SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək..."
Tarix: 28-10-2016, 08:44 | Çap et
"Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək..."
Deyirlər, səhəri necə açırsansa, günün də elə keçir. Dünyada və ölkəmizdə baş verən hadisələr haqda insanları xəbərdar etmək məqsədi güdən, xəbərçinin öz yozumunu da qatdığı "ATV Səhər” digər səhər verilişlərindən seçilir. Elə bizim "Seçilənlər” layihəmizin də qonağı həmin verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Turan İbrahimovdur.

- Turan bəy, aparıcılıq etdiyiniz "ATV Səhər” verilişi televiziya məkanımızda bir ilkdir. İstərdik, bu layihənin meydana gəlməsi barədə danışasınız.
- Bu, 90-cı illərin sonlarından bütün dünyada BBC və CNN-in başlatdığı informasiya xarakterli bir veriliş növüdür. Adətən Qərb telekanallarında səhərlər xəbər vaxtı olur. SSRİ dövründə səhər verilişləri musiqi, informasiya xarakterli olurdu. O ənənə bizdə hələ də davam etdirilir. Sırf müəllif verilişi, xəbərin müəllifin yozumu ilə təqdim olunması, aparıcının özünün mövqeyinin ortaya qoyulması, şərhlərin aktuallığı, hazırlanan süjetlərin hamısının birbaşa olaraq müəllifin süzgəcindən keçməsi bizdə yox idi. Uzun zaman idi ki, belə bir layihənin bizim televiziya məkanında da həyata keçməsini arzulayırdım. Ancaq bizim bəzi televiziya rəhbərləri, bu sahədə sözü keçərli olan insanlar bunu qəbul etmək istəmirdilər. Deyirdilər ki, səhər-səhər insanlara yalnız xəbər təqdim etmək olarmı? Onlar ənənəvi səhər proqramlarının olduğu kimi davam etdirilməsinin tərəfdarı idilər. Uzun müddət idi ki, bu layihə üzərində çalışırdım. Çünki bu, improvizədir. Başqa verilişlərdə iştirak edərək özümü buna hazırlayırdım. ATV-nin yeni rəhbərliyinə bu layihə barədə məlumat verdim. İlk mövsümümüz hər kəs üçün qeyri-müəyyən idi. Tənqidlərimiz də sağlam deyildi.

- Televiziya tamaşaçıları səhərləri şou nümayəndələri ilə açmağa vərdiş edib...
- Səhər verilişi deyəndə ilk növbədə informasiyalı-musiqili proqram anlayışı var idi. İnformasiyalı da dedikdə, o informasiyanın nə dərəcədə xəbər olduğunu demək olmazdı. Çox zaman bizim verilişə də şou əhlini görmək istəyində olan tamaşaçılar baxırdılar. Məhz bu düşüncələrə görə 3-4 ay ciddi təzyiqlərə məruz qaldıq. Ondan sonrakı mövsümdə tamaşaçılar belə qənaətə gəldilər ki, elə ən yaxşısı bu imiş. Baxmağa qalsa, elə ilk verilişdən baxılırdıq. Ancaq anlamırdılar, deyirdilər ki, internetdən videolar götürürsünüz, efiri bunlarla doldurursunuz. Xəbər agentliklərinin internet, "Youtube” olduğunu düşünürdülər. Çox qarışıq bir mühit idi. Artıq dördüncü mövsümdür ki, "ATV Səhər” fərqli xəbər devizi altında fəaliyyət göstərir. Hazırda ən yüksək auditoriyası olan verilişdir. Gözləntilərim özünü doğrultdu. "ATV Səhər” Azərbaycan xəbər sektorunda diktə edən bir verilişdir. Digər televiziya kanallarındakı verilişlər də bununla hesablaşmaq məcburiyyətindədirlər. Xəbər aparıcısının manerası, danışıq tərzi, müstəqil olmağa çalışması - bunların hamısı "ATV Səhər”də mövcuddur.

- Xəbər aparıcısının həm də bir müəllif olaraq efirdə sərbəst şəkildə fikir bildirməyinə öyrəncəli deyilik. Efirdə hər hansı situasiya ilə bağlı müstəqil şəkildə fikir bildirmək üçün dünyada və ölkəmizdə baş verənlərdən xəbərdar olmaq gərəkdir. Bu gün isə o intellektə sahib xəbər aparıcıları barmaqla sayılası qədərdir.
- Azərbaycanda xəbər aparıcılarının çoxu diktorluqdan kənara çıxa bilmir. İntonasiya ilə üzündən oxumağı çox gözəl bacarırlar. Ən primitiv zəkalı insan belə, üzündən oxuyaraq bunu edə bilər. Televiziyalarımızda çox güclü redaktorlar var. Xəbəri, informasiyanı koordinasiya edən redaktorları nəzərdə tuturam. Aparıcılar isə redaktorların hazırladıqları xəbərləri əzbərləyib, efirdə danışan insanlardır. İndi müstəqil fikrə malik olan, verilişində bütün mövzularla bağlı öz mövqeyinin də yer aldığını gördüyüm elə bir aparıcı yoxdur. Bizdən əvvəlki nəslin içərisində belə aparıcılar olub. Ancaq onların dövründə efirə çıxıb müstəqil şəkildə çıxış etmək mümkün deyildi. Aparıcı kimi öz mövqeyini bildirmək üçün bütün proseslərdən xəbərdar olmalısan. Xəbər sektorunda ictimai-siyasi istiqamət üzrə fəaliyyət göstərən jurnalistlər var ki, ancaq işlərinin tələbi olaraq proseslərlə maraqlanırlar. İşləri bitdikdən sonra özlərini şou-biznes simaları ilə uyğunlaşdırmağa çalışırlar. İndi çox ziddiyyətli bir dövrdür. Mən hətta bu dövrü keçid dövrü də adlandırıram. İnsanlar düşünür ki, xəbər aparıcısı mütləq şəkildə kostyum geyinməli, özünü boğmalı, nəfəsini zorla alıb, tez xəbəri çatdırmalıdır. Bizim layihədə isə bu yoxdur. "ATV Səhər”də kostyum geyinməkdən imtina etmişəm. Bu da bir stereotipin dağılmağının işarəsidir. Kostyum avtomatik o deməkdir ki, sən fikirlərini ütüləməli, senzuradan keçirməlisən. Önəmli olan nə dediyin və tamaşaçıya nə çatdırdığındır. "ATV Səhər” alternativ bir informasiya mənbəyidir. Azərbaycanda televiziya kanalları, yazılı və elektron media arasında çox böyük uçurum var. Elektron media televiziyadan lazımi səviyyədə qidalanır. Bu layihədə biz bunun da əsasını qoyduq. Rəqabət gözəldir, ancaq oğurlamaq, başqasından götürmək peşəkarlığın olmamasından xəbər verir.

- İki saat davamlı olaraq tamaşaçını ekrana cəlb etmək çətin deyilmi?
- Azərbaycanda 40-45 faiz tamaşaçı səhərlər ATV-ni izləyir. Onun 30 faizi stabil, daimi tamaşaçılarımızdır. Digər 15 faizi isə təsadüfi izləyicilərimizdir. Sırf bir qrup şəxsin baxdığı veriliş reytinq vermir. Səhər saatlarında bu qədər reytinq dünya rekordudur. Dünən rəhbərliyimiz mənə ana xəbər buraxılışını aparmağı təklif etdi. Ancaq mən bundan imtina edirəm. Bizim rəhbərlik yenilik edərkən işçilərlə məsləhətləşir, onların fikirlərinə böyük önəm verərək ortaq yol tapır.

- Qəbul etməməyinizin səbəbi nədir?
- Müəyyən səbəblərdən bu təklifdən imtina edirəm. Əslində apara da bilərəm. Buna gücüm çatır. Mən çox gözəl bilirəm ki, Azərbaycanın dinamik əhalisinin rəyi nədir. Səhərin bu vaxtı izləyiciləri ekrana cəlb etməyin ən gözəl vaxtıdır. Evdar qadınlar, təqaüdçülər, işsiz insanlardan başqa Azərbaycan cəmiyyətini ayaqda tutan təbəqə həmin zaman çərçivəsində bu verilişi izləyir. İctimaiyyətə nəyisə çatdırmaq, içindəkini insanlarla bölüşmək tamam ayrı bir duyğudur.

- Müəllif kimi fikirlərinizə görə tənqidlərə tuş gəlmisinizmi?
- Əgər bir insan mövqeyini ortaya qoyursa, bu, istənilən halda kimisə qıcıqlandırır. Mövqe varsa, əks mövqe də mütləq olmalıdır. Tənqidlər sağlamdırsa, bu mənə qəbuldur. Sağlam deyilsə də, bu layihəni həyata keçirərkən bu və ya digər məsələləri də gözə almışam. Ən azından, müzakirə olunursan. Sənin gördüyün iş ictimai rəyə təsir edirsə, deməli bu, düzgün görülmüş işdir. Söhbət bundan gedir.

- Bəzən canlı efirdə iynəli sözlərdən də istifadə edirsiniz.
- "ATV Səhər” tərkibində tənqid olan, həm dövlətin, həm də cəmiyyətin maraqlarını ən çox nəzərə alan verilişdir. Qurumlar və şəxslər üzərində qurulmuş tənqidi belə, dövlət və cəmiyyət maraqlarından kənarda tutmamağı bacarmağın özü asan deyil. Gərək insanın eqosu, daxili o qədər təmiz olsun ki, şəxsi maraqlarını və şəxsi baxışlarını tənqid etdiyi məsələnin süzgəcindən sağlam keçirə bilsin. Tənqidin səbəblərini aradan qaldırmaq və özlərinə haqq qazandırmaq üçün səninlə kontakta girməyə çalışırlar. Amma mənim dilimdən tərif səslənəndə də, buna normal yanaşırlar, bilirlər ki, bu, 100 faiz belədir. Bu, "ATV Səhər”in ən böyük uğurudur. Azərbaycanda fikrin sərbəst ifadə edilməsi və azad şəkildə tənqid etmək üçün hər bir şərait var. Bəzən müəyyən jurnalistlər hansısa qurumları təzyiqlərlə üzləşmələrinə səbəb göstərirlər. Amma araşdırdıqda, görürsən ki, məsələnin kökündə başqa şey var – qərəz, xaricdən dəstək alaraq nələrisə yeritməyə çalışmaq və s. Bir də var, sən müstəqilsən, heç kimdən asılılığın yoxdur. Dövlətin və cəmiyyətin maraqlarını ön planda tutursan, işin yaxşılığa doğru dəyişilməsi üçün nələrsə edirsən, dağılması üçün yox. Ona görə də fəaliyyətini davam etdirməyin üçün sənə hər baxımdan dəstək verirlər. Cəmiyyətdən də dəstək gəlir, dövlətdən də.

- Xəbər hazırlayarkən hansı meyarları əsas götürürsünüz?
- Bizim auditoriyamız böyükdür, burada hər yaş qrupuna və müxtəlif intellekt səviyyələrinə malik tamaşaçılar var. Səhər-səhər neqativ xəbərləri tamamilə yığışdırmışıq. Ən çox da qəza xəbərlərini. Neqativ labüddürsə belə, insanları pessimizmə, ruh düşkünlüyünə sürükləyəcək şəkildə deyil, burdan bir ibrət götürmək lazımdır şəklində təqdim edirik. Ümumiyyətlə, aqressiya və ruh düşkünlüyü yaradacaq tərzdə olan materiallardan kənar dururuq. Çünki "ATV Səhər” ən geniş diapazona malik bir verilişdir.

- "ATV Səhər”dən sonra özünüzü hansı layihədə görürsünüz?
- Mən yaşın hər işdə böyük önəm kəsb etdiyini düşünən insanlardanam. 35 yaşım var, özümü orta yaş nümayəndəsi hesab edirəm. Düşünürəm ki, müəyyən şeylərdən danışmağa tam haqqım var. Xarici görünüş və tipaj olaraq nə qədər gənc görünsəm də, bu, reallıqdır. Yaş verilişlərdə müəyyən mənada rol oynayır. Düşünürəm ki, "ATV Səhər” elə ən böyük layihədir. Əslində çox çətin və mürəkkəb layihədir. Allahın mənə verdiyi qabiliyyətlərdən istifadə edərək, bu yükü üzərimdə hiss etmirəm. Bu verilişi hər gün iki aparıcı ancaq apara bilər. Çünki həm də müəllif olmaq, bütün bu prosesləri koordinasiya etmək çox çətin məsələdir. Xəbərləri təqdim edən aparıcılar gün ərzində onun hazırlıqları ilə məşğul olurlar. Yazırlar, yazdıqlarını əzbərləyirlər. Ancaq mənim işim belə deyil. Ona görə də davamlı olaraq öz üzərimdə işləyirəm.

- İndi də öz üzərinizdə işləyirsiniz?
- Hər gün bir saat nəsə oxumasam, o günümü itirilmiş hesab edirəm. Hər gün incəsənət, ədəbiyyat, ictimai-siyasi sferalarla bağlı informasiyalar əldə edirəm. Bizim ən böyük problemimiz odur ki, insanlar bir səviyyəyə çatldıqdan sonra rahatlaşırlar. Qonşu ölkələrdə kanalların aparıcıları nə üçün bizdən üstündürlər? Çünki davamlı olaraq öz üzərlərində işləyirlər. Onlar arasında böyük rəqabət mühiti var. Bu rəqabətə davam gətirmək üçün onlar məcburdurlar ki, mütaliə etsinlər. Həmin aparıcıların taleyi onların hər gün yenilənməklərindən asılıdır. Yenilənmək mütləqdir. Azərbaycan ictimai sektorunda bu problem var. Məncə, ilk növbədə televiziya nümayəndələri, jurnalitstlər özlərini yeniləməlidirlər. Çünki onlar cəmiyyətə yön verən insanlardır. Onların səviyyəsi nə qədər artarsa, əhalinin, cəmiyyətin intellekt səviyyəsi də artacaq. Bu gün Azərbaycan dilinin işlək olmasının bir nömrəli səbəbkarı jurnalistlər, televiziyalar, yazılı mediadır. Zamanında SSRİ şineldindən çıxmış istedadlı jurnalistlər olmasaydı, bu keçid dövrü alınmazdı.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru