Lerikin icra başçısı çoban xanışın oğlunun pay torpağını əlindən aldı - FOTOLAR
Tarix: 9-12-2016, 12:05 | Çap et
 Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov sakinə məxsus torpaq sahəsini qanunsuz olaraq ələ keçirib. Bu barədə BakiPost.az-a torpağı əlindən alınan Lerik rayon sakini Eldəniz Quliyev şikayətində bildirib. Onun sözlərinə görə, başçı onun torpağını məcburi şəkildə özəlləşdirib və satıb: “Rövşən Bağırov mənə məxsus 60 sot torpaq sahəsini zorla əlimdəm alaraq “Azərenerji” ASC-yə satıb. Ailəmin dolanışığı üçün nəzərdə tutulan əkin yeri ağır texniklarla məhv edilib. Həmin yerdə “Azərenerji” ASC-yə məxsus binanın tikintisinə şərait yaradılıb. Bu barədə məhkəməyə müraciət etmişəm. Amma “bu, bizim gücümüz çatan iş deyil, rayon rəhbərinin səlahiyyətində olan məsələdir” deyərək şikayəti qeydiyyata almaqdan boyun qaçırıblar. Digər qurumlar da Rövşən Bağırovun qorxusundan məni dinləməkdən imtina edirlər”.
Rayon sakini artıq intihar həddində olduğunu deyir: “1996-ci ildə pay torpağı kimi ayrılan ərazi 2005- ci ildə qanuna uyğun olaraq adıma sənədləşdirilib. Amma sonradan dedilər ki, Prezidentin sərəncamına uyğun olaraq, bu torpaqlar “Azərenerji”yə verilməlidir. Amma beə bir sərəncamın nə vaxt verildiyini bizə demədilər, göstərmədilər. İcra başçısı dövlət başçısının adından istifadə edərək camaatı incidir, öz şəxsi büdcəsini genişləndirir. Rövşən Bağırov vətəndaşları nə qədər incitsə də, adı bir çox qalmaqallarda hallansa da hər zaman özünü müdafiə etməyi bacarır. Haqq-ədalət bərpa olunmayacağl, torpaq sahəmin mənə qaytarılmayacağı təqdirdə özümü və ailə üzvlərimi yandıracağam”. Şikayətçi rayondakı sosial problemlərə də toxunub: “Əsasən də işsizlik səbəbindən əhali rayonu tərk edir. Demək olar ki, hazırda rayon boşalıb. Regionların sosial- iqtisadi inkişafı ilə əlaqədar olan dövlət proqramlarının nəticələri də Lerikdə qətiyyən hiss olunmur. Hətta Lerik rayon İcra Hakimiyyətinin yaydığı rəsmi məlumatlarda bu, öz əksini tapıb. Həmçinin rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov başda olmaqla digər məmurların özbaşınalığı da rayonda sosial problemləri bir qədər də ağırlaşdırıb”. Məsələ ilə bağlı açıqlama verən Lerik rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın dedikləri isə kifayət qədər maraqlı və ziddiyyətlidir. O bildirib ki, Eldəniz Quliyev torpağını öz xoşu ilə verib: “Vətəndaş çox şey deyə bilər. Eldəniz çoxdandır, bu səpkidə müraciətlər edir. Amma ona icra hakimiyyəti tərəfindən yetərli cavab verilib. Bu məsələ uzun müddət araşdırılıb. Eldənizin özü yaxşı bilir ki, ona nə cavab verilib. Əgər Eldəniz özü dövlət tikintisinə görə öz torpağını könüllü verməsə, onun ərazisini kimsə nə zəbt edə, nə də əlindən ala bilər. Xüsusilə də dövlət orqanları bunu edə bilməz. Öz istəyi ilə torpağı verməsə, ərazi əlindən alına bilməz. Ümumiyyətlə, onun torpağının güclə alınması faktı yoxdur. Yenə də bu məsələ araşdırıla bilər. Çünki bu məsələ yeni bir şey deyil. Eldənizin özü də məsələnin nə yerdə olduğunu çox yaxşı bilir. İndi niyə yenidən hansı məqsədlə müraciət etdiyini deyə bilmərik. Əgər yenə hər hansı çətinliyi varsa, mənim yanıma gələ bilər. Məsələyə yenidən aydınlıq gətirərik”.
Qeyd edək ki, Lerikdə pay torpağı zor gücünə əlindən alınan təkcə Eldəniz Quliyev deyil. İcra başçısı öz səlahiyyətlərindən istifadə edərək, pay torpaqlarını çox ucuz qiymətə ələ keçirib və “Azərenerji”yə satıb. Zərərçəkənlərdən biri də məşhur çoban Xanışın oğludur.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|