Milyonlar necə həzm-rabedən keçirilib... - ŞOK FAKTLAR
Tarix: 3-11-2016, 09:58 | Çap et
 Ötən ilin yayından başlayaraq nəqliyyat naziri Ziya Məmmədovun karyerası eniş xəttinə daxil olub.
Doğrudur, cənab Məmmədov hələ də nazir olaraq qalır. Ancaq onun başçılıq etdiyi Nəqliyyat Nazirliyini indi hətta Bakı Nəqliyyat Agentliyi ilə belə müqayisə etmək mümkün deyil. Onun üçün itgiləri isə yalnız Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin azaldılmasından ibarət deyil. Bir zamanlar ölkənin beş ən böyük təsir imkanına malik oliqarx-məmurundan biri hesab olunan Ziya Məmmədov həm də ən böyük maliyyə gücünə malik beş kişidən biri sayılırdı. Vaxtı ilə... ötən ilin yayından başlayaraq başçılıq etdiyi nazirlik kimi onun ailə biznesi də sürətlə tənəzzül etməkdədir. Günəşin isti şüaları altında buzlar əridiyi kimi.
İnternet axtarış sistemlərində “Ziya Məmmədovun daha bir şirkəti ləğv olundu” başlıqlı axtarış versəniz, nəqliyyat nazirinin biznes imperiyasının necə çökdürlüməsinin xronikası ilə üzləşəcəksiniz. Ancaq bütün bunlara baxmayaraq Ziya Məmmədovun müflisləşdiyini də iddia etmək mümkün deyil. Unutmayaq ki, onun ailə biznes imperiyasının ancaq Azərbaycandakı hissəsi çökür. İllər öncə Avropa və Asiyada yaradılan biznes strukturları Ziya Məmmədovun ailə biznesinin görünməyən, bilinməyən hissəsidir. Əslində, bu vəziyyəti aysberqin görünən və görünməyən tərəfləri kimi də düşünmək olar. Aysberqin görünməyən tərəfi görünən üzündən böyük olduğu kimi, Ziya Məmmədovun ailə biznesinə daxil olan əcnəbi ölkələrdəki şirkətlər də Azərbaycandakı ilə müqayisədə dəfələrlə böyükdür.
DİA.AZ bildirir ki, bu haqda xeberinfo.com-a daxil olmuş məlumatlarda bəhs olunur. Bu sırada isə Asiyadakı biznes strukturlar daha çox diqqəti cəlb edir... Bunun da səbəbi aydındır: Avropada qanunlar sərt olduğu və mənbəyi məlum olmayan kapitala qarşı mübarizə aparıldığı üçün Asiya ölkələrindəki biznesə daha çox önəm verilib. Məsələn, Türkiyədə yaradılan “Euroasiya Constraction İnşaat Sənaye və Ticarət anonim şirkəti", "Avrasiya İnvestisiya İnşaat Sənaye və Ticarət anonim şirkəti" belələrindəndir. Əlbətdə ki, ofşor zonalar da unudulmayıb və Virgin adalarında “Trans-European Leasing Group Ltd” və “Montgomery Industries Ltd” adlı iki şirkət qurulub. Nazir oğlu-Anar Məmmədovun vaxtının çox hissəsini keçirdiyi İngiltərədə isə “Brookwood International Limited” adlı şirkət yaradılıb.
Ziya Məmmədovun ailə biznesinə daxil olan ən böyük şirkətlərdən biri isə Birləşmiş Ərəb Əmirliyində yaradılan “ZQAN Holdings Limited” Şirkətidir.
Etibarlı mənbənin verdiyi məlumata görə, məhz bu şirkət vasitəsilə əsas maliyyə əməliyyatları aparılıb. Belə ki, “ZQAN Holdings Limited” Şirkəti Azərbaycanda “Real Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib. Guya bu şirkət şüşə fasada malik binların şüşələrinin təmizlənməsi üzrə ixtisaslaşıb. Sadəcə təmizlik xidmətləri göstərən bir şirkətin yaradılması üçün Birləşmiş Ərəb Əmirliyində yaradılmış şirkətin təsisçi kimi çıxş etməsi sözsüz ki, təəccübə səbəb olur. Mənbəmiz də diqqəti bu məqama çəkir və bu şəbəkə vasitəsilə böyük maliyyə əməliyyatları aparıldığını iddia edir. Ziya Məmmədovun ailə biznesinə daxil olan əksər şirkətlər kimi “Real Təmizlik” MMC-də Nəsimi rayonu, Kaveriçkin küçəsi ev 13, mənzil 4-də qeydiyyatdadır. İlk vaxtlar bu şirkətə Xəyal Rəhimov rəhbərlik edib. Sonradan Ziya Məmmədovla Arif Əsgərovun arasında münasibətlərin soyuması “Real Təmizlik” MMC-dən də yan keçməyib və Xəyal Rəhimov Şaiq Məmmədov adlı şəxslə əvəzlənib. Səbəb isə Xəyal Rəhimovun Arif Əsgərovun oğlu Elnar Əsgərovun dostu olmasıdır.
Əvvələr “Real Təmizlik” MMC-i məhz bu iki şəxs tərəfindən idarə olunub. Məlumata görə Xəyal Rəhimov Ziya Məmmədovun və Arif Əsgərovun biznesi haqqında ən məlumatlı azsaylı şəxslərdən biri və bəlkə də birincisidir. “Əgər bu şəxs danışsa, çox gizlinlərin üstü açıla bilər”-deyə mənbə iddia edir. Bu iddianın arxasında həqiqətin dayanıb-dayanmadığını aşkara çıxarmaq isə aidiyyatı dövlət qurumların üzərinə düşür...
Yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|