SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Arif Əsgərovun qohumları haqda yeni iddialar - ARAŞDIRMA
Tarix: 23-03-2017, 10:20 | Çap et
Arif Əsgərovun qohumları haqda yeni iddialar
Sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlanları Rahib və Emin Hüseynov qardaşlarının ötən ilin noyabrında həbs olunması və onlar barədə DİN-də cinayət işi açılması barədə oxuculara məlumat verilmişdi. Mətbuatda yayılan məlumatlarda şikayətçi olaraq, əsasən, Tovuz RİH başçısının oğlu Qoşqar Zeynalovun adı nəzərə çarpırdı. Lakin bu şikayətçilər arasında başqa şəxslər də var ki, onlar Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələ barədə ictimaiyyətə ətraflı məlumat verilməsini xahiş ediblər.

Hüseynov qardaşlarından şikayətçi olan, DİN Baş İstintaq və Təhqiqatlar İdarəsində zərərçəkmiş kimi tanınan Namiq Mehdiyev Qafqaznews.az-a bildirdi ki, onun şikayəti əvvəlcə Binəqədi RPİ-də araşdırılıb, sonra DİN Baş İstintaq və Təhqiqatlar İdarəsinin ağır cinayətlər şöbəsinə göndərilib.

“Rahib Hüseynovun mənə 31 min 500 dollar borcu vardı. Min dollar keçən il verdi, lakin 30 min 500 qaldı. Bu günlərdə Rahib mənə təklif etdi ki, 10 min manat versin, sonra notariusda borc müqaviləsi bağlansın… Bununla da məsələni dələduzluqdan mülki məsələyə çevirmək istəyirlər.

Onun vəkili Sevil Hacıyeva isə ümumiyyətlə 1 qəpik də verilməsinin əleyhinədir”, – deyə N.Mehdiyev bildirdi. Onun sözlərinə görə, Rahib Hüseynovun qardaşı Emin Hüseynov isə ona 80 min manat borcludur. “Onlar sizdən nə vaxt pul alıblar və nə deyərək pul istəyiblər?”, – deyə soruşduq.

“Rahib və Emin 2014-cü ildən bu yana məndən ayrı-ayrılıqda hissə-hissə pul alıblar, guya iş qururlar, ölkəyə mal gətirirlər. Bir neçə il əvvəl Rahib barədə “Banditizm”də iş gedirdi, lakin onu buraxdılar. Onda bizim aramızda heç bir pul söhbəti olmamışdı. Nə Arif Əsgərov, nə də oğlu Elnar Əsgərovla heç bir işim, pul söhbətim olmayıb. Rahib həbsdən çıxandan sonra məndən hissə-hissə pul alırdı ki, iş qurub tezliklə qaytaracaq.

Sonra isə dedi ki, keçmiş qayınatası Əvəz Qocayevlə barışıblar və dövlət idarələrində kartla keçid aparatlarının quraşdırılması ilə bağlı iş görəcəklər. Emin Hüseynov isə guya ölkəyə qatqı və izolyasiya materialları gətirirdi, bunun üçün məndən 80 min dollara yaxın pul aldı. Mən də düşünürdüm ki, təqaüdçü adamam, verdiyim puldan az-çox gəlir əldə edərəm. Onlar məni və mənim kimi xeyli vətəndaşı aldadaraq, pullarını mənimsəyiblər. İndi də ictimaiyyəti aldatmağa və ayrı-ayrı şəxslərin adını qabartmaqla, bizə vurduqları ziyanı diqqətdən kənarda saxlamağa çalışırlar. Yetərincə pulları da var, mülkləri də, amma özlərini mətbuatda “günahsız qurban” kimi göstərirlər”, – deyə N.Mehdiyev cavab verdi.

Mərziyə Rzayeva adlı vətəndaş da bildirib ki, o, bir neçə ay əvvəl Binəqədi RPİ-yə ərizə ilə müraciət etmiş, lakin nədənsə, onun ərizəsi “itmişdi”. “Mən bu günlərdə yenidən DİN-ə gedib ərizə yazdım. Bu günlərdə Emin Hüseynovla üzləşdik, o məndən ölkəyə izolyasiya və qatqı materialları gətirmək adıyla aldığı 1000 ABŞ dolları və 17 min manatı inkar elədi. Rahib Hüseynov da məndən xeyli pul alıb, hazırda verəcəyi 2 min dollar pul qalıb”, – deyə M.Rzayeva bildirdi.

Tural Hüseynov adlı zərərçəkmişin vəkili Emil Aslanovun sözlərinə görə, ilk dəfə onun təmsil etdiyi T.Hüseynov iş üzrə Binəqədi RPİ-də zərərçəkmiş kimi olub: “Yayılan məlumatlarda bildirilir ki, guya başqa adamların şikayəti üzrə cinayət işi qaldırılıb. Lakin məsələ belə deyil. Müvəkkilim Rahib Hüseynov hissəsində yox, Emin Hüseynovla bağlı zərərçəkmiş kimi tanınıb. Emin Hüseynov 2014-cü ilin avqustundan başlayaraq bir neçə ay içində ölkəyə qatqı materiallarının idxalıyla bağlı Tural Hüseynovu aldadıb, arada qismən ödənişlər eləsə də, ümumilikdə 955 min AZN pulunu mənimsəyib. DİN-də qarşı tərəfin xahişi ilə, Tural Hüseynov 382 min dollar məbləğinə razılaşdı, lakin Emin Hüseynovun müdafiəsi tərəfindən obyektiv münasibət görmədiyimizə görə, yenidən 955 min AZN üzrə ərizə vermişik.

Bundan başqa, o pul Tural Hüseynovda qalsaydı, başqa sahəyə yatırım edərək, ayda 10 faiz gəlir əldə edə bilərdi. Əldən çıxmış fayda ilə bağlı da, istintaqa mülki iddia ərizəsi də təqdim etmişik”.

Onun sözlərinə görə, Emin Hüseynovun Tural Hüseynova 955 min AZN verəcəyinin olduğu ilə bağlı səs yazıları və videogörüntülər də var: “Biz bütün faktları istintaqa təqdim etmişik”.

“Emin Hüseynovun bu idxal işinin “Azərbaycan Dəmir Yolları” ilə əlaqəsi varmı?”, – deyə soruşduq. “O, materialları dəmiryoluna da gətirəcəyini demişdi, lakin müvəkkilim Elnar və ya Arif Əsgərovla yox, birbaşa Emin Hüseynovla iş görüb, pulu ona verib”, – deyə E.Aslanov cavab verib.

Rahib Hüseynovda 775 min manat pulunun qaldığını iddia edən Vüqar Bağırov adlı vətəndaş isə Qafqaznews.az-a bildirdi: “Rahib İsmayıl oğlu Hüseynov məndən 2011-2012-ci illərdə 1 400 000 ABŞ dollarını qısa müddətdə qaytarmaq adı ilə almış, sonradan geri qaytarmamışdı. 2013-cü ildə Rahib İsmayıl oğlu Hüseynov barəsində DİN Baş MCMİ-də iş açılarkən, istintaq şöbəsinin rəis müavini Canpolad Daanovun apardığı iş zamanı yuxarıda qeyd etdiyim məbləğ də öz təsdiqini tapmışdı.

300 min ABŞ dolları R.Hüseynovun ailəsindən alınaraq, Canpolad Daanov tərəfindən mənə verilmiş, 2014-cü il mart ayından noyabr ayına kimi, qalan məbləğin qaytarılması üçün qrafik müəyyən olunmuşdu.

Lakin nə qrafikdə nəzərdə tutulmuş 10 ay ərzində, nə də sonradan mən R.Hüseynovdan və ya yaxınlarından 1 manat da pul ala bilmədim. İndiyə qədər, R.Hüseynov mənə qaytarmalı olduğu 775 min 850 ABŞ dollarından bir 1 sent də ödəməyib. Onun məndə əlyazma iltizamları da var . Rahib Hüseynovun özünə və yaxınlarına dəfələrlə müraciət etsəm də, onlar müxtəlif bəhanələrlə mənə öz pulumu qaytarmaqdan boyun qaçırıblar”.

Emin Məmmədov adlı vətəndaş isə Emin Hüseynov və Elnar Əsgərov tərəfindən aldadıldığını bildirdi: “Mənə Emin Hüseynov xaricdən qatqı materiallarının idxalında yatırım istəmişdi, amma heç bir girov və ya yazılı müqavilə təklif etməmişdi. Ondan bu işin arxasında kimin durduğunu soruşduda, Elnar Əsgərovun adını çəkdi. Elnar Əsgərovla görüşdüm, o isə bildirdi ki, Emin pulu qaytarmasa, mən qaytaracam, narahat olma.

Elnar Əsgərovun “qarant” olduğunu gördükdə, Emin Hüseynova hissə-hisə 3 milyon 200 min ABŞ dolları pul verdim. İşdə fırıldağın olduğunu görərək, Elnar Əsgərovdan pulu tələb etdim, o isə Rahib Hüseynovun həbs olunduğunu və indi çətin vəziyyətdə olduğunu dedi. Onlar 3 il əvvəl mənə cəmi 700 min dollar pul qaytarıblar, 2 milyon 500 min ABŞ dollar məbləğində pulumu isə hələ ala bilmirəm. Elnar atası nazir müavini olandan sonra, mənə demişdi ki, get hara şikayət edirsən et. Ondan sonra Elnarı görmədim”, – deyə Emin Məmmədov qeyd etdi.

Rahib və Emin Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva isə şikayətçilərin dediklərinin böhtan və yalan olduğunu bildirdi. “Gördülər ki, üzləşdirmədə heç nəyə nail ola bilmirlər, indi belə bir yolu tuturlar. Onların çoxunun pulu qaytarılıb. Həm də, pullarını aldıqları halda, üstəlik faizə faiz də tələb edirlər”, – deyə vəkil vurğuladı.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru