SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Xəzər Lənkəran” rəhbərliyinin futbolçuların başına açdığı oyunlar - Saxta müqavilələr, şantaj üsulu, qanunsuz kəsilən pullar...
Tarix: 11-03-2017, 09:52 | Çap et
“Xəzər Lənkəran” rəhbərliyinin futbolçuların başına açdığı oyunlar
İvan Tsvetkov, Valeri Abramidze, Vyakoslav Tomiç, Alfred Sanko, Elias Ribeyro, Romulo Silvano, Emeka Opara, Eder Bonfim, Denis Kalinkov, Veldin Muharemoviç, İvan Pexa, Deyan Blajevski, Qalin İvanov, Adrian Skarlatake, Adrian Pits... Beynimizi bir az da qurdalasaq, siyahını genişləndirib 30-a çatdırmaq olar. Yox, bunlar heç də “Xəzər Lənkəran”a beynəlxalq arenalarda uğur qazandıran futbolçular deyil. Bunlar Mübariz Mənsimovun milyonlarının bir qismini “yeyib”, digər qisminə sahib çıxa bilməyən legionerlərdi. Yəni halal pulunu “burda mənəm, Bağdadda kor xəlifə” düşüncəsiylə iş görən klub rəhbərliyindən vaxtında ala bilməyən əcnəbilər. Çıxış yolunu FİFA-ya üz tutmaqda görən adıcəkilən futbolçular və onlarla belələri “Xəzər Lənkəran” başbilənlərinin “atmaq” istədikləri olub. Müxtəlif hiyləgər üsullardan istifadə etməklə gəlmələri azdıra biləcəklərini düşünürdülər. Hansı üsullardan?
Ən asan yol kimi əcnəbilərlə ikili müqavilələr seçilmişdi. Və çox keçmədən faktın üstü açıldı. Abramidze ilə Pexa mətbuata verdiyi açıqlamalarda müqavilə sənədində göstərilən rəqəmlərin sonradan hansısa vasitələrlə dəyişdirildiyini gizlətmədi. Yəni saxta sənədlərdən istifadə etməklə 1 illik anlaşmaya qol çəkən legionerin daha bir il istismarına nail olmaq yolu seçilmişdi. Başqa bir üsul müqavilə müddətinin başa çatmasına 2-3 ay qalmış əməkhaqqının verilməməsiydi. Deməli, anlaşma başa çatana yaxın klub rəhbərliyi baş məşqçinin heyətdə görmək istədiyi futbolçulara yeni müqavilə şərtləri təklif edirmiş. “Hə” deyənin pulları verilirmiş, “yox” deyənlər isə məvacibindən olurmuş. Başqa cür desək, asan şantaj vasitəsiymiş. Məğlubiyyət və uğursuzluqlara görə müqavilədə nəzərdə tutulmadan maaşların kəsilməsi də legionerlərin haqlı narazılıqlarına gətirib çıxarırmış. Təkcə Deyan Blajevski qəzetimizə verdiyi müsahibədə başına gələnləri nəql etməklə “Xəzər Lənkəran”da yaşananları ortaya qoymuşdu. Romulo Silvanoya görə kluba kəsilən “6 xal silinsin” cəzası hələ də yaddaşlardan silinməyib. Sonradan hansısa yollarla qərar ləğv olunsa da. Faktiki, FİFA braziliyalı futbolçunun haqlı olduğunu ortaya qoymuşdu.
Belə əməlləri görən legionerlər rastlaşdıqlarını dost-tanışına danışır, hər kəs iyrənc əməllərdən xəbər tutur, bununla da “Xəzər Lənkəran”ın “Qafqazın “Çelsi”si” olmasında ortaya böyük şübhələr çıxırdı. Yuxarıda sadalananlar əcnəbilərin başına gətirilənlərdi. Bəzi yerli futbolçuları danışdırsan, daha biabırçı faktlar çıxacaq ortaya. Sadəcə, aradakı xətir-hörmətə, bir az da AFFA-nın qorxusuna görə “yuxarılar”a çıxa bilmirdilər. Rauf Əliyev, Əfran İsmayılov, Aleksandr Şemonayev kimilərin oynadığı dövrdə haqq etdiyi maaşı ala bilmədiyini özlərindən yaxşı bilən yoxdu. Klub rəhbərliyinin belə əməlləri “Xəzər Lənkəran”ın imicinə ciddi zərbə vurur, xaricdən baxanda Azərbaycan futbolunda ləkə görünürdü. Komandanın müflis olmasının, məlum duruma düşməsinin bir nömrəli səbəbi də bu idi: klub rəhbərliyinin özbaşınalığı, söz verilən pulların arxasına keçmək istəyi. Başqa sözlə, yarıtmaz transfer siyasətinə bəzək vermək həvəsi. O qədər dərin və çoxşaxəli mövzudu ki, faktları sadalamağa səhifələr bəs etməz. Odu ki, legionerlərin ayrı-ayrı vaxtlarda "Futbol+"ə verdiyi müsahibələrdən çıxarışları diqqətinizə çatdırırıq. Bununla da “Xəzər Lənkəran” rəhbərliyində təmsil olunan Mübariz Mənsimov, Mais Mənsimov və Tuyqun Nadirovun futbol savadıyla yaxından tanış olacaq, “Xəzər Lənkəran” hanı” sualına cavab tapacaqsız.
İvan Pexa: “Xəzər Lənkəran”ın adını belə xatırlamaq istəmirəm. Bir mövsüm komandanın uğur qazanması üçün tər tökdüm. Ancaq onların cavabı mənə nə oldu? Bir il futbolsuz qaldım. Halbuki İngiltərə, Almaniya, Slovakiya klublarından dəvətlər var idi. Danışdıqca əsəbləşirəm. Rəhbərlik hansı əməllərdən çıxıb – bunu özləri yaxşı bilir. Azərbaycana gedən əksər legionerlər birillik müqaviləyə imza atır. Mən də bunu düşünüb onlarla anlaşmışdım. Sonradan çempionatın gedişində və mövsüm başa çatandan sonra dəfələrlə müqaviləyə baxmaq istədim. Ancaq onu mənə heç kim göstərmədi, gizlətdilər. Elə hey deyirdilər ki, iki il kluba məxsussan. Müqavilə ingilis dilində hazırlandığından, hər şeyə fikir vermişdim. Gic deyiləm ki, anlamadığım dildə yazılmış kağıza imza atım. 100 yox, milyon faiz əminəm ki, ilkin anlaşmanın müddəti birillik idi. Sonradan rəhbərlik nə etdisə, müddət daha birilliyə uzandı. Menecerimin klubda zəng vurmadığı adam qalmadı. Az qala biraylıq maaşımı telefon danışıqlarına verdim. Onlar məni buraxmaq istəmədiklərini deyirdilər”.

“Xəzər Lənkəran” rəhbərliyinin futbolçuların başına açdığı oyunlar

Deyan Blajevski: “Azad agent statusuna sahib olmamış başqa klubla anlaşa bilmərəm. “Xəzər Lənkəran”dan FİFA-ya şikayət etmişəm. Bu belə qalmayacaq. Bildiyimə görə, klub rəsmiləri həqiqətə uyğun olmayan açıqlamalar verir. Guya qaçıb getmişik deyə, “Xəzər Lənkəran” bizdən FİFA-ya şikayət edib. Qəzetiniz vasitəsilə bildirirəm ki, bu yalandı. Biz maaşlarımızın verilməsi ilə bağlı rəhbərliyə müraciət etmişdik və açıq şəkildə bildirmişdik ki, 8 gün ərzində pulumuz verilməsə, qaydalara əsasən komandanı tərk edəcəyik. Klubdan məsələ ilə bağlı xəbər çıxmadı deyə, lazım olan addımı atdıq. Daha doğrusu, bir neçə ayın maaşından cəmi birini verdilər. Heç bir qanun pozuntusuna və intizamsızlığa yol verməmişik. FİFA-nın qaydalarında bənd var ki, azı iki ayın məvacibini almayan futbolçu düşərgəni tərk etmək hüququna malikdi. Və bununla bağlı aidiyyatı qurumlara müraciət edə bilər. Tuyqun Nadirov mətbuata açıqlamasında ailə problemlərinə görə “Xəzər Lənkəran”ı tərk etdiyimi deyib? Boş söhbətdi, inanmayın. Mənim heç bir ailə problemim yoxdu, hamı sağ-salamatdı. Klub rəsmiləri maaşlarımızın verilməyəcəyi təqdirdə komandanı tərk edəcəyimizi bilirdi. Müqavilə bağladığım yanvardan bu yana cəmi 7 ayın əməkhaqqını almışam. Yəni 5 aylıq alacağım var... “Neftçi”yə Bakıda uduzduğumuza görə bir aylıq maaşımın 20 faizini kəsdilər. Ötən mövsüm də kubokun finalına yüksələ bilməmişdik deyə, bir aylıq maaşımız kəsilmişdi. Heç bir sənəddə bununla bağlı bənd olmadığı halda, rəhbərlik istədiyi addımı atır. Halbuki uduzmağımıza görə “premiya” kəsilə bilər, aylıq məvacib yox. Deyirəm, niyə belə edirsiz? Sualıma cavab verən yoxdu. Tuyqun Nadirovla tez-tez söhbətimiz olurdu. Hər dəfə də “gözlə, yaxşı olacaq” cavabını eşidirdim. Sonda anladım ki, bu cavab yox, yalandı. Vəziyyətin bu həddə çatmasını istəmirdim. Dəfələrlə dedim ki, FİFA-nı bu işə qatmayaq, məsələni aramızda həll edək, bitsin. Yalan danışmaq lazım deyildi”.
Adrian Pits: “Nə edəcəyimi bilmirəm. Görüşməyə, sözümü deməyə adam tapmıram. Klubun məni satıb pul qazanmaq istədiyini eşitmişəm. Kiminləsə görüşməliyəm, görüm nə qədər istəyirlər. Mənimlə, menecerimlə maraqlananlara söz deyə bilək... Toşakın məni istəməməsi normaldı. Bunun üçün əsas komandadan kənarlaşdırılıramsa, ortaq məxrəcə gəlməliyik. Amma mənə dəqiq söz deyən yoxdu. Qalmışam ortalıqda. Belə getsə, çıxış yolunu FİFA-ya şikayət etməkdə görüəcəm”.
(Bir neçə ay sonrakı müsahibəsindən): “Artıq FİFA-ya şikayət etdim. Açığı, problemi aramızda həll etmək istəyirdim. Gördüm ki, alınan işə oxşamır. Bundan sonra məsələyə FİFA baxıb, kimin düz, kimin səhv olduğunu deyəcək”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru