SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

KTN-də qanunlardan da üstün olan nədir? - ŞİKAYƏT VAR
Tarix: 2-11-2016, 09:52 | Çap et
KTN-də qanunlardan da üstün olan nədir?
"Hörmətli redaksiya!

Xahiş edirəm ki, kütləvi informasiya vasitəsi olaraq müraciətimdə qeyd edilən məsələni işıqlandırasınız.

Mən Əsədov Anar Əsədulla oğlu Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqədə uğurla iştirak edərək Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçmişəm. 16 iyul 2016-cı il tarixində mən bütün namizədlərlə birgə nazirlə görüşdə iştirak etdim və həmin görüşdə nazir şəxsən mənimlə söhbəti zamanı 2-ci dərəcəli dövlət qulluqçusu olmağımı, əvvəllər hüquq ixtisası üzrə digər dövlət orqanlarında işləməyimi əsas götürərək barəmdə müsbət fikir söylədi və bildirdi ki, 2 həftə işə gəl və sonra əmrin veriləcək.

Bildirirəm ki, həmin müddət ərzində nazirliyin hüquq şöbəsinin müdiri Xudayət Həsənlinin verdiyi bütün tapşırıqları tam şəkildə yerinə yetirdim. Lakin Xudayət müəllim elə ilk günlərdən hüquqi biliyimi, iş bacarığımı yoxlayıb qiymət vermədən mənə bir neçə dəfə bildirdi ki, sənin imtahanla keçdiyin baş məsləhətçi vəzifəsi tutulub, yəni həmin vəzifədə imtahandan kənar müqavilə ilə işçi işləyir, bu səbəbdən də sən heç bir işlə təmin edilməyəcəksən. Mən ondan soruşanda ki, ştat üzrə baş məsləhətçi vəzifəsi vakantdır və həmin vəzifə müsabiqəyə çıxarılıb, nə üçün həmin yerə dövlət qulluğu yolu ilə imtahandan keçdiyim halda mən yox, hansısa qeyi-qanuni yollarla: tanışılıqla, yaxud tapşırıqla həmin vəzifəyə işçi təyin olunub və həmin şəxs qanunsuz olaraq əmək müqaviləsi üzrə həmin vəzifədə işləyir. Şöbə müdiri isə mənə bunun sənə aiddiyyatı yoxdur, istəyərəm həmin vəzifəni sataram, istəyərəm vakant saxlayaram, özüm bilərəm, necə istəyirəm elə də edirəm cavabını verdi. Maraqlısı budur ki, bütün bu qanunsuzluğu Hüquq şöbəsinin müdiri nazirdən xəbərsiz həyata keçirir.

Halbuki, qanunvericilikdə mərkəzi icra hakimiyyəti orqanlarında 5-ci -7-ci təsnifatlar üzrə dövlət qulluğu vəzifələrinin tutulmasının yeganə yolu kimi DQMK tərəfindən keçirilən 2 mərhələli müsabiqədən uğurla keçərək müvafiq inzibati vəzifəyə təyin olunmaq qaydası təsbit edilmişdir.

Belə ki, şöbədə işlədiyim 2 həftə müddətində vətəndaşların işlə təmin olunmağla bağlı nazirliyə müraciətlərinə verilən cavablarda da dövlət qulluğu haqqında qanuna istinad edərək onlara bildirilirdi ki, yalnız Komissiya tərəfindən keçirilən müsabiqədən keçdikdən sonra müvafiq işlə təmin oluna bilərsiniz.

“Dövlət Qulluğu” haqqında qanuna əsasən birmənalı olaraq müvafiq vakant vəzifəyə müsabiqədən uğurla keçən namizəd təyin edilməlidir. Əgər həmin vəzifədə əmək müqaviləsi ilə işləyən işçi çalışırsa onunla müqaviləyə xitam verilməli və həmin vəzifəyə Komissiya tərəfindən göndərilən namizəd təyin edilməlidir. Qanun dövlət qulluğu vəzifələrinin müsabiqədən kənar, əmək müqaviləsi ilə tutulmasını birmənalı olaraq qadağan edir.

Nəzərinizə çatdırıram ki, 2 həftə hüquq şöbəsində işlədikdən sonra əmrim verilmədi, həmçinin baş məsləhətçi vəzifəsinə təyin edilməkdən imtina barədə də nazirlik tərəfindən nə mənə, nə də DQMK-ya heç bir rəsmi sənəd verilmədi. Məsələni belə görüb dərhal cənab Prezidentin saytına elektron ərizə ilə müraciət etdim və həmin ərizə araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərildi. Nazirlikdən isə ərizəyə əsassız və formal bir cavab yazdılar ki, həmin cavabdan da heç nə başa düşmək olmur. Daha sonra avqust ayının axırında Prezident Administrasiyasının Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun qəbulunda oldum və O da mənə bildirdi ki, sən birmənalı olaraq həmin vəzifəyə təyin olunmalısan. Həmçinin mənimlə söhbət zamanı nazirliyin bu məsələdə açıq-aşkar özbaşınalıq və qanunsuzluq etdiyini dedi və məsələni nəzarətə götürərək araşdıracağını bildirdi. Əlavə olaraq mənə nazirin və DQMK sədrinin qəbuluna düşməyi tövsiyyə etdi. Sentyabr ayının 6-da DQMK sədri Bəhram Xəlilovun qəbulunda oldum. Sədr də mənə həmin vəzifəyə təyin olunmamağın üçün hər hansı əsasın olmadığını və bu səbəbdən də qanunun tələbinə əsasən nazirlik tərəfindən baş məsləhətçi vəzifəsinə dərhal təyin olunmalı olduğumu bildirdi.

Bir neçə dəfə Kənd Təsərrüfatı Nazirinin qəbuluna yazılsam da, hər dəfə Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənli və nazirliyin digər vəzifəli şəxsləri tərəfindən öz qanunsuz əməllərinin gizlədilməsi məqsədilə süni şəkildə maneələr yaradaraq nazirlə görüşməyimə imkan vermirlər. Sentyabr ayında bildirdilər ki, nazir məzuniyyətdədir qəbul olmayacaq, oktyabr ayının 11-dəki qəbulda isə yenə nazir tərəfindən qəbul olunmağıma imkan vermədilər və yalnız hüquq şöbəsinin müdiri tərəfindən qəbul edildim. Qəbul zamanı qanunun mənim tərəfimdə olduğunu və vəzifəyə təyin olunmalı olduğumu şöbə müdirinin nəzərinə çatdırsam da, şöbə müdiri dövlət məmuruna yaraşmayan tərzdə, kobud şəkildə mənə bildirdi ki, boş yerimiz yoxdur, həmin vəzifə tutulub, satmışam, get hara şikayət edirsən elə, nə imtahan onlar formal xarakterli şeylərdir, nə qədər mən burdayam sən nazirlikdə heç bir vəzifəyə təyin olunmayacaqsan. Mənə qarşı olan bu kobud davranışa baxmayaraq, dünyagörüşümə, mədəniyyətimə və tərbiyəmə görə şöbə müdirinə heç bir söz demədən nazirliyin binasını tərk etdim.

Əlavə olaraq bildirirəm ki, 27 yaşım var, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi, Əmlak Məsələləri Dövlət Komitəsində hüquqşünas, Reyestr Xidmətində hüquq məsləhətçisi vəzifələrində işləmişəm, 2-ci dərəcəli dövlət qulluqçusuyam, 2015-ci il deputatlığa namizəd olmuşam və hal-hazırda da nümayəndəlik fəaliyyəti ilə məşğulam.

Sizdən bu məsələnin ona görə işıqlandırılmasını xahiş edirəm ki, qoy görsünlər ki, ölkədə kiçik məmurlar heç kimdən qorxmayaraq, qanunları tapdalayaraq, nə istəyirlərsə onu da edirlər. Nəticədə isə bizim kimi gənclər kənarda qalır. Təsəvvür edin imtahan verib işə keçirsən, yüksək vəzifəli şəxslər sənin həmin işə təyin olunmalı olduğunu bildirsələrdə, nəticədə heç bir işlə təmin edilmirsən. Bax məsələnin əsl, gerçək üzü, mahiyyəti budur.

A.Ə.Əsədov








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru