Kino müsabiqəsinin qaliblərinə verilməyən 300 min manatın aqibəti araşdırlacaq - DETALLAR
Tarix: 16-02-2024, 08:41 | Çap et
 Mədəniyyət naziri Adil Kərimli “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qaliblərinə ödənilməyən 300 min manatın aqibəti ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.
Bu barədə Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) məlumat yayıb.
Bildirilir ki, mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.
“Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək”, – məlumatda deyilir.
2021-ci ilin sonlarında Mədəniyyət Nazirliyi 300 min manat büdcəsi olan “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsi elan etmişdi.
2022-ci ilin martında müsabiqənin yekunları açıqlandı və yeddi layihənin qalib olduğu bildirildi.
Qalib gələn müstəqil kino-studiyaları bunlar idi:
1. “Ata və oğullar” – “Buta Film” MMC;
2. “Əlvida, noyabr” – “Ultra Production”;
3. “Qıfıl” – “Nova Gorica” Kino Mərkəzi MMC;
4. “Mavi sviterli adam” – “Mandarin Agency” Co;
5. “Müqəddəs inək” – “Narimanfilm” MMC;
6. “Ölü Həsən” – “Ultra Production”
“Qıfıl” layihəsi müsabiqədə qalib olan kinorejissor Tahir Tahiroviç (Əliyev) Meydan TV-yə demişdi ki, layihənin çəkilməsinə dəstək məqsədilə 45 min manat ayrılsa da, nazirlik hələ də həmin məbləğ verməyib.
“Mandarin Agency”dən Meydan TV-yə bildirilmişdi ki, nazirlik şirkətin müsabiqəyə təqdim etdiyi “Mavi sviterli adam” layihəsinə 35 min manat ayırıb. Lakin həmin məbləğ şirkətə təqdim olunmayıb.
Qalib olan digər şirkətlər də Meydan TV-yə müsabiqə çərçivəsində vəd olunan 300 min manatdan onlara çatan hissəni almadıqlarını demişdilər.
Mədəniyyət Nazirliyindən isə məsələyə münasibət bildirilməmişdi.
Mövsu yenidən gündəmə gəlib.
Bu gün, fevralın 15-də kinotənqidçi Hacı Səfərov Mədəniyyət Nazirliyinə video-müraciət edərək, müsabiqədə jüri üzvü olduğu halda, hələ də qonorarını almadığını bildirib.
2021-2022-ci illərdə mədəniyyət naziri Anar Kərimov olub.
Onun nazir olduğu dövrdə, 2022-ci ildə Azərbaycan kino tarixində ilk dəfə olaraq tammetrajlı bədii film istehsalına pul ayrılsa da, bir film də çəkilməyib. Hər il dövlət büdcəsindən kinoya təxminən 6,5 milyon manat vəsait ayrılır.
Həmçinin 2022-ci ildə “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin 7 qalibinə 300 min manat ödənilməyib.
2022-ci ilin iyulunda Dövlət satınalmalarının vahid internet portalında dövlət büdcəsindən İkinci Qarabağ müharibəsindən bəhs edəcək səkkiz seriyalı bədii filmin çəkilişləri üçün 1 milyon 700 min manat vəsait ayrılması haqda məlumat yerləşdirilmişdi.
Nazirliyin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov isə filmlə bağlı keçirilən mətbuat konfransında demişdi ki, serialın bir bölümü 212 min dollara başa gələcək. Yəni serialın istehsalının ümumi məbləği 3 milyon manat olacaq. Serialın çəkilişinin Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirkətinə həvalə olunduğu bildirilirdi.
Şərti adı “Qarabağ Vətən müharibəsi” olan serialın sonrakı aqibəti hələ də bəlli deyil.
2022-ci il oktyabrın 26-da Hesablama Palatası dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı ciddi maliyyə pozuntularının aşkarlanmasına dair hesabat yaydı.
Palata tövsiyə edirdi ki, nöqsana yol verən məsul şəxslər məsuliyyətə cəlb olunsunlar.
Bundan bir neçə gün sonra noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi və mədəniyyət nazirinin sabiq birinci müavini, Elnur Əliyev, nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanıldı.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələrilə ittiham irəli sürüldü.
Ardınca, 2022-ci il dekabrın 22-də İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu vəzifəsindən azad etdi.
Anar Kərimovun vəzifəsindən azad edilməsinə səbəb kimi Mədəniyyət Nazirliyində baş verən korrupsiya halları olduğu deyilirdi.
Rüfət Həsənov 2023-cü ilin sentyabrında Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri vəzifəsindən azad olunub.
O, hazırda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|