“Mənim üçün ilk növbədə ailə olub, ailəmi qoyub ora gedə bilməzdim”
Tarix: 13-06-2023, 15:35 | Çap et
 “Axşamdan zəfəran dəmləyirəm. Suyu da qaynadıb, səhərə kimi soyuduram. Səhər tezdən oturub dualarımı oxumağa başlayıram. Bilirsinizmi suyun yaddaşı var? Ona görə gün ərzində özünü yaxşı hiss etmək istəyirsənsə, mütləq həmin suya dualarını oxumalısan. Zəfəranı içirəm, daha sonra güllərimlə söhbət etməyə başlayıram, onların sularını verirəm. Bundan sonra keçirəm idmana. Səhərdən axşamadək üzümə maska edirəm, özümə baxıram. Mən uşaqlıqdan anamda bu cür görmüşəm. Geyimimə fikir verməyə çalışıram. Çalışıram ki, yaşıma və dəbə uyğun geyinim. Çoxu elə bilir ki, pəhriz saxlayıram. Qətiyyən belə deyil. Gündə üç dəfə yemək yeyirəm. Ən gec saat 7-nin yarısında şam edirəm. Əgər sonradan acsam, yalnız su içirəm və ya alma yeyirəm. Mən restoranlarda yeməyi sevmirəm”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib.
“Mənim üçün ilk növbədə əsas ailə olub. Bəzən deyirlər ki, yaş artdıqca sevgi azalır, hörmət çoxalır. Əlbəttə ki, sən dəlicəsinə sevməyə bilərsən, amma o demək deyil ki, sevgi azalır. Ona görə də hər kəs öz mədəniyyətinə uyğun şəxslə ailə həyatı qurmalıdır. Əgər mənim filmlərimə baxsanız görərsiniz ki, elə filmlərdə çəkilmişəm ki, onların əksəriyyəti paytaxtda lentə alınıb. Ailəmi qoyub gedə bilməzdim. “Alma almaya bənzər” filmi Qubada çəkilirdi, dedim ki, çəkilməyəcəm. Mənə görə povilyonda poçt şöbəsi qurdular və məni Bakıda çəkdilər. Rejissor çox istəyirdi ki, onun filmində çəkilim” deyə Suğra Bağırzadə deyib. Aktrisa-florist filmlərdə çəkilmək istədiyini də bildirib.
“Aktrisa kimi çəkilmək mənə daha xoş olub. Kinoya olan sevgim təkcə mənim çəkilişlərimlə bağlı deyil. Ümumiyyətlə, kinostudiyada görülən işlərlə bağlıdır. Aktyor sənəti çətindir, çünki səni seçirlər. Sənin ixtiyarın var ki, nəsə xoşuna gəlməyəndə yox deyəsən. Amma seçim rejissorun, operatorun əlindədir. Təklif olsa dəyərləndirərəm. Çünki aktyor işi, kamera qarşısı üçün çox darıxmışam” deyə aktrisa bildirib. Əməkdar artist bildirib ki, əl işlərinin dünyada analoqu yoxdur. “İşlərimin satışını da təşkil edirlər. Bu əl işlərinin dünyada analoqu yoxdur. Çünki mən Ümumdünya Floristlər Şurasının üzvüyəm. Mənə floristika sahəsində yeni bir səmt yaratdığıma görə sertifikat veriblər. Çünki mən yalnız canlı güllərlə işləyirəm. Lap təzə güllərlə bu əsərləri yaradıram ki, işlətdiyim məhlullara dözə bilsinlər. Hər bir əsərin yaranması ölçüsündən asılı olmayaraq 2 ilə başa gəlir” deyə sənətkar bildirib. Suğra Bağırzadə bir məsələyə də aydınlıq gətirib. “Həmişə demişəm ki, mən cücələrim mahnısının ilk ifaçısı deyiləm. Məndən əvvəl bu mahnını çox adamlar oxuyub, amma mən rəqs quruluşunda ilk ifanı etmişəm. O vaxt 2-ci sinifdə oxuyurdum. Bu incəsənətə gəlməyim üçün böyük addımım oldu. Ona görə də hamının yadında qalıb. Bütün Sovet məkanında, xaricdə mənim səsim getdi. Hamının yadında qaldı ki, cücələrimi oxuyan mənəm” deyə əməkdar artist bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08 |
|
|
|
|