SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin... - açıq qalan sual var
Tarix: 8-04-2020, 17:30 | Çap et
Vüqar Səfərli vəzifədən uzaqlaşdırıldı, lakin...
Bir vaxtlar Prezident Administrasiyasının qüdrətli şöbə müdiri olmuş Əli Həsənovun vəzifəsindən azad olunmasından sonra əksər media qurumları rahat nəfəs aldı. Ölkə rəhbərliyi ətrafında virtual bir dünya yaradaraq mediaya nəzarət edən bu adamın gedişi KİV-lərdə təskinlik yaratdı. Əlbəttə, hamı başa düşürdü ki, inzibati resurslardan, müxtəlif “cib” jurnalist təşkilatlarından, təzyiq, hədə-qorxu və şantajdan istifadə edərək ölkə mətbuatının 90 faizini özünə tabe etdirməyi bacaran Əli Həsənovun gerçək həyatı göründüyündən xeyli uzaqdır.

Başdan ayağa tərif jurnalistikası formalaşdıran, əhalinin hökuməti tam dəstəklədiyi görüntüsü yaradan bu şəxsin məqsədi, təbii ki, dövlətin maraqlarına xidmət deyildi. Bəlkə savadı çatmadı, bəlkə dünyagörüşü, fakt odur ki, bu gedişatın hakimiyyətə də xələl gətirdiyini başa düşmədi. Çünki narazılıq yaratmamalı, əhali arasında mənfi enerji yığılmasına imkan verməməli idi. Bu enerjinin kiçik, amma yenə də çıxmaq üçün bir yeri olmalı idi.

Lakin Həsənov narazı vətəndaşların yığılmış mənfi enerjisinin çıxdığı son "pəncərənin" bağlanmasına nail oldu - əleyhinə olan və virtual aləmdə oyunçu olmaq istəməyən bütün media qurumlarını bağlatdırdı. Bu məsələdə ona nəinki öz şöbəsinin işçiləri tərəfindən dəstək verildi, eyni zamanda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF), Mətbuat Şurası (MŞ) və Milli Televiziya və Radio Şurası (MTRŞ) kimi qurumları da öz məqsədlərini xidmət etdirməyi bacardı.
Əli Həsənov vəzifəsindən azad edildi - SƏRƏNCAM
Əli Həsənovun şöbəsi ləğv olunduqdan sonra hamı, hətta nəzarətindəki hər kəs “oyuncaq evin” çox davam etməyəcəyini başa düşdü. Təsadüfi deyil ki, Həsənovun gedişindən dərhal sonra KİVDF keçmiş şöbə müdirinin həyat yoldaşı Sona Vəliyevanın təsis etdiyi “Kaspi” və “Kaspiy” qəzetlərini maliyyə dəstəyindən məhrum etdi. Ancaq hamısı nəticəsiz olaraq qalır.

Aprelin 4-də Azərbaycan Prezidenti KİV-lərin canlanmasına xidmət edəcək bir sərəncam verdi - Əli Həsənovun əlaltısı olmuş, KİVDF rəhbəri Vüqar Səfərlini işdən çıxardı. Müstəqil media və jurnalistlər Əli Həsənovun sevimlisi və medianın inkişafı üçün ayrılan vəsaitin istədiyi şəkildə bölüşdürən və xərcləyən Səfərli haqqında dəfələrlə yazıblar.

Xatırladaq ki, 22 iyun 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün KİVDF-ə 1 milyon manat ayırdı. Eyni zamanda, bir sıra KİV rəhbərləri Fondun rəhbərliyini bu vəsaiti “uyğunlaşdırmaq” və təşkilatın büdcəsindəki kəsiri örtmək üçün yönəltmək istəməkdə ittiham etdilər. Amma KİVDF-in icraçı direktoru Vüqar Səfərli məqalələrin yazılması və konsepsiyaların hazırlanması üçün pul ayrılacağına söz verdi. Altı aydan sonra, 26 dekabr 2019-cu ildə Vüqar Səfərli AYNA-ya açıqlamasında dedi ki, “Redaksiyalar ilin sonuna qədər pul alacaqlar”.

Bəs, cənab Səfərli vəd verdiyi kimi həmin vəsaiti redaksiyalara ayırdımı? Məsələyə AYNA tutmağa çalışdıq.

KİVDF-in saytında dərc olunan məlumata görə, Azərbaycanda nəşr olunan və dövlət yardımı almaq hüququ olan qəzetlər üç kateqoriyaya bölünür: I kateqoriyaya gündəlik nəşr olunan qəzetlər daxildir. II-yə həftədə bir neçə dəfə çap olunan nəşrlər. III kateqoriya isə həftədə bir dəfə nəşr olunanlar. I kateqoriyaya 7 qəzet, II kateqoriyaya 13, III kateqoriyaya 5 KİV orqanı daxildir (kivdf.gov.az/news/events/457.html).

I kateqoriyadan olan "Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, ötən ilin sonunda onlar KİVDF-dən 17 min manat alıblar: "I kateqoriyaya daxil olan digər redaksiyalar da eyni miqdarda vəsait alıblar".
Vüqar Səfərli: Azərbaycan mediasının inkişafı dövlətimizin daim ...
“525-ci qəzet”in təsisçisi və baş redaktoru Rəşad Məcid sualımıza belə cavab verdi: “Fondun siyahısında qəzetimiz II kateqoriyaya daxil edilmişdi. Bu kateqoriyaya daxil olan qəzetlər, ötən ilin sonunda KİVDF-dən 12 min manat vəsait aldı”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal: “Qəzetimiz Fondun siyahısında III kateqoriyadadır. Bu kateqoriyaya daxil olan KİV-lər dövlət başçısının ayrıdığı vəsaitdən heç bir pul almayıb”.

7-ni 17 min manata vursan, 119 min manat alınır. 13-ü 12 min manata vursan, 156 min manat alınır. Beləliklə, KİVDF-in qəzetlərin maliyyələşdirilməsinə cəmi 275 min manat xərclədiyi məlum olur. Qalan 725.000 manat hara gedib? Və bu, "medianın inkişafına xərclənən" yalnız son səngərin qaranlıq taleyidir. Hələ çoxları var.

“Fəaliyyət göstərdiyi müddətdə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu dövlətdən 40 milyon manata yaxın pul alıb. Bu pulun nəyə xərcləndiyi hələ məlum deyil. Çünki Fondun mövcud olduğu bütün dövr ərzində ölkədə müasir standartlara cavab verən heç bir mətbəə yaradılmadı. Medianın üzləşdiyi aktual problemləri həll etmək əvəzinə, Fond heç bir ictimai əhəmiyyət daşımayan qəzetləri maliyyələşdirirdi”, - deyə tanınmış media eksperti Qulu Məhərrəmli AYNA-ya şərhində bildirdi.

Yenə qayıdırıq 725 min manatın hara xərclənməsi məsələsinə. Suala cavab tapmaq məqsədilə V.Səfərlinin özü ilə əlaqə saxladıq. "Bu vəsait KİV-lərə dəstək üçün xərcləndi", - deyə o, cavab verdi.

Səfərlinin cavabı isı daha çox sual doğurur. “Mediaya dəstək” onun anlayışında nə deməkdir? Bu yardım nəyə xərcləndi? Və ən başlıcası: onu vəzifədən uzaqlaşdırdılar, Azərbaycan mediasının reanimasiyadan çıxacağına ümid yarandı, Vısotskinin sözləri ilə desək, “Zinin pulları haradadır?” Axı, bu, yalnız son səngərlə bağlı deyil. Söhbət milyonlarla dövlət vəsaitindən gedir. Bir nəfərin işdən azad olunması ilə iş bitməməlidir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru