təala sənin arzunu gec yerinə yetirirsə, sənin səbrini yoxlayır. Səni uzun müddət gözlədirsə, demək ki, sənin üçün ən gözəlini hazırlayır. Mən də hər zaman düşünmüşəm ki, Tanrım bunu mənə verməyibsə, demək mənim üçün ən yaxşısını hazırlayır. Hər şey Allahın əlindədir. Düzdür, insanın özündən də çox şey asılıdır. Elə bir an gələr ki, gözlənilmədən həyatın büsbütün dəyişə bilər. Bir ay ərzində o qədər məşhur ola bilərəm ki, illərlə çalışsam belə, onu əldə edə bilmərəm.

- Sizcə, tanınmış müğənni olmaq üçün səs nə qədər önəmlidir?

- Çox önəm daşıyır. Elə səslər var ki, ürəyəyatımlıdır. Elə səslər də var ki, onu bir dəfə dinləyəndən sonra insan yorulur. Misal üçün, Röyanı böyük kütlə sevir. Allah ona yumşaq səs verib. Onun haqqında deyirlər ki, Röya elə bil mahnı oxuyarkən şeir deyir. O sözü deyənlərə bir sual vermək istəyirəm ki, siz hələ çalışın görün onun kimi oxuya bilərsinizmi? O, oxuduğu bütün mahnıları yaşayaraq səsləndirir. Onun səsini də, özünü də, sənətini də sevirəm. Ümumiyyətlə, insanların musiqi zövqləri fərqlidir. Bir dəfə bir toy idarə edirdim. Toyu başdan-ayağa oxudum. Toyun axırında bir nəfər mənə yaxınlaşıb dedi ki, “Eləsinə, beləsinə” mahnısını oxuyum. Dedim ki, həmin mahnını oxuya bilmirəm. Cavabında dedilər ki, “Bəs sən nə bilirsən?” Bu o demək deyil ki, bir mahnını oxuya bilmirəmsə demək pis oxuyanam. O qədər əziyyətdən sonra “Çox sağol” əvəzinə bunu eşitdim. Hesab edirəm ki, məşhur olmaq üçün səs, gözəllik və sponsor vəhdət təşkil etməlidir. Gözəllik deyəndə də baxımlılıq başqa şeydir, gözəllik tamam başqa. Qadın özünə baxmalıdır. İstər evdar, istərsə də digər sahələrdə çalışan qadın. Müğənni isə özünə ikiqat baxmalıdır.

- Sosial şəbəkələrdən necə, istifadə edirsinizmi? Sizcə, ifaçının tanınması üçün sosial şəbəkələr rol oynayırmı?

- Müğənni üçün sosial şəbəkələr çox vacibdir. Müğənni mahnı ifa edərkən hətta radio-televiziyadan qabaq öz səhifəsində paylaşır. Misal üçün, Damla. Onun xətrini çox istəyirəm. Onun özünə görə oxu tərzi var. O, oxuyan kimi bilinir ki, bu, Damlanın səsidir. Onun səsini başqası ilə qarışdıra bilməzsən. Yeni yazılan mahnını səhifəsində paylaşır, radiolara gedib çıxmamışdan dillər əzbərinə çevrilir. Qeyd edim ki, ifa etdiyim mahnıların bəziləri indi ən çox istifadə olunan “Youtube”-da yerləşdirilib.

- Cəmalə nədən qorxur?

- Qorxum odur ki, səsim işləməsin. Çalışdığım müddət ərzində “səsim işləmir” deyən müğənniləri də görmüşəm. Elələri var ki, səsi yoxdur, canlı ifaya gələndə deyir “səsim işləmir”. O qədər olub ki, qrip olduğum halda toy idarə edim. İnsanıq, başımıza hər iş gəlir. Çətini mikrofonu əlimə alana qədərdir. Mahnı oxuyan kimi əhvalım dəyişir.

- Bəzən toyu kiçik konsertə bənzədirlər. Həmin auditoriyada özünü səhnədə hiss etdiyin anlar olubmu?

- Oxumağı çox sevirəm. Əlimə mikrofon alanda elə hesab edirəm ki, sanki Hollivud ulduzuyam (gülür). Əgər oradakı 500 nəfər məni dinləyirsə, demək, onlar da mənim tamaşaçılarımdır. Toyu idarə etmək sizə heç də asan gəlməsin. Mən hər zaman mahnılarımı canlı şəkildə ifa etmişəm. İndi Nadir Qafarzadə ilə işləyirəm. O, hərdən məni danlayır ki, diskoteka tipli mahnılarıma plyus yazdırım. Əvvəllər onu da canlı oxuyurdum. Əgər səsim varsa, oxuya bilirəmsə, niyə fonoqram oxumalıyam? Amma sonra görürəm ki, fonoqram lazım imiş. İndi toylarda hamı DJ gətirir. Toyların formatı dəyişib. Bir də gördün toya heç kim müğənni gətirmədi. Elə DJ-lə toyu idarə etdilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru