Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi .....                     10 manata hot-doq satırlar, stadion da tam dolmur… .....                     Dövlət bankı bu bazara da girdi .....                     Həbsdə olan Azərbaycan əsilli müğənni: .....                     Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb .....                     Raqif Abbasovun 12 il həbsi .....                     "Kitab onun həm Allahıdır, həm hicabı!" .....                     Torpaq var, sənəd yox: .....                     2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir .....                     Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı .....                     Bakı ilə Neftçala arasında qalan başçı .....                     Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                     Bakıda xalçayuma şirkətində dələduzluq .....                     Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi .....                     “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi .....                     Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var .....                     Yoxa çıxan avropalı müşahidəçilər: .....                     İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır .....                     “Unibank”ın 3 aylıq faiz təhlükəsi .....                     Ruspərəstlər Nəsimi Musayevə qarşı .....                     Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi .....                     "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" .....                     “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” .....                     Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI .....                     “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ .....                     AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... .....                     Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb .....                     Mehdiyevə həbsdən xilas yolu .....                     "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                     Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu .....                     “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır .....                     Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                     İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... .....                 

“Yəqin ki, xoşbəxtlikdən başımı itirəcəm...”
Tarix: 2-11-2020, 09:13 | Çap et
“Yəqin ki, xoşbəxtlikdən başımı itirəcəm...”
Qələbə dolu bir ayı da geridə qoyduq. Azərbaycan tarixində son bir ay böyük bir dastanlıq tarixini özündə əks etdirir desək yəqin ki, yanılmarıq. Hazırda hər birimizin ürəyi cəbhədən gələn xəbərlərdədir. Gözümüz mediada, Tvlərdə xoş xəbələrin sorağındayıq. Belə günlərdə daha dəqiq, doğru və düzgün məlumatları çatdırmaq üçün media nümayəndələrinin də üzərinə böyük yük düşür.

Bu dəfə qələbə xəbərlərini tamaşaçılarla bölüşən Moderator.az - ın qonağı əməkdar artist, istedadlı aparıcı, aktrisa Dilarə Əlieyevadır.

- Bu gün vəzifəsindən, peşəsindən asılı olmayaraq hər birimiz Qarabağlıyıq. Dilarə xanım hazırda yaşadığı hissləri necə ifadə edər?

- İndi hisslərimiz bir-birinə qarışıb - sevinc, fərəh, göz yaşı, qürur… 27 ildir bu günü gözləyirdik. Biz azad etdiyimiz torpaqlarımızı oğullarımızın qanı bahasına əldə etdiyimizi bilirik. Onlar bizim övladımız, qardaşımız, atamızdır. Allahdan dünyasını dəyişən şəhidlərimizə rəhmət diləyirəm. Rəşadətli ordumuza isə güc-qüvvət arzulayıram. Bizim bir gözümüz gülsə də bir gözümüz ağlayır. Gəncədə, Bərdədə törədilən terror hadisələri və orada zərərçəkmiş vətəndaşlarımızın ağrısı bizi üzür. Düşmən cəbhədə ordumuzu deyil, dinc sakinləri hədəf alır. Ordumuz qisasını döyüş meydanında alır və alacaq da. Bundan sonra torpaqlarımızın bir qarışını belə itirməyə hazır deyilik. İşağl edilmiş torpaqlarımızı son qarşısına qədər azad edəcəyik. Düzdür, indi o torpaqları düşmən viran qoyub. Həmin kadrları ürək ağrısı ilə izləyirik. Ancaq biz yenidən öz ocağımızı isidəcəyik.

- Dilarə xanım, ordumuz ön cəbhədə, xalqımız arxa cəbhədə düşmənlə mübarizə aparır. Bəs, siz bir vətəndaş kimi mübarizənizi necə aparırsınız?

- Mən də ekran vasitəsi ilə media cəbhəsində mübarizə aparıram. Verilişimizdə necə bir düşmənlə qarşı-qarşıya olduğumuzu və onların törətdikləri hadisələri nümayiş etdiririk. Terror qruplaşmaları, onların fəaliyyəti barədə məlumat veririk. Onlar bizim dinc əhalini, evində gecə yatdığı yerdə uşaqlarımızı öldürdüyü halda, biz onların cavabını yalnız döyüş meydanında veririk. Ali Baş Komandanımızın uzaqgörən siyasəti, eyni zamanda haqq səsini media vasitəsi ilə cəmiyyətimizə və dünyaya çadırırıq. Verilişimizə analitiklər, şairlər, bəstəkarlar və bu istiqamətdə ziyalı ekspertlər dəvət edirik. Tamaşaçıları məlumatlandırmaq üçün şərait yaradırıq, söz haqqı veririk, çıxışlarını işıqlandırırıq. Kimlər ki, arxa cəbhədə fəallıq nümayiş etdirib, öz təbliğatını daha düzgün aparıb, belə insanların da gördüyü işləri vurğulayırıq. Biz də informasiya cəbhəsində əlimizdən gələni, hətta gəlməyəni də etməyə çalışırıq.

- Dilarə xanım, Qubadlının işğalını Sumqayıt camaatı xüsusi sevinclə qeyd etdi. Bir sumqayıtlı qızı kimi bunun səbəbini sizdən soruşmaq istərdim.

- Sumqayıtda Qubadlı əhalisi çox olduğundan bu xəbər onlar üçün ikiqat bayram idi. Qubadlının azad olunması xəbərini eşidəndə sumqayıtlılar göz yaşlarına hakim ola bilmədilər. Biz hamımız bilirik ki, Qubadlı və digər işğaldan azad olan torpaqlarımız insanlara hansı qurbanların bahasına başa gəldi. Bizim başqa çıxış yolumuz yox idi. İnsansevər millətə başqa bir yol buraxmadılar. İnsanlar bunun fərqindədirlər.

- Həyat yoldaşınız Oqtay bəy irəvanlıdır. Hazırda ailənizdəki ab-havanı necə təsvir edərdiniz? Sizə xatirələrindən necə bəhs edir və o illəri necə xatırlayır?

- Oqtayın nənəsi danışırdı ki, bizdən əvvəlki dönəmdə də İrəvanda bir dənə olsa erməni yox idi. Son illər çoxalmağa başladılar. Kənardan bu torpaqlara erməniləri doldurdular və burada Ermənistan dövləti yaratdılar. Hansı ki, məskunlaşdıqları bizim torpaqlar idi. Bu, mənə inanılmaz təsir edir. Axı, necə ola bilər sən evinə qonaq qəbul edəsən, yedirdib içirdəsən, gözünün üstündə saxlayasan, axırda da gəlib desin ki, bura mənimdir. Bu, həqiqətən çox dəhşətli vəziyyətdir.

Oqtay o illəri xatırlayanda qeyd edir ki, ermənilər çox azğınlaşmışdılar. İnsanlara hücum edirdilər. Oqtayın atasının jiqulisi vardı. Onların da ailəsi son dəqiqə şəhəri tərk edib. Erməni komandiri onların maşınını gördükdə “Tutun, o türk maşınıdır” deyə qışqırıb. Ermıənilər onların arxasınca düşüb, ancaq çox uzaqlaşdıqları üçün çata bilməyiblər. Lakin böyük travma yaşayıblar. Qızmış erməni terroristlərinin əlinə düşsəydilər, onları parça-parça edərdilər. Oqtayın hər dəfə İrəvanla bağlı hazırlanan sujetlərə necə həsrətlə baxdığını görürəm

- Bu gün biz qalib xalqıq. 27 ildən sonra qalibiyyət əldə etmiş bir xalqın TV-ləri buna necə hazır idi?

- İstər TV, istərsə də yazılı media hər halda rəsmi məlumatlara əsaslanmalıdır. Sosial şəbəkələrdə bəzi səhifələr var ki, onlar KİV-lərin işinə mane olurlar. Daha çox “like” və izləyici topalamaq üçün yanlış məlumtlar paylaşırlar. Tezliklə onlar zərərsizləşdirilməlidir ki, doğru-dürüsüt çalışan KİV-lərə mane olmasınlar. Ümumilikdə 27 ildir biz torpaqların o qədər həsrətini çəkmişik ki... Müharibə gözlənilmədən başladı, buna hazır olmayan TV-lər də tez bir zamanda toparlandı. Necə lazımdırsa elə də işləməyə başladılar. Bu gün bir olmaq, bir yumruq olmaq zamanıdır. Vətəndaşlarımızdan da çox şey asılıdır. Belə ki, düzgün olmayan informasiyalar, mənbəyi məlum olmayan səhifələrə baxmasalar, bəyənməsələr, paylaşmasalar az əvvəl qeyd etdiyim xəbələr ayaq tutub yeriməz. Vətəndaş da məsuliyyət daşımalı, yalnız rəsmi məlumatları paylaşmalıdır.

- Torpaqlarımız işğaldan tam azad olunduqdan sonra Dilarə Əliyeva ilk hara gedəcək?

- İndi hər saniyə xəbər gözləyirəm. Hələ həyatımda belə bir şey olmayıb. İnsan bir dəqiqədən-bir sosial şəbəkəyə, xəbər saytlarına baxarmı? Səhərdən axşama qədər sözümüz, söhbətimiz qələbə, kəndlərimizin azad olunması ilə bağlıdır. Hazırda ürəyimiz cəbhədə döyünür. Yəqin ki, xoşbəxtlikdən başımı itirəcəm. Torpaqlarımız düşməndən tam azad olunduqdan sonra Qarabağ turuna çıxacam. Allah xalqımıza bu gözəl günü tez zamanda yaşamağı nəsib etsin. Əsgərlərimiz cəbhədən sağ-salamat, evlərinə, ailələrinə qayıtsınlar. Qarabağın azadlığı uğrunda dünyasını dəyişən şəhidlərimizə Allah rəhmət eləsin. Qələbə xəbəri eşidək ki, heç olmasa, o şəhidlərin ruhu şad olsun. Bu xəbərlərlə ürəyimizə su səpilsin ki, onların qanı yerdə qalmasın.

- 27 il keçib. Bu günü təsəvvür edirdinizmi?

- Hər qələbə xəbərini aldıqda göz yaşlarıma hakim ola bilmirəm, sevincə boğuluram. Bundan qabaqkı efirimizdə redaktorumuz Zəngilanın işaldan azad olunması xəbərini çatdırdı. O xəbəri eşidəndə əlimi üzümə tutub dəqiqələrlə ağladım. Yəni biz qələbə qazanırıq. Biz evimizə qayıdırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ
Bu gün, 12:59
• 10 manata hot-doq satırlar, stadion da tam dolmur… - ONA GÖRƏ DƏ...
Bu gün, 12:57
• Dövlət bankı bu bazara da girdi - DETALLAR
Bu gün, 12:53
• Həbsdə olan Azərbaycan əsilli müğənni: - "Heç kim namusuma ləkə gətirə bilməz"
Bu gün, 12:52
• Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb - “Baza”
Bu gün, 12:46
• Raqif Abbasovun 12 il həbsi TƏLƏB OLUNDU
Bu gün, 12:35
• "Kitab onun həm Allahıdır, həm hicabı!" - Elza Seyidcahandan ŞOK sözlər
Bu gün, 12:33
• Torpaq var, sənəd yox: - Vətəndaşlar mülkiyyət hüququnu necə rəsmiləşdirə bilər?
Bu gün, 12:30
• 2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
Bu gün, 12:20
• Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Bu gün, 12:16
• Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
Bu gün, 12:08
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
• "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Bu gün, 11:01
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
• KAPİTAL BANK-ın DAŞ KƏSƏN TAMAHI... - NARAZILIQ VAR...
Bu gün, 06:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru