SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?” - ŞİKAYƏT
Tarix: 12-06-2017, 10:53 | Çap et
“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”
İmişli rayon sakini Mahmud Qasımov “Cümhuriyət” qəzetinə müraciət edərək 18 ildir ki, şikayətinə obyektiv baxılmamasından gileylənib.İllərdir ki, məhkəmə qapılarında sürünən 79 yaşlı İmişli sakini ikiillik əmək haqqını tam olaraq ala bilmir.Bunun üçün müraciət etmədiyi, şikayətlənmədiyi instansiya qalmayıb.Amma problemi hələ də həll olunmamış qalır.Şikayəti ilə bağlı çıxarılan qərarlar isə icra edilmir.

“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”

Mahmud Qasımovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənayə Kombinatında dövlət texniki nəzarət müfəttişi vəzifəsində çalışıb. İşlədiyi iki il müddətində, yəni 1997-1999-cu illərdə aylıq əmək haqqını ala bilməyib:

“Əmək kitabçam olub, gündəlik işə davamiyyətə görə tərtib olunan cədvələ imza atmışam, rayon rəhbərlərinin Kənd Təsərrüfatı Nazirliyinin tapşırıqlarını yerinə yetirmişəm. Öz işimin öhdəsindən layiqincə gəlmişəm. 02.11. 97-ci ildən 11.11.99-cu ilə qədər, yəni idarə ləğv olunana qədər işləmişəm. Həmin iki ildə Kənd Təsərrüfatı Nazirliyinə illik hesabat təqdim etmişəm.Lakin bunların heç birini nəzərə almadılar. Bəlli olmayan səbəblərdən çalışdığım iki il müddətində əmək haqqımı vermədilər. Orada çalışan 15 nəfər mütəxəssisdən 14-ü aylıq əmək haqqını aldı, yalnız mənə verilmədi.Dəfələrlə haqqımı tələb etsəm də, buna məhəl qoyulmadı. Nə Kənd Təsərrüfatı Nazirliyi, nə də Aqrar Sənaye Kombinatının rəhbərliyi səsimi eşitdi. İndiyədək hüquqlarımın bərpa edilməsi üçün mübarizə aparıram.Amma qanun pozuntularına, saxtakarlıqlara qarşı tədbir görən yoxdur. Ağsaqqal adamı bu qədər incitmək olmaz axı... Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”.

Şikayətçi deyib ki, əməkhaqqını ala bilmədiyi üçün məcbur qalıb Səbail Rayon Məhkəməsinə müraciət edib: “Səbail Rayon Məhkəməsinin hakimi Ziya Əliyev 2000-ci ildə qərar qəbul etdi ki, əməkhaqqım 07.01.97-ci ildən 04. 08.98-ci ilə kimi Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin.Həmin qərardan narazı olaraq Bakı Şəhər Məhkəməsinə müraciət etdim.Çünki Ziya Əliyev birtərəfli mövqe tutaraq şikayətimi tam əhatə etməyib. Kənd Təsərrüfatı Nazirliyi, Səbail Rayon hakimi və “qəhrəman məmurlar”ın səhlənkarlığı, qanunu pozmaları ucbatından bu oyun başıma gətirilib. Qeyd edim ki, 14.08.98-ci ildə Kənd Təsərrüfatı Nazirliyi İmişli Aqrar Sənaye Kombinatının baş direktorundan əlavə bizi həmin vəzifəyə bir daha təyin etmişdi. Milliyyətcə rus olan Bakı Şəhər Məhkəməsinin hakimi Tatyana Jedkova 2000-ci ilin 27 yanvarında qətnamə çıxardı ki, mənim əməkhaqqım 02.01.97-ci ildən 11.01.99-cu ilə qədər Kənd Təsərrüfatı Nazirliyindən tutulub mənə ödənilsin. Amma uzun müddət keçməsinə baxmayaraq ayrı-ayrı məmurların məsuliyyətsizliyi ucbatından Azərbaycan Respublikası Qanununun adından qüvvəyə minmiş qətnamə bu günə qədər tam icra olunmayıb.1997-1998-ci illərdə mənim əməkhaqqım 250 min manat olub. Həmin məbləği 2 il 11 günə vuranda 6 milyon 83 min manat edir. Onu da indeksasiya edəndə 1217 manat məvacibdir.

Bununla bağlı çoxsaylı instansiyalara müraciətlərdən sonra 05.09.2006-cı ildə mənə yalnız 1 illik əməkhaqqı, 2 milyon 810 min 800 manat, yəni 562 manat ödənildi. Bütün instansiyalarda hakimlərin ədalətsizliyinin şahidi oldum. Bu məsələ artıq bir neçə il əvvəl öz həllini tapa bilərdi. Amma bu yaşımda bu günə qədər məhkəmə çəkişmələrindəyəm”.

“İcra məmuru qanunu kobud şəkildə pozdu”

Həmsöhbətimizin sözlərinə görə, haqqının tapdalanmasında bilavasitə iştirakçılardan biri də Səbail rayon İcra Şöbəsinin məmuru Toğrul Baxşəliyev olub:

“İcra məmuru Toğrul Baxşəliyev Səbail Rayon Məhkəməsinin hakimindən xahiş edib ki, bu işə xitam verilsin. Hakim də onun xahişini rədd elədi və icra haqqında qanuna müvafiq olaraq göstərdi ki, icraata o vaxt xitam verilir ki, tam məsələ həllini tapsın.Lakin bununla barışmayan Toğrul Baxşəliyev özbaşınalıq edərək qanunu kobud şəkildə pozdu və məhkəmə qərarına məhəl qoymayaraq, öz yanından sərbəst qərar çıxarıb işə xitam verilməsini təmin etdi.Bundan əlavə Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əsədov 2016-cı ilin 25 noyabrında işi ləğv etdi.Bu məsələdə daha bir saxtakar tapıldı.

4 saylı Regional Əmək Müfəttişliyindən mütəxəssis dəvət edildi.Həmin mütəxəssis ona görə nəzərdə tutulmuşdu ki, məsələni yoxlayıb, araşdırıb, təhlillər aparmalıdır.Regional Əmək Müfəttişliyinin əməkdaşı Əli Baxşiyev heç bir araşdırma aparmadan, hakimin ləğv olunmuş qərarına istinad edərək mənə 562 AZN ödənilməsini əsas tutub.Mənə ödəniləsi real məbləğ barədə isə heç bir fikir söyləmir.Nəhayət o da qanunun tələblərini kobud şəkildə pozaraq, birtərəfli mövqe tutur. Əslində ilk anda hiss etmişdim ki, Əli Baxşiyev də Kənd Təsərrüfatı Nazirliyini müdafiə edir. Vətəndaşın ümid yerlərindən biri olan Əmək Müfəttişliyinin nümayəndəsi də belə bir rəy verirsə, o zaman başqa sözüm qalmır.Mən artıq bilmirəm ki, kimə və hara üz tutdum.Vətəndaşı bu qədər incitmək olarmı?”

Mahmud Qasımov qeyd edib ki, 2017-ci ilin 24 fevralında Səbail Rayon Məhkəməsinin hakimi Elmar Rəhimov qanunun aliliyinə hörmət edərək məsələ ilə bağlı düzgün qərar çıxarır:

“Qərar mənim xeyrimə çıxarıldı. Həmin qərar əsasında Kənd Təsərrüfatı Nazirliyi heç bir hüquqi əsası olmadan saxta əməllərlə məşğul olaraq yenə də özbaşınalığa əl atır.Nazirliyin icra aparatının rəhbəri İlham Bayramov mənə məktubla cavab yazır ki, bizim iddiaçı qətnamədə icra olunan borcumuz yoxdur.Heç də belə deyil.Onlar bu məsələdən yayınmaq üçün yeni elm kəşf etdilər. Buna görə çox sag olsunlar. Belə professorlara sonsuz minnətdarlığımı bildirirəm.Deməli, fikir verin.Bu adamlar məbləği ödəməmək üçün 562 manatı iki yerə bölərək aylıq əməkhaqqımı yarı faiz azaldıblar.Bu qədər hərc-mərclik etmək olarmı?Daha sonra Bakı Apelyasiya Məhkəməsinin hakimi Saqi Məmmədov 2017-ci ilin 10 mayında qərardad çıxarır və Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayır.Yəni tam məbləğ ödənilməlidir.Burada təkcə əməkhaqqı deyil, bununla yanaşı məzuniyyət, ezamiyyə və digər müəyyən məvaciblər ödənilməlidir.

Bilirsiniz ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq idarə, müəssisə, təşkilat rəhbərinin səhlənkarlığı və məsuliyyətsizliyi üzündən ödənişlər vaxtında ödənilməyibsə, ümumi əməkhaqqının əlavə bir faizi əlavə olunmalıdır.22 dəfə məhkəmə prosesi keçirilib.Amma nə hakimə, nə də Kənd Təsərrüfati Nazirliyinin nümayəndəsinə bunları anlada bilmişəm.Yalan ayaq tutar yeriməz.Haqq-ədalət qələbə çalmalıdır.Mən göydə Allaha, yerdə ölkə başçısının idarəsinə inanaraq, Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi olaraq belə anarxiyaya, xaosa yol verən məmurlar haqqında ciddi cəza tədbirlərinin görülməsini tələb edirəm.Dünyada vəhşi heyvanlara hər hansı zədə dəyəndə ona kömək edilir.18 ildir ki, məni bu yaşda süründürən “qəhrəmanlar”a deyəcək bir sözüm var. Mən bu işə fasilə verməyəcəyəm, mübarizəmi davam etdirəcəyəm və ədalətin bərpasına nail olacağıma çalışacağam.Respublikanın bütün ağsaqqalları adından müraciətim odur ki, bu məsələyə obyektiv baxılsın və haqlı qərar çıxarılsın”.

Şikayətçi onu da əlavə edib ki, əməkhaqqının tam təmin olunması ilə bağlı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova da rəsmi məktub ünvanlayıb. Məktubuna isə hələ cavab gəlməyib.

“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”
“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”
“Niyə haqqım tapdalanır, niyə qərarlar icra edilmir?”







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru