SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Odun sobası tüstüsündə boğulan qazi ailəsi - GİLEY
Tarix: 17-12-2019, 09:59 | Çap et
Odun sobası tüstüsündə boğulan qazi ailəsi
Eybəcər görkəmdəki şəklini gördüyünüz Azərbaycan Tibb Universitetinin 4 saylı bu tələbə yataqxanasında, nə az, nə çox, düz 26 il idi ki, amansız düşmən təcavüzü nəticəsində dədə-baba yurdlarından didərgin düşən 128 məcburi köçkün ailəsi yaşayırdı. Bu ilin aprel ayının 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu yataqxanaya gələndən, buradakı ağır yaşayış şəraiti ilə yaxından tanış olandan sonra, məcburi köçkünlərin bu dözülməz problemləri ilə bağlı verdiyi vədini az keçmiş yerinə yetirdi. Konkret desək, sentyabr ayında bu ailələrin Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərciyə köçürülməsinə ciddi göstəriş və start verildi. Di gəl ki, el arasında "Qaçqınkom" kimi tanınan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki rəhbər kreslo sahibləri, bu vacib göstərişə belə məhəl qoymadan, bu köçürülmə prosesini də, öz istəklərinə və şəxsi maraqlarına uyğun həyata keçirməkdən çəkinmədilər. Bunun ən pis nəticəsi isə, indi, göz qabağındadır: Onların bağışlanmaz günahları ucbatından, altı məcburi köçkün ailəsi, qışın bu soyuq-şaxtasında, hələ də, artıq işığı, qazı və suyu belə tamamilə kəsilən bu yataqxanadakı dağıntılar altında yaşamağa məhkumdurlar. Məhkum edən vəzifə sahiblərinin isə, heç nə veclərinə deyil. Zillət içərisində yaşayan bu ailələrə, araz.az saytının əməkdaşları olaraq, biz də baş çəkdik. Doğrudan da, bu ailələrin mənzillərində gördüklərimiz urək göynədir. Ən dəhşətlisi odur ki, məcburi köçkünlər, paytaxt Bakının mərkəzində soyuqdan donmamaq üçün, ilin-günün bu vaxtında belə, qaldıqları mənzillərində qaldıqları odun sobasının tüstüsündə boğulurlar.
Odun sobası yanındakı foto-şəklini gördüyünüz 72 yaşlı Leyla nənə də, düz 26 ildir ki, bu yataqxanada tək-tənha yaşayır -- demək olar ki, heç kimi yoxdur. Laçın rayonundan məcburi köçkündür. Özünün dediyi kimi:
-- "Qaçqınkom" mənim də "başıma oyun açır". Mənə mənzil verməmək üçün, yüz yalana əl atır. Guya, mən imkanlıyam, hətta mənzil almağa belə gücüm çatar. İndi nə edəcəyimi bilmirəm. Soyuqdan öz mənzilimdə qala bilmirəm. Rövşən qonşum sağ olsun, mənzilinə sığınıb, birtəhər gün keçirə, odun peçinin istisinə sığınırıq. Qazımızı və işığımızı da qəsdən kəsiblər ki, tez buradan çıxaq. Hətta bizi sudan da məhrum ediblər. Buna nə ad vermək olar?! Axı, müsəlman olan heç kəs belə hərəkət etməz...
Fotodakı digər şəxs isə, Leyla nənənin minnətdarlıq etdiyi Rövşən Abbasovdur. ll qrup müharibə əlili olan yaxası medallı bu Qarabağ döyüşçüsü Zəngilan rayonundan məcburi köçkündür. Onlarla bərabər, bu yataqxanada məskunlaşan digər qonşularına artıq yeni şəhərcikdə mənzillər verilib. O isə, 4 nəfər ailə üzvü ilə bərabər, hələ də, yataqxanada qalıb. Ən dəhşətlisi odur ki, qazimizin ailəsi də, yüz gündən çoxdur ki, sökülən və bütün kommunal xidmətləri qəsdən tamamilə dayandırılan bu yataqxanada dağıntılar altında yaşamağa məhkum ediliblər. Bir sözlə, qışın bu yağışlı və şaxtalı günlərində soyuqdan əziyyət çəkən bu ailə də, zillət içərisində yaşayır. "Qaçqınkom" isə, öz bildiyini edir və Birinci vitse-prezidentin ciddi göstərişi ilə, Qarabağ döyüşçüsünə ayrılmalı olan 3 otaqlı mənzili vermək istəmir...
WhatsApp Image 2019-12-16 at 22.32.03.jpeg...Rövşən Abbasovla yataqxananın acınacaqlı durumda olan bütün mərtəbələrini gəzirik. Mərtəbələrin sökülüb, dağıdılmış döşəmələri üstündə yeriməkdə çətinlik çəkirik. Bütün otaqların sınıq-salxaq qapı-pəncərələri pis gündədir, sanki döyüşdən çıxıb. Su xətlərinin və kanalizasiya sistemlərinin tamamilə sıradan çıxması əsl dəhşət yaradıb. Elə, buna görədir ki, buradakı ayaqyollarının hamısı çoxdandır işləmir.
-- İnsanın olduqca ağır belə bir şəraitdə yaşaması tamamilə mümkünsüzdür. Mən, insanların belə əziyyət çəkməsini 1992-ci ildə, Qarabağda ağır döyüşlər gedən vaxtlar görmüşəm. Onda, mən, Milli Ordunun tərkibində vuruşur, 30 nəfərlik kəşfiyyat qrupuna rəhbərlik edirdim. Bu səbəbdən, amansız düşmən tərəfindən qarabağlıların başlarına gətirilən bütün dəhşətlərin şahidi olurdum. Özünüz də görürsünüz ki, indi şahidlik etdiyimiz bu dəhşətlərin, o vaxtkı həmin dəhşətlərdən elə bir fərqi yoxdur. Fərq yalnız ondadır ki, indi, yalnız güllə atılıb, mərmi partladılmır. Bu altı ailə üç aydan çoxdur ki, sanki hansısa ağır durumlu bir döyüş bölgəsinin uçuq-sökük sığınacağında yaşayırlar. Qaz və işığımızı da qəsdən kəsiblər ki, öz istədikləri kimi hərəkət edə bilsinlər. Bu azmış kimi, sudan istifadə etməyimizə belə imkan vermirlər. Bütün bunlar, vur-tut 26 illik ömrü olan bu "Vətəndən" də didərgin düşməyimiz üçündür. Bəs, o biri ailələr hara getsinlər, deyən yoxdur! Bu biabırçılıq, hətta, "Qaçqınkom"un sədrinin də vecinə deyil. Soyuq qış ayında insanı belə bir zülmə salmaq, Allahı olan hansı müsəlmana yaraşar?! Mən tam əminəm ki, Mehriban xanım bu ailələrin belə acınacaqlı vəziyyətləri barədə məlumata malik olsa idi, çoxdan özünün təcili və ciddi tədbirlərini görərdi! -- Qarabağ qazisi yataqxanadakı ağır durumla bizi tanış edə-edə, təəssüf doğuran bu sözləri söyləyir. Onu da bildirir ki, Mehriban xanım Əliyeva aprel ayında bu yataqxanada məskunlaşan məcburi köçkün ailələrinə baş çəkib, onların dərd-sərləri, problemləri ilə maraqlananda, onun həyat yoldaşı və qızıyla da səmimi söhbət edib:
-- Səmimilik o dərəcədə olub ki, ölkənin birinci xanımı, hətta həyat yoldaşımla və qızımla şəkil də çəkdirib. Üstəlik, son vaxtlar həyat yoldaşımı və məni daha da narahat edən vacib bir problemimizi həll etmək üçün, "Qaçqınkom"un sədri Rövşən Rzayevə öz ciddi tapşırıqlarını verib. Di gəl ki, o, bu tapşırığa əməl edib, bizim indi dörd nəfərlik, bu yaxınlarda toyunu edəcəyimiz gəlinimizlə beş nəfərlik olacaq ailəmizə üç otaqlı mənzil vermək istəmir. Elə, hey deyir ki, şəhərcikdə üç otaqlı mənzil yoxdur. Halbuki şəhərcikdəki həmin evdən, məcburi köçkün olmayan ayrı-ayrı adamlara, qanunsuz olaraq, mənzillər verilib. Çoxunu heç tanımırıq da. Bu yolla mənzil alanlar arasında, Azərbaycanın işğala məruz qalmayan sakit bölgələrindən, hətta Gürcüstandan olan və çoxdan Rusiyada məskunlaşıb, bu ölkənin vətəndaşlığını alan soydaşlarımız da var. Bu barədə, əlimizdə, danılması mümkün olmayan çox faktlar var. Elə, götürək, bizim bu yataqxanada son yeddi ayda komendant olmuş Polad müəllimi. Məcburi köçkünlük, ya da qaçqınlıq ağrısı çəkməyib. Paytaxtdakı mülkləri də bir deyil, iki deyil!.. Nə olsun, o da istədiyini alıb. Açıq-aydın görünür ki, pul və tapşırıq gücünə haqqımıza şərik çıxanlar belə bir deyil, beş deyil, on beş deyil...
Onu da, qeyd edim ki, başımıza gətirilən bu biabırçılıqlarla bağlı ölkə rəhbərinə, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə, rayon başçısına, dəfələrlə yazmışam. Rövşən Rzayevin özü ilə bir neçə dəfə görüşüb, etirazımı ona da çatdırmışam. Nə olsun, özünü elə aparır ki, sanki heç kimi saymır. Məcbur olub, ölkə başçısına və Birinci vitse-prezidentə ünvanladığım xeyli sayda müraciətlərimin surətini sədrin özünə də çatdırmışam. Lakin yazdıqlarımın xeyri olmayıb, xeyirli bir cavab almamışam. Xahiş edirəm, şikayət xarakterli həmin müraciətlərimin birini, eləcə də həyat yoldaşımın və qızımın Mehriban xanımla çəkdirdikləri foto-şəkli saytınızda dərc edəsiniz. Bəlkə, bundan sonra, bunların bir xeyrini görək...
...Hələ də bu yataqxanada qalıb, olduqca pis günlərini keçirən digər dörd ailənin üzvləri də, əslən Zəngilandan, Laçından və Cəbrayıldan olan məcburi köçkünlərdir. Üç aydan çoxdur ki, insan həyatı üçün vacib çox şeydən məhrumdurlar. Nə çaylarını qaynada, nə yemək biş-düşü ilə məşğul ola, nə paltar-palazlarını yuya, nə də ki, his-paslarından təmizlənə bilirlər. Daha çox isə, soyuqdan sağlamlıqlarını itirmək təhlükəsi ilə üz-üzədirlər. Onlara mənzil verilməməsinin səbəbi, bu işə məsul vəzifə sahiblərinin ortaya atdıqları ağlagəlməz versiyalarla bağlıdır. Buna etiraz edən həmin məcburi köçkünlərin isə, döymədikləri məmur qapısı qalmayıb. Di gəl ki, onların bu barədə haqlı şikayətlərinə məhəl qoyan tapılmır ki, tapılmır.WhatsApp Image 2019-12-16 at 22.31.23.jpeg
Yurd-yuvalarından didərgin düşən bu talesiz insanların dərd-sər dolu bu problemləri də, mətbuat əməkdaşları olaraq, bizi, olduqca narahat etdi. Hallarına acıdığımız bu talesizlərə kömək üçün başqa imkanımız olmadığından, "Məcburi köçkünlərə dəstək olaq!" -- deyib, bu çağırışımızı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə də çatdırmağı lazım bildik. Axı, darda qalan və olduqca çətin günlərini yaşayan bu çarəsizlərin taleləri ilə maraqlanmaq, vəzifəsindən asılı olmayaraq, hər kəsin vicdan borcu olmalıdır. Bu, həm də, Ulu Tanrı buyruğudur!

REDAKSİYADAN:

Qarabağ qazisi Rövşən Abbasovun özünün xahişi, eləcə də bizdən ona dəstək məqsədi ilə, başına gətirilənlər barədə, onun ölkə başçısına və Birinci vitse-prezidentə ünvanladığı şikayət xarakterli bir müraciətini nöqtəsinə, vergülünə toxunmadan araz.az saytında dərc etməyi vacib bildik:

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

Sürəti: Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə

Zəngilan rayonunun Üzümçülər qəsəbəsindən məcburi köçkün, ikinci qrup müharibə əlili Rövşən Məmmədqulu oğlu Abbasov tərəfindən

MÜRACİƏT

Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!
İnsanlara qarşı hərtərəfli qayğınızı və doğma Vətəndə gedən böyük islahatları gözümüzün önündə canlandıranda, görürük ki, harada yaşamalarına baxmayaraq, bütün azərbaycanlıların dərd-sərləri ilə maraqlanan rəhbər kimi, daim onların yanındasınız. Məhz buna görədir ki, erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşən, ayrı-ayrı yerlərdə məskunlaşıb, ağır şəraitdə fəaliyyət göstərən məcburi köçkünlər də, üzləşdikləri çətin problemlərinin aradan qaldırılmasında onlara kömək üçün, öncə, Sizə müraciət etməyi lazım bilirlər. Zəngilan rayonundan məcburi köçkün olan, Qarabağ müharibəsində kəşfiyyat qrupuna rəhbərlik edib, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirərkən müxtəlif dərəcəli bədən xəsarətləri alan, bütün bunlara görə müxtəlif döyüş mükafatlarına, orden və medallara layiq görülən ikinci qrup müharibə əlili kimi, mən də, arzuolunmaz bir problemimlə bağlı, Sizə müraciət etməyi vacib bildim. Çünki 4 nəfər ailə üzvümlə bərabər, 26 ildir məskunlaşdığımız Azərbaycan Tibb Universitetinin 4 saylı yataqxanasında üzləşdiyimiz həmin problemimizin həlli müşkülə çevrilib.
Ümumiyyətlə, qeyd etdiyim müddət ərzində bu yataqxanada 128 məcburi köçkün ailəsi də yaşayıb. Bu ilin sebtyabr ayında isə, onlar, Sizin təşəbbüsünüzlə Qobu qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərciyə köçürülüblər. Biz isə, indiyədək, sökülüb, dağılmaqda olan bu yataqxanada yaşamağa məcbur olmuşuq; Konkret desək, aidiyyatı dövlət qurumlarının rəhbərlərinin təqsirləri ucbatından, 45 yaşlı Qarabağ qazisi, müharibə əlili olaraq, ailə üzvlərimlə birlikdə bu taleni yaşamağa məhkum edilmişik. Doğrudan da, qışın soyuq-şaxtasında işıq, su və qaz xətləri tamamilə kəsilən bu yataqxanadakı dağıntılar altında kritik vəziyyətdə, zillət içərisində yaşamaq, düşmən əsirliyində ömür sürməkdən betərdir. Demək olar ki, bir-birindən heç nə ilə fərqlənmir və öz görüntüləriylə ürək göynədir. Lakin bu biabırçı mənzərələr aidiyyatı dövlət qurumlarının, eləcə də, məsuliyyət tələb edən bu işə birbaşa cavabdehlik daşıyan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərlərinin veclərinə də deyil. Hətta, daş ürəkli bu kreslo sahibləri, Qarabağ döyüşçüsü olsam da, ölkənin Birinci vitse-prezidentinin göstərişi ilə ailəmizə ayrılan 3 otaqlı mənzili bizə verməkdə belə insafsızlıq edirlər. Nəticədə, mənzil problemimiz ucbatından, illərdir, bizim ailə üçün müşkül məsələyə çevrilən nişanlı oğul toyunu etməyimiz mümkün görünmür.
Bir daha bildirmək istəyirəm ki, bizim ailənin ev məsələsi ilə bağlı, köçürülmədən öncə Mehriban xanım Əliyevanın özünün birbaşa verdiyi göstərişləri, nə komitə sədri Rövşən Rzayev, nə onun müavini Eldar Zeynalov, nə də digər aidiyyatı dövlət qurumlarının rəhbərləri yerinə yetirmək istəmirlər. Dəfələrlə onlara yazılı və şifahi şəkildə də bildirmişəm ki, bizim ailənin mənzil probleminin yoluna qoyulmasını, Mehriban xanım Əliyeva birbaşa Rövşən Rzayeva tapşırıb. Lakin bu dediklərim belə, komitə sədri qarışıq, digər vəzifə sahiblərini də narahat etməyib. Üstəlik, mənim narahatlığımdan irəli gələn suallarıma onlardan qəribə cavablar almışam. Hətta qorxub-cəkinmədən belə də deyiblər ki, Mehriban xanım gəlib, bu deyilənləri sübut etsin.
Açıq-aşkar görünür ki, hal-hazırda yeni evimizə köçməkdə biz məcburi köçkün ailələrinə əngəl olanlar rahat kreslo sahibləridir. Bu səbəbdən, çox ağır, acınacaqlı və dözülməz həyat şəraitində günlər keçiririk. Hara yazmağımıza baxmayaraq, dərdimizə əlac edən, problemimizi yoluna qoyan tapılmır. Beləcə, Nazirlər Kabinetinin 1917-ci ildə qəbul etdiyi 65 saylı qərardan sui-istifadə edən həmin məmurlar agır durumda yaşayan məcburi köçkünlərin haqqına girməkdən belə çəkinmirlər. Onlar, hətta bizim üçün tikdirdiyiniz bu evlərdəki xeyli mənzili, məcburi köçkünlüyə heç bir aidiyyatı olmayan ailələrə satıblar. Bu barədə, cox ciddi və danılması mümkün olmayan xeyli fakt da bilirik. Di gəl ki, bütün bunlar barədə yazdıqlarımıza məhəl qoyan tapılmır.
Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!
Tam əminəm ki, bu xoşagəlməzliklər barədə ətraflı məlumatınız olsaydı, bunun qarşısını almaq üçün, Sız, indiyədək cox ciddi tədbirlərinizi görərdiniz. Xahiş edirəm, məcburi köçkün ailələrinə qarşı törədilən belə haqsızlıqların aradan qaldırılmasına ciddi göstərişlərinizi verəsiniz! Qarabağ qazilərinə və məcburi köçkünlərə daim dəstək olduğunuz üçün, bir daha, Sizə, öz dərin minnətdarlığımı da çatdırıram!

Dərin hörmət və səmimiyyətlə, Rövşən Abbasov.

Bakı şəhəri.
11.12.2019-cu il.
//araz.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru