SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Simam da, səsim də kifayət qədər tanınır”
Tarix: 3-09-2016, 09:12 | Çap et
“Simam da, səsim də kifayət qədər tanınır”
Artıq yeni mövsümü salamladıq. Bu mövsümdə ilk müsahibimiz Əməkdar artist, tanınmış aktrisa, dublyaj ustası, qiraətçi Hüsniyyə Mürvətovadır.
Səsi və gözəl siması ilə tamaşaçıların sevgisini qazanan aktrisa həm də maraqlı müsahiblərdəndir.

- Yeni mövsümün ilk günündə Sizi xoş gördük. İstərdik ilk olaraq geridə qoyduğumuz bu istirahət mövsümündən danışaq. Yayı necə keçirdiniz?
- Diqqətiniz üçün təşəkkür edirəm. Geridə qoyduğumuz bu mövsümün bir qismini bölgələrimizdə keçirdim. Digər qismini isə bağda başa vurdum. Bundan əlavə, çalışdığım Bakı Bələdiyyə Teatrının yaradıcı heyəti ilə birlikdə Şəki və Qəbələdə qastrol səfərlərində olduq.

- Adətən sənətçilərimiz istirahəti xaricdə keçirməyə daha çox üstünlük verirlər.
- Bu təbiidir. Hər kəs fərqli yerləri görmək, başqa ölkələrdə istirahət etmək istəyir. Geridə qoyduğumuz mövsüm mənim cibimə uyğun olmadığına görə xaricə gedə bilmədim. Bu dəfə bölgələrimizdə istirahət etməyə daha çox üstünlük verdim.

- Artıq yeni mövsüm başlayır. Bu mövsümdən hansı yenilikləri gözləyirsiniz?
- Əslində bu mövsümdən gözləntilərim çoxdur. Hələ ki gözləmə mövqeyindəyəm. Mən özüm də çox darıxıram. Sənətimin bu gözləmə mövqeyini heç sevmirəm. Çünki səbrsiz insanam. Bizim nə qədər arzularımız olsa da, bu, bir şans məsələsidir. Bilirsiniz ki, bizim sənətimiz bir qədər asılı sənətdir. Rejissorlardan, şirkətlərdən təkliflərin gəlməsini gözləyirik. Mən sənətimi çox sevən və onu dəyərləndirməyi bacaran insanam. Yeni mövsüm üçün bir neçə təklif almışam. Sadəcə olaraq, bu barədə əvvəlcədən danışmaq istəmirəm. Qabaqcadan nəyisə deməyi xoşlamıram. O ki qaldı istəklərimə, xarici layihələrdə iştirak etmək istəyirəm. Hazırda bu yöndə işlər gedir. Bir neçə təklif var. Belə ki, xarici filmlərin birində seçimlər gedir və onlar mənim şəklimi görüb bəyəniblər. Hələ də seçimlər davam edir, biz də onlardan xəbər gözləyirik.

- Zaman göz qırpımında ötüb keçir, onun qarşısını almaq qeyri- mümkündür. İndi Sizin yaşınızın da ən gözəl çağlarıdır. Biz Sizdən maraqlı layihələr gözləyirik.
- Bu günümdən, səhnə həyatımdan, işlərimdən narazı deyiləm. Bilirsiniz ki, filmlərin dublyajı ilə məşğulam, şeirlər səsləndirirəm. Mən özüm tək olaraq nə edə bilərəmsə, boynuma nə düşürsə, onu da edirəm. O ki qaldı film və seriallarda maraqlı obrazlara, bu, rejissorların işidir. Əlbəttə ki, mən yaratmalıyam. Ömrümüzdən illər gedir və bu illəri geri qaytara bilməyəcəyəm. Mən daha çox işlər görüb, obrazlar yarada bilərdim, əgər hər şey məndən asılı olsaydı.

- Dublyaj sahəsində əvəzedilməz səslərdənsiniz. Yaşlı nəslin nümayəndələri sovet dövründə filmlərin səsləndirilməsi ilə indiki dövrü müqayisə edir və o dövrün dublyajlarını daha yaxşı hesab edirlər. Siz necə düşünürsünüz?
- Bu mövzuda heç kimi qınamıram və hər kəsin fikrinə hörmətlə yanaşıram. Biz filmin dublyajını telekanallarda yazırıq. Gün ərzində filmi tərcümə edirik. Əvvəllər isə səsləndirmə işi tamam başqa cür olub. Belə ki, o dövrün filmlərinin səsləndirilməsi bir-iki aya ərsəyə gəlirdi. Orada sinxron səsləndirmə gedirdi. Filmdə rol alan hər aktyora uyğun səsləndirmə aktyoru seçilirdi. Sovet dövründəki filmləri dublyaj etmək üçün böyük bir komanda heyəti işləyirdi. İndi hər şey başqa cürdür. İki-üç saat ərzində nə edə biliriksə, onu da edirik. Bir sözlə, vaxt etibarı ilə əlimizdən gələni əsirgəmirik. Dublyaj etdiyim filmlərin altından mənim imzam getdiyi üçün əlimdən gəldiyi qədər o işə canımı qoyuram. Adıma hörmətlə yanaşaraq boynuma düşəni layiqincə yerinə yetirirəm. Mən səsimi də, işimi də sevirəm və dəyərləndirirəm. Digər televiziyalarda hazırlanan səsləndirilmələri dinləyirəm və onlara da hörmətim var.

- Hüsniyyə xanım, Sizi qiraətçi kimi də yaxşı tanıyırıq. Səsləndirdiyiniz şeirləri də sevərək dinləyirik. Maraqlıdır, sənətçilərimizin qiraətçi kimi az çalışdığı bir vaxtda bu sahə Sizə nəsə qazandırırmı?
- Bu sahədə heç bir qazanc əldə etmirəm. Şeirləri sevirəm və sevdiyim şeirləri səsləndirirəm.

- Sizi səsi özündən daha məşhur aktrisa hesab etmək olarmı?
- (gülür) Bunu mənə bir neçə dəfə deyiblər. Düşünürəm ki, hansının daha məşhur olduğunu tamaşaçılar daha yaxşı bilərlər. Hesab edirəm ki, simam da, səsim də kifayət qədər tanınır. Əgər deyirsinizsə ki, səsim məşhurdur, qoy olsun. Bunun nəyi pisdir ki? Mən buna ancaq sevinə bilərəm.

- Tanrı tərəfindən Sizə hədiyyə edilən səsi qorumaq üçün nələr edirsiniz?
- Səsimi qorumaq üçün heç nədən istifadə etmirəm. Dondurma da yeyirəm, tum da çırtlayıram, soyuq su da içirəm. Bir az çılğın insanam və istədiyimi etməyi xoşlayıram. Misal üçün, əgər ürəyim soyuq su içmək istəyirsə, bunu özümə qadağa qoymuram, içirəm. Mən belə şeylərə önəm vermirəm. İnsanları qoruyan Allahdır. Öz üzərimizdə titizlik edib, nəyisə etməklə deyil. Əgər bizi yaradan istəsə, sağlam olacağıq, istəməsə... Yəni hər şey bəndənin deyil, Allahın əlindədir.

- Sizi hər zaman baxımlı və eyni çəkidə görürük. Formada qalmaq üçün nələr edirsiniz?
- Mən təbiətən beləyəm. Nə qədər yeməyimdən asılı olmayaraq, kökəlmirəm. Biz ailəlikcə beləyik. Kökəlməyə meyilli deyilik. Bu, gendən gələn bir şeydir. Formam təbiətən belə olsa da, dərimə qulluq edirəm. Mütəmadi olaraq kosmetoloqa gedirəm. Gözəl görünməyi sevirəm. Hesab edirəm ki, hər bir xanım baxımlı olmalıdır.

- Sizi ilk dəfə 1998-ci ildə "Qırmızı qar” filmində izləmişdim və oradakı qəhrəman qadın obrazınız beynimə həkk olunmuşdu. Ümumiyyətlə, indiyə kimi canlandırdığınız obrazlara nəzər yetirdikdə əminliklə deyə bilərik ki, qəhrəman obrazları ifanızda daha yaxşı canlanır. Bəs indi necə, qəhrəman qadın obrazları canlandırırsınızmı?
- Mən çalışdığım Bakı Bələdiyyə Teatrında hər zaman qəhrəman qadın obrazları yaratmışam. Vətənpərvər, öz canını fəda edən, şəhid olan xanımların obrazlarını canlandırmışam. Bu gün ölkəmizdə tarixi günlərdə verilişlərimizdə əsgərimizə, torpağımıza aid şeirlər səsləndirirəm. Repertuarımda vətənimə, torpağıma, əsgərlərimizə aid şeirlər var. Bu xarakterimlə qürur duyuram. Çox istəyərdim ki, filmdə də belə obrazlar canlandırım. Arzulayaram ki, müharibə mövzusunda olan filmlərə çəkilim. Düzdür, romantika, sevgi tipli obrazları da özümə məxsus şəkildə canlandıraram. Ancaq qəhrəman obrazları mənim ruhuma daha yaxındır. Rejissorlarımız mənə belə bir obraz təklif etsələr, yəqin ki, onu dəyərləndirərdim.

- Digər teatrların fəaliyyətinə baxanda sanki Bakı Bələdiyyə Teatrı bir qədər kölgədə qalıb. Daha böyük səhnədə çıxış etmək istəmirsinizmi?
- Əvvəla, bizim teatrımızın Xalq artistimiz Amaliya Pənahova kimi gözəl rəhbəri var. Sizcə onun rəhbərlik etdiyi teatr kölgədə qala bilərmi? Bu fikirlə razı deyiləm. Sadəcə olaraq, bizim teatrın binası yoxdur. Bizim teatrımızın peşəkar və istedadlı yaradıcı kollektivi olsa da, şəraitimiz yoxdur. Şəraitsiz, soyuq məkanda məşqlər edirik. Biz yorulmadan, usanmadan çalışırıq. Bölgələrə, xaricə qastrol səfərlərinə gedirik. Əgər binamız yoxdursa, bu o demək deyil ki, biz kölgədə qalmışıq. O ki qaldı digər teatrların səhnəsindəki çıxışıma, mən öz yaradıcı kollektivimizi çox sevirəm. Bütün teatrlara hörmətim var. Teatrlar ölkəmizə məxsusdur və mən də ölkəmizi çox sevirəm. Burada heç bir qəbahət yoxdur. Ancaq bizim kollektivimiz çox mehribandır. Rəhbərimiz isə bizə çox qayğı göstərir. Amaliya xanım bizə rəhbər kimi deyil, bir ana kimi münasibət göstərir. Bunun üçün də indiyə qədər bu barədə heç düşünməmişəm.

- Bir sənətçi kimi Sizi nə narahat edir?
- Məni çox şey narahat edir. Çox istərdim ki, aktyorların rifahı yaxşılaşsın. Bizim sənətimizə dəyər versinlər. Bugünkü filmlərdə, seriallarda peşəkar kadrlardan daha çox istifadə etsinlər. Əgər aktyor görəcəyi işə görə çox pul istəyirsə, onu sıradan çıxarmasınlar. Dəyərini bilən sənətkarlara lazımi qiyməti versinlər. Biz dəyərimizi bildiyimiz üçün özümüzü lazımlı, lazımsız yerlərə məcburən qəbul etdirmirik. Onun üçün də az əvvəl qeyd etdim ki, hələ də gözləmə mövqeyindəyik. İstəyirik ki, bizə könlümüzcə olan təkliflər gəlsin. Mən özümə, sənətimə hörmət edirəm və buna görə də öz sənətimə çox güvənirəm. Bir az da aktyorların qonorarları daha yüksək olsa, çox yaxşı olar. Bu məsələ məni çox narahat edir. İllər keçsə də, düzələcəyinə ümid etdiyimiz bu məsələdə heç bir dəyişiklik olmur. Həyat insana bir dəfə verilir.
Əslində mən çox pozitiv insanam. Hər zaman hər şeyin yaxşı olacağına dair ümidlərim olub. Ancaq görürəm ki, bu məsələdə heç nə dəyişilmir. Bu da məni çox məyus edir.

- Sizin peşəkar sənətçi olmağınıza heç bir şübhəmiz yoxdur. Bəs görəsən Hüsniyyə xanım necə anadır? Övladınıza kifayət qədər zaman ayıra bilirsinizmi?
- Əlbəttə. İlk növbədə vaxtımı oğluma sərf edirəm. Hara gedirəmsə, oğlumu özümlə aparıram. Biz onunla demək olar ki, hər zaman bir yerdə oluruq. İşə gedəndə ondan ayrılmaq məcburiyyətində qalıram. Bəzən olur ki, işə gedəndə onun dərsləri olmadığı vaxtlarda oğlumu da özümlə aparıram.

- Bəs oğlunuz Orxanın Sizin sənətinizə münasibəti necədir?
- Oğlum mənimlə fəxr edir. O, mənə "Kraliçam” deyə müraciət edir. Hər zaman məni tərifləyir, gözəl sözlər deyir. Mən qəmgin olanda Orxan gözəl sözlər deyərək əhvalımı yaxşılaşdırır. Oğlum mənim ən yaxın dostum və məsləhətçimdir. Orxanın 16 yaşı olsa da, hərdən elə gözəl məsləhətlər verir ki… O, mənim hər şeyimdir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru