SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Qasımla həyatımız oxşardır”
Tarix: 1-06-2016, 09:39 | Çap et
“Qasımla həyatımız oxşardır”
"Qasım gəlir, Qasım gəlir,
Yoldan çıxın, Qasım gəlir,
Allahın bəlası gəlir,
Sözünün ağası gəlir ,
Özündən çox razı gəlir”.
Nəhayət ki, gələ-gələ bizim redaksiyaya çatdı. "Keçmişdəki mən” rubrikamızın qəhrəmanı "Kişi sözü” filmində Qasım obrazı ilə tanınan məşhur aktyor, respublikanın əməkdar artisti, Prezident mükafatçısı Əjdər Həmidovdur. Müsahibimizlə onun gəncliyinə səyahət etdik.

"Belə sakit uşaq olmaz”
Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. O qədər sakit, fağır uşaq olub ki, atası onu sakitliyinə görə tez-tez danlayıb: "Uşaqlıqda həddindən artıq sakit, fağır olmuşam. Hətta atam əsəbləşirdi ki, "oğlan uşağı da bu qədər fağır olar? Bir az diribaş, cəld ol. Bir iş dalıyca göndəririk, gəlib çıxmırsan. Uşaq hərəkətli, dəcəl olar. Belə sakit uşaq olmaz”. Əksər uşaqlar kimi dalaşqan deyildim. Dalaşmağı sevmədiyim üçün dalaşan uşaqlardan kənar gəzirdim. Qonşu kənd uşaqları ilə tez-tez yığışıb, komandalar qurub futbol oynayırdıq. Futbolu çox sevirdim. Amma mənim üçün hər zaman dərslərim öndə gəlirdi”.

"Əjdərə kömək etmə!”
Əjdər Aygünlü kənd orta məktəbini bitirib. Müəllim ailəsində böyüyən müsahibimiz kəndin savadlı, seçilən uşaqlarından olub: "Məktəbi əla qiymətlərlə bitirdim. Müəllimlərim məndən həmişə razılıq edirdi. Anam riyaziyyat müəlliməsi idi. O, mənim evdə anam, məktəbdə tələbkar müəlliməm idi. Anam evə həlli çətin olan məsələlər verirdi. Bəzən çətinlik çəkir, həll edə bilmirdim. Kömək üçün anama müraciət edirdim. Amma atam icazə vermirdi. Anama tapşırmışdı ki, Əjdərə kömək etmə, qoy həllini özü tapsın”.

"Rəssam olmaq istəyirdim”
4 uşaqlı ailədə böyüyən həmsöhbətimiz deyir ki, atasının arzusu və göstərişi ilə aktyorluq sənətinə yiyələnib: "Ailədə iki qardaş, iki bacı idik. Məndən kiçik qardaşım Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdi. Bacım isə hazırda anamın sənətini davam etdirir, riyaziyyat müəlliməsidir. Hələ məktəbdə oxuyanda atamız bizə tapşırıq vermişdi ki, Əjdər aktyor, kiçik qardaşım isə prokuror olmalıdır. Mən rəssam olmaq istəyirdim. Rəssamlıq bacarığım da var idi. Amma atam dedi ki, sən aktyor olmalısan. Doğrudan da biz qardaşımla birlikdə hərbi xidmətə getdik, bitirdikdən sonra atamızın arzusunu həyata keçirdik. Mən aktyor oldum, qardaşım isə prokuror. Hələ də cavablandıra bilmirəm ki, atam məndə aktyorluq istedadının olmasını haradan bilirdi. Biz kənddə yaşayırdıq, orada teatr da yox idi. Atam musiqini, xalq mahnılarını, muğamları sevirdi. Amma aktyor sənətini bu qədər sevdiyini bilmirdim. Ola bilərdi, mən atamın arzusunu həyata keçirmək üçün İncəsənət Universitetinə daxil olum, amma istedadım olmasa idi, bu sənəti davam etdirə bilməzdim. İndi düşünürəm ki, nə yaxşı, atam bu sənətdə olmağımı istədi və nə yaxşı ki, mən aktyor oldum”.

"Dəyərli müəlimimi itirdim”
Tələblik illərindən danışan məşhur aktyor məktəbdə olduğu kimi, universiteti də əla qiymətlərlə bitirib: "İlk dəfə universitetdə Ədil İsgəndərovla Rza Təhmasib məndən imtahan götürdülər. Mən ikinci kursda oxuyanda Ədil İsgəndərov Türkiyədə Türkan Şorayla birlikdə filmə çəkilirdi. O, bizə Türkiyədən danışırdı, film haqqında məlumat verirdi. Lakin bir gün yolunu həsrətlə gözlədiyimiz Ədil müəllim dərsə gəlmədi. Dünyasını dəyişib, bizi tərk etdi. Mən dəyərli müəllimimi belə itirdim”.

"Qarajda qalırdım”
Ə.Həmidov ilk dəfə təhsil almaq üçün kənddən şəhərə gəldikdə, maddi çətinliklərlə üzləşib: "Kənddən şəhərə gələn bütün tələbələrin çətinlikləri olur. Mən oxuyan vaxt atam xəstə idi, anamın müəllim maaşıyla dolanırdıq. Təsəvvür edin, biz üçümüz - bacım, qardaşım və mən Bakıda oxuyurduq. Çox ağır şəraitdə, çətinliklə universiteti bitirdik. Yadımdadır, qardaşıma bir plaş almışdılar. İkimiz növbə ilə geyinirdik. 4 il tələbə yataqxanasında qaldım. İnstitutu bitirdikdən sonra məni təyinatla Sumqayıt Dram Teatrına göndərdilər. Yataqxanadan çıxmalı oldum. Amma kirayə ev tutmağa pulu yox idi. Ucuz ev axtarmağa başladım. Bir maşın qarajı var idi. Maşın qarajından ev düzəltmişdilər. Bir müddət orada qaldım. Sonra işləyib, borc-xərc edib balaca, bir otaqlı ucuz ev aldım. Maaşım çox az olduğu üçün maddi çətinliyim çox idi”.

"Qasım kimi sevmişəm”
Əjdər Həmidovu çoxumuz "Kişi sözü”ndə Qasım obrazı ilə tanıyırıq. Filmin əsas qəhrəmanı Qasım sürücü olsa da, yalnız sevdiyi qıza görə iki illik baytarlıq məktəbinə oxumağa gedir. Özü çox gözəl bilir ki, bu iki il mənasız keçib. O, yalnız sevdiyi qıza görə bunu edib. Qətiyyən həkimlik sevdasında da deyil, onu yalnız Solmaz maraqlandırır. Müsahibimiz deyir ki, filmdəki kimi həyatda da böyük və dərin sevgi yaşayıb: "Elə böyük bir sevgi mənim həyatımda da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə də uğursuzluqla qarşılaşdım. Məhəbbətimiz flimdəki kimi nakam qurtardı. Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə də mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam”.

Əgər sevməsəydi...
Müsahibimiz deyir ki, əgər sevməsəydi, Qasım rolunu bu qədər uğurlu oynaya bilməzdi: "Kişi sözü” filminə çəkilməmişdən öncə bütün bunları yaşamışdım. Filmdə Qasım obrazını oynamaq üçün sevməyi bacarmalıydın. Yoxsa o rol alınmazdı. Filmin rejissoru Cahangir Mehdiyev dedi ki, o hisslər səndə olmasa, rol alına bilməz. Obrazı quru, süni canlandırarsan. Cahangir müəllimə də elə o vaxtdan bildirdim ki, mənim həyatımda elə bir xanım olub. Artıq o hissləri yaşamışam. İndi mənim üçün Solmazı sevmək problem olmayacaq. Əgər Qasım obrazını mən yox, başqa bir aktyor oynasa idi, o cür Qasım olmayacaqdı. Ola bilər ki, kimsə məndən də yaxşı oynasın. Amma mənimki kimi olmayacaqdı. Çünki orada gördüyünüz bütün xarakterlər mənim özümdə var”.

"Sevin, işləyin, dözün”
Müsahibimiz sonda aktyor olmaq istəyən gənclərə məsləhət verdi. Vurğuladı ki, aktyor olmaq istəyənlər bilsin ki, bu sənət çox ağırdı və buna dözmək lazımdır: "Əgər dözə biləcəksinizsə, gəlin. Burada çox çətinliklər, problemlər var, bu problemlərə sinə gərə biləcəksinizsə, gəlin. Sevərəkdən gəlin, elə-belə gəlməyin. Sevin, işləyin, dözün”

“Qasımla həyatımız oxşardır”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru