SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə... - Xəyanətin başqa adı olmur
Tarix: 15-04-2017, 12:08 | Çap et
Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə...
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurulduğu Azərbaycan milli-mənəvi dəyərləri, tolerantlığı, multikulturalizm ənənələri ilə bərabər, zəngin mümarlığı ilə də dünyada tanınır. Demək olar ki, ölkəmizdə tariximizin hər bir dövrünə aid memarlıq nümunələri mövcuddur. Həmin memarlıq nümunələri bu günümüzə qədər qorunub saxlanılıb. Paralel olaraq, dövrün tələbinə uyğun olaraq, zaman-zaman müasir memarlıq nümunələri də yaradılıb, özündən əvvəlkilərin sırasında yer tutub.

Ümummilli lider Heydər Əliyevin həm sovetlər birliyi dövründə, həm də müstəqilliyimizin ikinci dəfə bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə biz bu proseslərin şahidi olmuşuq. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlayaraq isə paytaxt Bakı ilə yanaşı, regionlar da geniş tikinti-quruculuq meydanına çevrilib, yeni-yeni memarlıq nümunələri yaradılıb. Təbii ki, yeni, müasir tikililər həyata vəsiqə alarkən, məşhur tarixi memarlıq nümunələri də əsaslı təmir edilib, gələcək nəsillər üçün qorunub saxlanılıb.

Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, adət-ənənələrinə bağlı olan, müsəlman kimi müqəddəs Kəbəni ziyarət edən dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə ərazisindəki ibadət evlərinin, məscidlərin təmir-bərpasına, daha böyük və müasir məscidlərin inşaasına diqqətlə yanaşıblar. Konkret faktlara əsaslanaraq deyə bilərik ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstəribsə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Bu vaxta qədər Şamaxı Cümə Məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir, İçərişəhər Cümə, Həzrət Məhəmməd, Əjdərbəy məscidləri, Gəncə "İmamzadə” kompleksi, eləcə də digər dini abidələr, məscidlər dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Eyni zamanda paytaxt Bakıda Qafqazın ən böyük məscidi – Heydər Məscidi tikilib. Bu gün bu ibadət evində sünni və şiə məzhəbinin nümayəndələri vəhdət namazı qılır, müsəlman həmrəyliyi, mömin birlik-bərabərliyi barədə bütün dünyaya mesaj verirlər. Bu gün Azərbaycanda 306 məscid isə dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Belə gerçəkliklərin yaşandığı Azərbaycanda bütün dinlərin nümayəndələrinə normal münasibət sərgilənir, hər kəsin din, etiqad, vicdan azadlığı qanunla təmin olunur. Lakin təəssüflər olsun ki, hansısa səbəblərdənsə xarici dairələrin əlində alətə çevrilən bəzi qüvvələr bu reallıqları görməzlikdən gəlir, "qaşınmayan yerdən qan çıxarmağın ustaları” kimi İslam dini pərdəsi altında süni narazılıq yaratmağa, ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Son günlər dini təəssübkeşlik adı altında "Sovetski” adlandırılan ərazinin abadlaşdırılmasına etiraz edənləri də bu qəbildən saymaq olar. Halbuki, "Kubinka”, "Papanin” kimi, "Sovetski” ərazisindəki köhnə tikililərin sökülməsi, onların yerində daha müasir, yaraşıqlı binaların, parkların və sair xidmət obyektlərinin inşası paytaxt Bakının simasını daha da gözəlləşdirməklə yanaşı, sakinlərin də rahatlığına xidmət edir. "Sovetski” ərazisində Hacı Cavad məscidi kimi təqdim edilən binanın da sökülməsi qərarı bu məqsədə xidmət edir. Bu məscid məhəllə məscidi kimi inşa edilsə də, hazırda burada məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Hacı Cavad məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir.

Acınacaqlı haldır ki, bu cür qəzalı binanın sökülməsindən bəzi "dindarlar” şou düzəltməyə, az qala özlərini İslamın, müqəddəs ibadət yerlərinin hamisi kimi qələmə verməyə çalışırlar. Hətta bu məsələni bir qədər də şişirdərək elə təəssürat yaratmağa çalışırlar ki, guya qəzalı vəziyyətdə olan Hacı Cavad məscidi söküldüyü təqdirdə, dindarlar ibadət etməyə məkan tapmayacaqlar. Halbuki, sözügedən qəzalı binanın ətrafında dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi isə lap yaxınlıqdadır. Bundan başqa, yaxınlıqda tarixi və böyük məscidlər olan "İmam Hüseyn”, "Qasım bəy”, "Hacı Sultanəli” və "Xanım Zəhra” məscidləri də var. Namaz vaxtlarında bu məscidlərdə hər hansı sıxlıq müşahidə olunmur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev də hesab edir ki, "Sovetski” adlanan ərazinin sökülməsi Bakının abadlaşdırılması, gözəlləşdirilməsi istiqamətində həyata keçirilən böyük layihənin davamıdır. Deputatın sözlərinə görə, Azərbaycan son 20 ildə bu cür çoxsaylı layihələrə imza atıb. M.Quliyev söküntüyə süni narazılıq yaradılması məsələsinə də toxunub. Qeyd edib ki, Prezident İlham Əliyev həmin ərazidə yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə dərhal reaksiya verib və sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Millət vəkilinin qənaətinə görə, bu qərar insanların etimadını artırıb və onlar görüblər ki, dövlət başçısı həmişə əhalinin yanındadır, insanların istənilən kiçik narahatlıqlarını hər zaman nəzərə almağa hazırdır: "İnsanlar Prezidentin bu addımını çox böyük məmnunluq hissi ilə qarşıladılar. Bu həm də xalq-lider birliyinin əyani bir təcəssümüdür. Əslində icra hakimiyyətinin nümayəndələri izahat verirlər ki, bu bina heç bir tarixi əhəmiyyət daşımır və məscid kimi də qeydiyyatda deyil. Amma buna baxmayaraq, əhalinin istəyini nəzərə alaraq Prezident İlham Əliyev bu məsələnin araşdırılması ilə bağlı göstəriş verdi”.

M.Quliyev vurğulayıb ki, belə vəziyyətdən istifadə etmək istəyən qüvvələr də var. Onun fikrincə, həmin qüvvələr istəyərdilər ki, bu məsələ şişsin, siyasi don alsın və yaxud da ölkədə bir qarşıdurma, ictimai sabitliyin pozulmasına gətirib çıxarsın. Millət vəkili deyib ki, belə qüvvələrə qarşı ən yaxşı cavabı elə Azərbaycan ictimaiyyətinin özü verir.

Bütün bunlar bir daha onu sübut edir ki, "dindarlar”ın başlatdığı bu kampaniyanın heç bir əsası yoxdur və onların davranışı hansısa məscidin sökülməsi ilə əlaqədar deyil. Hacı Cavad məscidi ilə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma "Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar. Bu isə xalqımızın çoxəsrlik tolerantlıq, dözümlülük, multikulturalizm ənənələrinə, Azərbaycanın dövlət siyasətinə, qanunlarına zidd addımlardır. Ona görə də İslam libasına bürünərək insanların dini inancından sui-istifadə edən, xarici dairələrin sifarişi ilə vətəndaşları qarşıdurmaya, narazılığa sürükləməyə cəhd edən belə şəxslərin əməllərinin qarşısı qanunla alınmalıdır.
\\ kaspi.az\\

Bu adamlar Azərbaycanın bayrağının rənglərini də dəyişirlərsə...

DİA.AZ-dan: Yuxarıdakı fotodan da görünür ki, bu adamlar hətta Azərbaycanımızın dövlət rəmzi olan - toxunulmaz atributumuz MİLLİ BAYRAĞIMIZIn rəngləri ilə belə oynama cəsarəti və ən əsası XƏYANƏTİ də nümayiş etdirilər ki, bu faktın özü də məsələni tam çılpaqlığı ilə ortaya qoymuş olur.

Bizlər adətən İran və Azərbaycanı istəməyən ünvanlarda bu cür hallara rast gəlmişik. Yəni onlar dövlət bayrağımızı tərs asmaqla, rənglərinin yerini dəyişməklə izçlərindəki çirkabı ortaya qoyublar ki, belə görmüşük. İndi isə özlərini "dindar" kimi təqdim edən və realda təxribatçı olduqları şəkk doğurmayan bu şəxslər də eyni cür davranırlar.

Amma yanılırlar. Əgər onlar əslində sökülməsi belə normal olan bir məscidlə bağlı dövlətimizin məlum planı qarşısında "halalımıza toxunublar" deyərək iddia qaldırıb, aranı qatmaq istəyirdilərsə, bilsinlər ki, bu dövlətin sahibləri olan Azərbaycan türklərinin HALALI - DÖVLƏT BAYRAĞIMIZI bu şəkildə aşağılayanları millət heç bir zaman normal qəbul edə bilməz və dövlətdən onların cəzalandırılmasını təbii haqqı və hüququ olaraq tələb edəcək.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru