SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Səfər Mehdiyevin “islahatları” sərhədləri aşır - GİLEY
Tarix: 1-08-2019, 10:07 | Çap et
Səfər Mehdiyevin “islahatları” sərhədləri aşır
Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətindən narazılıqlar, şikayətlər bitmir.

Qurumun keçmiş sədri Aydın Əliyevin dönəmində müşahidə olunan problemlər bu gün də öz aktuallığını qoruyur. Maraqlıdır ki, DGK-nin hazırki sədri Səfər Mehdiyevin mətbuata açıqlamasında dedikləri real fəaliyyətdə təsdiqini tapmır. Gömrük xidmətinin fəaliyyətində müşahidə olunanlar sədrin dedikləri ilə üst-üstə düşmür. Vəziyyət o həddə çatıb ki, artıq Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı şikayətlər ölkə sərhədlərini aşır. Bu günlərdə komitənin fəaliyyətində daha bir biabırçı fakt üzə çıxıb.

“DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ” firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) məclis üzvü Yakup Yaşan Azərbaycan gömrüyündə üzləşdiyi problemlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şikayət məktubu göndərib. Türkiyəli iş adamı məktubunda bildirib ki, Azərbaycan gömrüyündə onların malının qiymətini süni şəkildə artırmağa çalışıblar. Bununla da onların ticarətlərinə ziyan vurmağa cəhd ediblər. Şikayətçi habelə qeyd edib ki, Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə arasındakı ticari əlaqələr də ziyan görür.

Qeyd edək ki, gömrükdə ölkəyə gətirilən malların qiymətinin süni artırılması ilə bağlı “Cümhuriyət” qəzetində də yazı dərc edilmişdi. Həmin yazıda da xüsusi olaraq vurğulanırdı ki, Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan malların invosyları (mal və məhsulların alınması üçün köçürülən məbləğin bankdan çıxarışı-müəll.) qəbul olunmur və özlərinin qiymət siyasəti ilə yeni invosylar tətbiq edir. Bu da ölkəyə gətirilən mal və məhsulların qiymətinin artmasına və daxili bazarda baha satılmasına səbəb olur.

Bu, həm də komitənin sahibkar və ölkənin vergi sisteminə etimad göstərmədiyinin bariz nümunəsidir. Nəzərə alsaq ki, ölkəyə məhsul gətirən sahibkar həmin malı bazara çıxarır və azad ticarət qaydalarına uyğun olaraq ondan gəlir götürmək istəyir. Vergi Məcəlləsinə görə, hər bir sahibkar gəlir vergisi ödəməlidir. Gömrük Komitəsinin invoys siyasəti isə sahibkarın vergidən yayınmasına zərurət yaradır.

Belə ki, sahibkar 1000 manatlıq məhsul gətirirsə, Gömrük Komitəsi həmin malın dəyərini 2 min manat şəklində qiymətləndirirsə, sahibkar ya məhsulu ən az 3-4 dəfə baha satmalı, ya da vergidən yayınmalıdır. Birinci halda bazarda alıcı qıtlığı ilə üzləşir və gətirdiyi malı sata bilmədiyi üçün dövriyyədəki pulu qazanc gətirmir. İkinci halda isə vergi ödəmədiyi üçün həm cərimə olunur, həm də dövlət büdcəsinə zərər vurur.

Gömrük Komitəsi isə “məndən keçsin, kimə dəyir dəysin” prinsipi ilə işlədiyi üçün yəqin ki, bu kimi amillər Səfər Mehdiyevin komandasını düşündürmür.

Adi vətəndaşlar üçün də gömrük xidmətindən istifadə etmək heç də asan başa gəlmir. Bununla bağlı mütəmadi olaraq şikayətlər yayılır, hətta bir çox hallarda vətəndaşların üzləşdiyi problemlər videogörüntü vasitəsilə təsdiqlənir. Amma komitə fəaliyyətində heç bir redaktə etmir və görünən odur ki, “gömrükdə şəffaflıq” azərbaycanlılar üçün elə arzu olaraq qalacaq. Maraqlıdır ki, gömrük işçiləri ölkəyə əlində hansısa mal-məhsulla girən hər kəsi “alverçi” kimi görür. Bəhanəsi isə odur ki, ölkəyə gətirilən mallar bəyannamədə göstərilmir, gömrük işçilərini aldatmağa çalışırlar. Burada əslində, vətəndaş haqlıdır. Bu məqamda isə gündəmə Gömrük Komitəsinin 15 pilləli rüsum siyasəti gəlir. Qeyd edək ki, hazırda Gömrük Komitəsinin səlahiyyətinə görə gömrükçülər istənilən mala 0-15 faiz aralığında rüsum tətbiq edə bilər. Doğrudur, bu qanunvericiliklə tənzimlənir, amma görünən odur ki, komitə bu məsələdə də tənzimləməyə getmək niyətində deyil. Məsələn, 2 min manatlıq mala görə komitə 0 manat rüsum da tətbiq edə bilər, 300 manat da. Təbii ki, gömrükçülər əsasən ikincidən yararlanır, yəni 15 faiz rüsum tətbiq edirlər.

Beynəlxalq təcrübədə isə gömrük rüsumları 3 pilləlidir. Belə ki, daxili bazarda istehsal malların idxalı zamanı sahibkar 3, əks halda isə gətirilən malın təyinatına uyğun olaraq 1-2 faizli rüsum tətbiq olunur. Strateji məhsullarda isə rüsum ümumiyyətlə alınmır (Bu siyahıda olan mal və məhsullar vəziyyətə uyğun olaraq dəyişir-müəl).

Azərbaycanda da bu sisteminin tətbiq olunması təklif edilir. Belə ki, daxili istehsalı olan məhsullar ölkəyə yüksək, amma istehsalı olmayan, amma isehlakçının tələbatına uyğun olan məhsullar isə aşağı rüsumlar ölkəyə buraxılmalıdır. Bu sistemin tətbiqi həm də daxili bazarda qiymətlərin ciddi şəkildə aşağı çəkilməsinə səbəb ola bilər. Görünən odur ki, Gömrük Komitəsinin rəhbərliyi şikayətlərə əhəmiyyət vermədiyi kimi, təkliflərə də qapalıdır. Belə olmasaydı, gömrüklə bağlı ən yuxarı instansiyalara ünvanlanan və mətbuatda dərc olunan şikayətlərə reaksiya verilərdi.

Xatırladaq ki, bir neçə gün əvvəl "Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 1-ci Vitse-prezident Mehriban Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə Gömrük Komitəsinin özbaşınalığı ilə əlaqədar müraciət edib.

O, komitə sədri Səfər Mehdiyevin və onun baldızının oğlu Rəfail Niftəliyevin özbaşınalıqlarından şikayətlənib, baş verənləri faktlarla açıqlayıb. Lakin görünən odur ki, bu qəbildən şikayətlər Səfər Mehdiyev və ətrafını maraqlandırmır.

Baş verənləri nəzərə alsaq, prosesin gedişatı Dövlət Gömrük Komitəsinin ləğvinə aparır. Qeyd edək ki, artıq bir ildən artıqdır ki, bu qurumun ləğv olunacağı ilə bağlı məsələ müzakirə olunur, ekspertlər bunun doğru qərar olacaını vurğulayır. Dövlət Gömrük Komitəsinin ləğv olunaraq Vegilər Nazirliyinə birləşdiriləcəyi gözlənilir ki, bu da bu sahədəki problemlərin həllinə aparar.
Cebhe.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru