SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Adam satmaqdan başqa əlimdən hər şey gəlir” - Xalq artisti
Tarix: 10-10-2016, 09:16 | Çap et
“Adam satmaqdan başqa əlimdən hər şey gəlir”
“Yeni Müsavat”ın budəfəki müsahibi Azərbaycanın Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəylidir. Hər kəsə məlumdur ki, Ramiz Əzizbəyli istedadlı kinorejissor olmaqla yanaşı, kinoda və teatrda sevilən, yadda qalan obrazlar yaratmış aktyor, özünəməxsus gözəl səsi ilə ifalar etməyi bacaran dəyərli sənətkardır.

Çox təəssüf ki, Xalq artisti uzun müddətdir ki, ağır xəstəliklə mübarizə aparır. Buna baxmayaraq Ramiz Əzizbəyli əvvəlki ampluasını qoruyub saxlaya bilib, yenə də zarafatcıl və pozitivdir. Onunla söhbətimizdə bunun bir daha şahidi olduq:

- Ramiz bəy, necəsiz, hazırda özünüzü necə hiss edirsiz?

- İflic vəziyyətdə, yaşayıram hal-hazırda. 3 ildir bu vəziyyətdən çıxa bilmirəm. İndi Allaha qurban olum, Allah yaşadır məni.

- Amma həmişəki kimi pozitivsiz

- Hə, mən pozitivəm. Aldığımı almışam, satdığımı satmışam, dolanışığım yaxşıdır, şikayət eləmirəm, prezidentimiz mənə 1000 manat pensiya ayırıb... Çulumu sudan çıxardıram yəni.

- Çox çətin anlarınız oldu. Həmin vaxtlarda dostlarınızdan vəfasız çıxan oldumu?

- Heç biri. Gördüyünüz bu süfrə yığışdırılımır, hər gün gəlib-gedənim var. Bugünkü gündə özümə istirahət vermişdim, ona da siz gəldiniz (zarafatla).

- Dostlarınızın hamısı yaradıcı insanlardır, ya fərqli çevrədən olanlar da var?

- Fərqlidir. Mənim birinci tamaşaçım dostumdur, yerdə qalan sənət adamlarıdır. Hamısı ilə dostluq edirəm. Şükür Allaha ki, mən nankor, “çörəyi dizi üstə” olanlardan deyiləm, başıma and içirlər.

- Keçək kinomuzun ən çox sevilən, gözəl nümunələrindən biri olan “Bəxt üzüyü” filminə. Bəzən eşidirik ki, filmdəki ən maraqlı fraqmentlərin əksəriyyəti ekspromt olub, məsələn, Söylünün yerə yıxılması və ya araq şüşəsinin divara çırpılıb qırılması və sairə.

- Əvvəla, ssenarini mən özüm yazmışam, Vaqif Səmədoğlundan icazə almaqla. Onda mənə dedi ki, “mən kinonun tempini unutmuşam, yaxşısı budur, sən kinoya yaxınsan, özün yaz, özün çək”. Belə oldu söhbətimiz. Amma haqqını vermişəm, halallığını almışam, motivlərin əsasında özüm eləmişəm. 15 faiz mənimkidir, qalanı Vaqif Səmədoğlunundur.

- Olubmu ki, hansısa kadrlar maraqlı olub, amma montaja düşüb?

- Yox, nə bacarmışam çəkmişəm, hamısı da gedib. Ekspromtlarım da çox olub. Bombadır da (gülür).

- Amma filmdən sonra Xalq artisti Afaq Bəşirqızı ilə aranızda nəsə narazılıq yarandı.

- İncimişəm, küsmüşəm, hələ də danışmıram.

- Xəstəliyiniz dövründə sizinlə telefon əlaqəsi də saxlamayıb?

- Yox, qətiyyən əlaqə saxlamayıb, lazım da deyil.

- Bir ara Fuad Poladov, Rasim Balayevlə də bağlı narazılığınız var idi. Onlarla da münasibət hələ düzəlməyib?

- Onların ikisindən də razıyam. Amma Afaqdan incimişəm.

- Rejissoru olduğunuz son filmlərdən biri, Qarabağ müharibəsinə həsr olunmuş “Yalan” nədənsə ekranlarda az göründü.

- Göründü, doyunca görünüb. Tamaşaçılar məktub yazıb, haqqına tərifləyirlər məni. Amma yaradıcılıq işləri... indiki hökumətin başı daha çox idmana qarışıb. İdmana fikir verirlər.

- Həm də nədənsə son dövrlərdə daha çox komediyaların çəkilməsinə üstünlük verilir, nəinki ciddi, cəmiyyəti narahat edən problemlərdən bəhs edən filmlərə.

- Fikrimcə, hamısı lazımdır. Amma komediya insanların başını daha çox qatır, ciddi film insanları oyadır. İndi bu yolu tutublar da.

- Bəs axırıncı çəkilən komediya filmlərdən hansılarını izləmisiz, bəyənirsiz?

- Bəyəndiklərim də var, bəyənmədiklərim də.

- Məsələn, hansını bəyənirsiz?

- Axırıncı çəkiləni. Hər kəsin öz yeri var. Son 10 ildə çəkilənlər “vozdux”dur, 10 illik yaradıcılığımızı itirmişik. Amma axırıncı filmləri dəyərləndirirəm, indi hansılar gedir, onlar qiymətlidir. Hər biri bir mövzunu qabardır.

- Maraqlıdır, bəs hansı televiziya proqramlarına baxırsız?

- İnsult keçirmişəm, əməliyyat olunmuşam, infarktdan qalxmışam və sairə. Hər gün oturub, yatıram. Yatmağa üstünlük verirəm. İynə-dərmanım hələ də bitməyib. Gözüm dolur... belə də (doluxsunur). Mənimki idmandır.

- Deyəsən gəncliyinizdə idmançı olmusuz axı?

- Ooo, (fəxrlə) Qılınc döyüşünə getmişəm, futbolla, güləşlə məşğul olmuşam. Mənim canım var ee... (zarafatla özünü öyür). Mən idmançılıqla başlamışam. Şeir də yazıram. Bunu bilmirsiz?

- Yox, bu qabiliyyətinizdən xəbərsizəm.

- (gülür)...

- Şeirlərinizin mövzusu adətən nədən ibarət olur? Sevgi, yoxsa?

- Hər şeydən. Mən “boqatı” adamam. Bu yaxınlarda məni Dövlət Arxivinin üzvü seçiblər. Haqqımda monoqrafiya yazılıb, kafedra müdiri işləmişəm, professoram. Bir sözlə, gördüyümü görmüşəm, bir qalır ölmək (gülümsəyir).

- Kinolarda da sizi adətən şən, komik obrazlarda görmüşük. Bəs ailədə necə, sərt yoxsa zarafatcılsız?

- Necə görmüsüz, elə o cürəm. İki qızım, bir nəvəm var, bir xanımım, bir də mən. Gəlib-gedən çoxdur. Əmiuşaqları, qardaş-bacılarım... hamısının qadasını alım. Bu süfrə boşalmır, evdən bayıra çıxa bilmirəm. Qonaqlarım bir az öncə, sizdən əvvəl gedib. Hərdən qovalayıram (zarafatla gülür).

- Bir az öncə övladlarınızdan söz açdınız. Onlardan sizin yaradıcılıq yolunuzu davam edən varmı?

- Cəhd etdilər. Heç biri... Cəfər Cabbarlı adına kinostudiyamız var, qızım rejissorluğu bitirib, amma hələ işləmir, film çəkmir. Film heç kimə lazım deyil (mənalı gülümsəyir).

- Niyə film çəkmir, marağı, yoxsa maddi imkanlar yoxdur?

- Həvəsi var, həvəslidir. Nə qədər dərinə gedir, o qədər də həvəsi artır. Kinostudiyada ilk işidir, ilişib qalıb orda. Amma böyük qızım Təfəkkür Universitetinin hüquq fakültəsini qurtarıb, o da işləmir.

- Niyə?

- Körpəsinə baxır da.

- Rejissor qızınızdan söz düşmüşkən, ümumiyyətlə, gənc rejissorların əksəriyyəti şikayətlənir ki, qocaman rejissorlar, ssenaristlər bizə imkan vermir ki, film çəkək. Deyirlər ki, tutaq ki, dövlət büdcəsindən hər il üç rejissora vəsait ayrılırsa, onların üçü də yaşlı nəslin nümayəndəsi olur, yəni gənclərə imkan verilmir, şərait yaradılmır.

- Bir damcı o cürdür. Amma çox nahaq şikayət edirlər, mən olsaydım, etməzdim. Mənim dilimin əzbəri qocaman rejissorlardır, cavanlardan heç nə ummuram. İndi-indi dəvət ediblər, təzələr gəlib, rəqabət gedir aralarında.

- Əslən bakılısız... (cümləmi bitirmədən cavab verir)

- Bəli, (fəxrlə) “İçərişəhər” balasıyam, bəy nəslindənəm, bəyliiyim qoruyub saxlayıram. Xanımım - Zümrüd xanım Gürcüstan əhlidir, bacanağım Ermənistandandır. Milləti, Qafqaz xalqlarını birləşdirmişik (gülür).

- Əslən bakılı olanlar indi Bakının dəyişən görkəmindən çox ictimai mühitinin, insanlarının dəyişməsindən şikayətlənir.

- Köhnə Bakını bəyənirəm. İndi həqiqətən Bakının görkəmi dəyişib, o siçan yuvaları, gəmiricilər yox olub. Amma köhnə Bakını bəyənirəm. Mənim uşaqlığım, gəncliyim o illərdən asılıdır.

-O insanları, yoxsa evləri, tikililəri özləyirsiz?

- Yox, mən hamısını bəyənirəm. Amma mühitə qalsa, Bakının köhnə mühitini, köhnə “İçərişəhəri” bəyənirəm.

- Bəs axırıncı dəfə “İçərişəhər”də nə vaxt olmusuz?

- İndi buraxsalar, bu saat gedərəm (gülür)... 5 il bundan əvvəl. Mən “Sovetski”də doğulmuşam, amma “İçərişəhəri” çox sevirəm.

-"İçərişəhər" xatirələrinizdən danışa bilərsizmi?

- Hər şeyi unutmuşam... Son dərəcə müasirləşmişəm, amma burnumun ucu göynəyir “İçərişəhər” üçün. Müasirliyi bəyənirəm, amma... (əlini pəncərəyə tərəf tuşlayaraq) havamızı kəsiblər. Burada oturanda “Günəşli” qəsəbəsinə qədər görürdüm. Bu məqsədlə bu mənzili almışam. Amma di gəl, tikə-tikə gəlirlər.

- Bir az öncə idmançı olmağınızdan, yaradıcılığınızdan bəhs etdiniz. Daha hansı bacarıqlarınız var?

- Müğənniyəm.

- Bəli, bir çox filmlərinizdə gözəl, ürəyə yatımlı maraqlı ifalar etmisiniz.

- Mənim iştirakımla 96 film var, onun 30-da oxumuşam.

-Bəs ifaçılıq həvəsiniz hardan qaynaqlanır?

- Atam da xanəndə olub, bəy balasıdır, “İçərişəhər”li olub. Avazı gəlib oxuyub. Mərhum Rafiq qardaşımı da xanəndə etmişdi. Amma o diş həkimliyinin dalınca gedib, buna baxmayaraq ifalar da edib. Qardaşım oğlu Nurlan Əzizbəyli ifa edir, mən ifa edirəm, səsim var. Bacım oğlu da ifaçı olub, yəni nəsildən gəlib.

- Daha çox hansı mahnılar sinənizə yatıb?

- Fərq qoymamışam. Bütün Azərbaycan mənimdir, aşıq havalarından tutmuş, lirik mahnılara qədər sevmişəm. Yəni ayrı-seçkilik etməmişəm.

- Demədiz, nəyi xoşlayırsız, nə sizi incidir?

- Yatmağı xoşlayıram. Bu vaxta qədər çəkilişlərdə olmuşam, istirahət etməmişəm, indi yatıram. İşsizlikdir də...

- İş üçün darıxırsız yəni.

- Hə, darıxıram... Amma şikayət eləmirəm haa (zarafatla). Qeyri-münasiblik darıxdırır məni. İnsanlar yaşayıb öləcəklər, buna görə insan kimi yaşasınlar. Hamını xoşbəxt görüm, içi sən qarışıq.

Söhbət zamanı gözümə divarda, pianinonun üstündəki müsahibimin portretlərinə sataşır. Hiss olunur ki, xalq artisti öz portretlərini çox sevir.

“- Portretlərinizi kim çəkib?

- Mənim portretlərim çoxdur. Bir gün Şamaxıdakı evimə qonaq gəlsəniz onları sizə göstərərəm (Divara vurulmuş portretini göstərərək). Bu, 65 illiyimə həsr olunmuş yubileydə verilib. O birisi isə (pianinonun üstünə qoyulmuş portreti nəzərdə tutur) “Priverdinin xoruzu” filmi təqdim olunan zaman, debütdə təqdim edilib.

- Deyəsən portret çəkdirməyi çox sevirsiniz?

- Mən rəssamam axı. Rəsmlə də məşğul olmuşam.

Söhbət boyu yanımızda əyləşib, kəlmə belə kəsməyən Xalq artistinin həyat yoldaşı Zümrüd xanım ancaq bu məqamda söhbətimizə qarışır:

Zümrüd xanım:

- O, hər şeyi bacarır.

Ramiz Əzizbəyli:

- Hər şey gəlir əlimdən. Bir adam satmıram! Adam satmaqdan, xəyanətdən başqa əlimdən hər şey gəlir. Özümdən razıyam, çünki narazıyam (məşhur kəlamı sitat gətirib gülür).
- Bəzən deyirlər ki, yaradıcı insanlar daha həssas, emosional olduğundan onların əksəriyyəti xəyanətdən, satqınlıqdan kənardır.

- Əksinə. Əksəriyyəti paxıl olur. Amma mən paxıl deyiləm.

- Söhbət zamanı fəlsəfi düşüncələriniz çox oldu.

- Mən filosofam, Təfəkkür Universitetini, Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm.

Zümrüd xanım:

- Universitetimizdə bizə dərs deyib.

- Deməli ilk öncə müəlliminiz olub?

Zümrüd xanım:

- Müəllimim olmasa da, müəllimliyi əvəz edib

Ramiz Əzizbəyli:

- Məndən yoxdur ki, vallah, yoxdur (zarafatla gülür).








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru