SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

"Qara valyuta bazarı"nı ləğv etməyin ən asan mexanizmi - TƏHLİL
Tarix: 10-12-2016, 12:45 | Çap et
"Qara valyuta bazarı"nı ləğv etməyin ən asan mexanizmi
Bu həftə ən müzakirə olunan mövzu xarici valyutanın “qara bazarı” ilə bağlıdır. Bank sektorundan bəzi xəbərlər əhaliyə ümidverici bir “nəfəs” verib. Xəbər ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Bankının rəhbəri Elmar Məmmədov və “AzərTürkBank”ın rəhbəri Fərhad Adıgözəlov həmin bankların Müşahidə Şuralarının növbədənkənar iclaslarında vəzifələrindən kənarlaşdırılıblar. İclaslar da, qərarlar da eyni qaydada və cəmi bir neçə günlük fərqlə keçirilib və qəbul olunub. Sonradan məlum olub ki, həmin bankirlər ölkədə valyutanın “qara bazarın” formalaşmasında fəal iştirak ediblər, faktiki olaraq, “qara bazarı” valyuta ilə təmin ediblər. Nəticədə, banklarda valyuta qıtlığı yaşanıb, çünki banklar avro və dolları əhaliyə satmaq əvəzinə “qara bazara” göndərərək daha baha qiymətə "xırıd ediblər". Məntiq və sxem çox sadədir: bankda olan nağd xarici valyuta (bizim halda - dollar və avro) bankda satılmır, “qara bazarın” “juçoklarına” verilir, onlar da həmin valyutanı öz bazarlarında rəsmi kursdan qat-qat baha qiymətə satırlar. Rəsmi məzənnə dollar üzrə 1,73 manat olduğu halda bank onu Mərkəzi Bank tərəfindən icazə verilən + 4%-lik marja ilə 1,8-ə sata bilər, amma “qara bazarda” icazə-marja kimi anlayış yoxdur ki, nəticədə dolların məzənnəsi bəzən 2 manata çatır. Gəlir 4%-lik marjadan dəfələrlə çoxdur və qeyri-rəsmidir, nə vergi var, nə uçot, nə rəsmi kassa hesabatı var. Amma “nağıl” sona çatdı və əhali indi fikirləşir ki, əgər bu cür bankirlər işdən kənarlaşdırılıb, bu sxem aşkarlanıb və “qara bazar” ləğv olunubsa, hər şey normal halına qayıdacaq və dolları sərbəst olaraq bankda rahat almaq olacaq. Qısa müddətdə - hə, bəs gələcəkdə necə?


Çünki “qara bazarın” yaranma səbəb və amilləri sadə görünsə də, əslində makroiqtisadi və bank sistemində dərin problemləri əks etdirir. Amma biz onlardan danışmayacağıq, yəni, məsələn, neft ucuzlaşıb, ölkəyə valyuta daxilolmaları azalıb, qıtlıq yaranıb, banklar sabahkı məzənnəyə əmin olmadıqlarına görə dollar satmır, nəticədə “qara bazar” yaranır və sair və sair. Bu, hamıya məlumdur, buna biz heç toxunmayacağıq. Amma bizim halda “qara bazarın” yaranmasında səbəbkarlar, konkret səbəbkarlar var. Və onlar işdən çıxarılan iki bankir deyil, daha dəqiq, tək onlar deyil, onlar yalnız çətin vəziyyətdən istifadə ediblər. İlk növbədə bankirlər açıq spekulyasya ediblər və, bəlkə də, işdən çıxarılan iki bankir sonuncu deyillər. Lakin hər şey bu dərəcədə sadə deyil ki, banklarda (satıcıda) valyuta (mal) var, onu mübadilə məntəqəsində (rəsmi mağazasında) satmır, gizli yolla vasitəçiyə ötürür, o da həmin malı “qara bazarda” satır. Budur “qara bazarın” yaranma sxemi, çünki əgər iş obyektiv valyuta çatışmazlıqdadırsa, onda həmin valyuta “qara bazarda” haradan peyda olur? “Juçoklar” dolları zirzəmilərində saxlamışdırlar və indi bu ehtiyatı satırlar? Xeyr, onların bank sektorunda valyuta təminatçısı, tədarükçüsü var. İkisi artıq məlumdur, ardı isə gəlir...

Amma, dediyimiz kimi, problemin digər tərəfləri də var. “Qara bazar” o zaman yaranır ki, nağd valyuta üzrə kəskin defisit olur. Niyə? Burada əsas söz “nağd” sözüdür. Son aylar ərzində Azərbaycanda valyuta ajiotajı həm də onunla bağlıdır ki, əhalini faktiki olaraq nağd valyuta almağa məcbur edirlər. Daha dəqiq desək, insana valyuta iki səbəbdən lazım olur - dollar və ya avronu xaricə səfərə gedəndə alırlar, ya da fiziki və ya hüquqi şəxslər fərdi və ya işgüzar məqsədlər üçün xaricə valyuta göndərirlər. Birinci hal ilə bağlı heç bir sual yoxdur, ikinci hal ilə bağlı bəzi suallar var.

Azərbaycanda valyuta böhranı ilə paralel bəzi hadisələr baş verib, yəni banklarda pul köçürmə sistemləri ya tam bağlanıb, ya da tam kortəbii formada fəaliyyət göstərir. Yəni banklar xaricə pulu göndərmək üçün dollar və ya avronu nağd şəkildə gətirilməsini tələb etməyə başlayıblar. Bu, bank biznesi üçün tam izah olunmaz bir şeydir, çünki pulun göndərilməsi fiziki şəklində “göyərçinlərlə” həyata keçirilmir. Bütün dünyada bu proses bankdaxili valyuta mübadiləsi (konvertasiya) yolu ilə edilir, edilib və ediləcək. Yəni xaricə pul göndərmək istəyən şəxs həmin vəsaiti manatla banka təqdim edir, bank isə günün məzənnəsinə görə vəsaiti valyutaya çevirərək ünvana göndərir. Azərbaycanda isə bankların konvertasiya anlayışı ilə bağlı konkret problemləri var. Əks halda yaranmış durumu necə izah etmək olar? Banklar konvertasiya anlayışını tam şəkildə unudaraq köçürüləcək nağd pulun valyuta formasında gətirilməsini tələb edir. Və... müştəriyə valyuta satmadığı halda. Bank valyuta satmırsa, müştəridən köçürmə üçün valyuta tələb edirsə, müştəri məcbur olaraq qara bazara üz tutur. Əslində problemin mahiyyəti budur - nağdsız pul köçürmələri prosesi ölü vəziyyətə salınıb, bununla da "qara bazarın" yaranmasına rəvac verilib.

Və bu prosesdən Mərkəzi Bankın, yaxud və Maliyyə Bazarlarıma Nəzarət Palatasının xəbərsiz olduğuna inanmaq, sadəlövhlükdür. Banklar müştəridən valyuta tələb olunmasını ölkədən xarici valyutanın axının azaldılması məqsədi daşıdığı ilə əsaslandıra bilərlər, amma əgər köçürmə nağdsız şəkildə həyata keçirilirsə, hesablaşma isə sonra yerli bank-xarici bank sistemi arasında nağdsız şəkildə aparılırsa, bunun nağd valyuta bazarına hansı təsiri ola bilər?

Digər tərəfdən bankların daha bir bəhanəsi var - bank hesabı açmadan pul köçürmələrinə icazə vermirlər, yaxud bunu məhdudlaşdırırlar. Atılan addımı müəyyən səbəblərlə izah etmək olar, amma Azərbaycanda “bank hesabdan bank hesaba” sistemi niyə işləmir, bunu izah etmək mümkün deyil. Mərkəzi Bank və ya Palata bundan da xəbərsizdir ki, fiziki şəxs Azərbaycan bankından xaricdəki işgüzar tərəfdaşına dollar ödənişi etmək üçün dollar hesabı açmağa, bunun üçün isə banka nağd dollar gətirməyə məcburdur? Qoy Mərkəzi Bank və Palata izah etsin ki, niyə bank xarici ölkəyə dollar göndərişi üçün müştərinin manat hesabından istifadə edə bilməz və konvertasiya yolu ilə əməliyyat keçirilə bilməz?

Azərbaycanda banklar artıq insan məntiqinə uyğun gəlməyən başqa bir addım atıblar: valyutada kreditlərin ödənilməsi yalnız valyutada qəbul edilir. Bütün dünyada bu sxem belədir: müştəri yerli valyuta ilə gəlir, xəzinədar xarici valyutada ödənilməli olan məbləği iki saniyəyə kalkulyatorda bankdaxili konvertasiya məzənnəsi ilə hesablayıb, yerli valyutada məbləği qəbul edir və əməliyyat aparır. Yenə də bankdaxili konvertasiya yolu ilə. Amma Azərbaycan bankları yeni bank nəzəriyyəsi yaradıblar və bu nəzəriyyəyə əsasən nağd bank əməliyyatlarından başqa hər şey qadağandır. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası buna da göz yumur.

Beləliklə, Azərbaycanda “qara bazarın” yaranmasının ilk, əsas və ən önəmli səbəbi ölkədə nağdsız əməliyyatların həyata keçirilməməsidir. Söhbət əlbəttə ki, xarici pul köçürmə və ödənişlərdən gedir. Daha dəqiq desək, səbəb Azərbaycanın bank sistemində bankdaxili konvertasiya anlayışın “unudulmasıdır”. Bu isə bizi maraqlı bir nöqtəyə gətirib. Yəni, banklar xaricə pul göndərmək üçün valyuta tələb edirsə və eyni zamanda özü bu valyutanı olmadığını bəhanə gətirərək satmırsa, deməli bu bank müştərini “qara bazar”a göndərir və deməli bank “qara bazar"dan real gəlir götürür. Və əgər bank daxili konvertasiya anlayışı birdən-birə bütün bankların yadından çıxıbsa, onda nə alınır? O alınır ki, bütün banklar “qara bazar” sövdələşməsinin iştirakçılarıdır və iş yuxarıda qeyd olunan iki bankirlə bitməməlidir.

Əlbəttə, qısa müddətdə vəziyyət düzələcək, dollar yenidən banklarda peyda olunacaq, amma sonra nə olacağına əminlik yoxdur. Bunu o səbəbdən qeyd edirik ki, əgər bu gündən başlayaraq Azərbaycanda, nəhayət, bankdaxili konvertasiya əməliyyatları xaricə pul ödənişlərinə “qayıtmasa”, hər şey təkrarlanacaq. Buna isə kim nəzarət etməlidir? Mərkəzi Bank və Palata. Əgər Azərbaycanın "bank sistemində", normal, sivil, ənənəvi qaydalar bərpa olunmasa, konvertasiya əməliyyatları qaytarılmazsa, ölkədə valyuta böhran permanent xarakteri daşıyacaq. Vətəndaşlara şərait yaratmaq lazımdır ki, dollar, avro, rublla xaricə pul köçürmələrini manat ödəyərək bankdaxili konvertasiya yolu ilə həyata keçirə bilsinlər. Bu zaman insanlar gedib qara bazardan dollar almayacaqlar. Bu sxem bərpa olunsa, tam üzən məzənnəyə keçid də qorxulu deyil, çünki artıq indi də faktiki olaraq üzən məzənnədir – məzənnə hərraclarda təklif-tələb əsasında formalaşır. Banklar Azərbaycanda nağd valyutaya tələbatı azaltmaq əvəzinə, onu süni şəkildə artırırlar. Əksinə, banklarda konvertasiya sxemi normal işləsə, qara bazara və valyutaya tələbat kəskin azalacaq, məzənnəyə təsir dərhal zəifləyəcək.

Vahab Rzayev, APA Analitik Mərkəzi








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru