"Uşaqları məktəbə göndərməyə də gücumuz çatmır..." - GİLEY
Tarix: 5-02-2020, 09:56 | Çap et
 Kürdəmirin Xırdapay kəndinin bir-birindən fərqlənməyən, “əldən düşmüş” evlərinin sırasında bir həyətə daxil oluruq. Qarşımıza çıxan ağsaçlı qadının sonradan cəmi 35 yaşı olduğunu öyrənirik.
Qayğılar Günel Süleymanovanın belini büküb. Çox danışmaq istəmir, sanki nədənsə çəkinir. Altı uşağı olduğunu utana-utana deyir. Uşaqlara görə ailəyə cəmi 330 manat gəlir, bunun da 260-nı kredit borcunu ödəməyə xərcləyirlər. Günel çox pis yaşadıqlarını deyir. Həyat yoldaşı heç bir yerdə işləmir, hərdən fəhləlik edir. Böyük oğlu 10-cu sinifdə oxumalıdır, amma imkansızlıqdan üç ildir məktəbə getmir. Qadının nə danışmasından asılı olmayaraq, ilk təəssürat ailənin böyük çətinliklərindən xəbər verir. Ananın danışdıqlarına diqqətlə qulaq asan uşaqların geyimi çox nimdaşdır. Evə daxil olmuruq, amma buranın çox şəraitsiz olduğunu sezmək elə də çətin deyil. Günel az danışır. Uzun təkiddən sonra, nəhayət, səbəbini öyrənirik. Ehtiyat edir ki, bizə problemləri danışması həyat yoldaşının acığına gələr. Elə-hey deyir ki, “özü gəlsəydi, lap əla olardı”. Çox çətinliklə fotosunu çəkməyə razı sala bilirik. İndi qalır həyətdə Günelin həyat yoldaşını gözləmək...
Qabil Süleymanov söhbətləşməyə heç bir etiraz etmir. İşsiz olduğundan, evə adicə çörək almağın çətinliklərindən danışır: “Bu dəqiqə fəhləlikdən gəlirəm. Gözləyirəm ki, kimsə zəng vuracaq, iş olacaq. “Voyenkomat”ın yanında fəhlə bazarı var. Nə qədər adam çıxır ora. Hamısı məcburdu. İnanın, dörd gündü heç iş yox idi. Bəzən 10-15 gün iş olmur. Camaatda pul da yoxdu”.
Qabil danışır ki, bəzən zibil yığmağa da gedir. Yəni hər cür işə razılaşır ki, təki evə pul apara bilsin. Anası pensiyasından onlara kömək edir, amma ailənin minimum xərclərinin öhdəsindən gəlmək mümkün deyil: “Anam özü də xəstədi. 70 yaşı var, indi onun özünə qulluq lazımdır”.
Qabil həyat yoldaşının danışdıqlarını təsdiqləyir. Krediti ev şəraitini yaxşılaşdırmaq üçün götürüblər. Çünki evin düz-əməlli döşəməsi də yoxdur: “Uşaqları məktəbə göndərməyə də gücumuz çatmır. Ona görə də oğlum daha gedə bilmədi. O biri uşaqların məktəb ləvazimatını axırıncı dəfə məscid vermişdi. Çox pis dolanırıq. Nəyə istəyirsiz and içim, ət yediyim yadıma gəlmir. Kimdənsə ummaq da olmur. Qohum-əqrəbanın da vəziyyəti pisdi”.
Qabil dərdlərini deyə biləcəkləri hər yerə üz tutduğunu söyləyir. Hətta bir dəfə televiziya verilişinə də çıxmağa cəhd göstərib. Dövlət orqanlarından isə laqeydlik görüb. Qabilin dediyinə görə, kəndə suyu camaat pulla çəkdirib, imkansızlıqdan onun ailəsi kənarda qalıb. İndi su maşınlarına pul ödəyib problemi həll etməyə çalışırlar.
“Bir adam gəlib soruşmur ki, necə dolanırsız, bəlkə acından ölürsüz? Baxın, neçə yaşım var, başqasının paltarlarını geyinirəm. Adicə çimmək üçün nə qədər zülm çəkirik. Qaza 400 manat borcum yaranıb. Keçən ay kəsirdilər. 20 manat ödədim, yazıqları gəldi. Yoxsa uşaqlar soyuqdan qırılardı”, - Qabil Süleymanov danışır.
Ailənin əsas istəyi sosial yardım almaqdır. Bunun üçün çox çalışıblar, həmişə rədd cavabı alıblar.
“Elə adamlar sosial yardım alır ki, “X6” sürür, həyətində 100 qoyunu var. Necə olur ki, onlara yardım düşür, amma mənim bu vəziyyətdə olan ailəmə düşmür? Kimin pulu varsa, ona da yardım verirlər”, - Qabil vəziyyəti belə izah edir.
Ata çox şey danışır. Deyir ki, evə daha çox çörək almağa çalışır ki, heç olmasa, uşaqlar qarnını bununla doyursun...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|