SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Yeni iqtisadi siyasətin ASLANI - İTTİHAM VAR
Tarix: 4-09-2017, 10:51 | Çap et
Yeni iqtisadi siyasətin ASLANI
Bu günlərdə isə ölkə başçısının sərəncamı ilə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. Natiq Əmirov iqtisadi islahatlar üzrə prezidentin köməkçisidir və bu vəzifəyə ötən il təyin edilib. Natiq Əmirov hansı iqtisadi uğura imza atıb ki? Bizim bildiyimiz budur ki, ötən 1 il ərzində milli valyuta ucuzlaşmağa davam edib, dövlətin xarici borcu artıb, idxaldan asılılığımız çoxalıb, beynəlxalq agentliklərin qiymətləndirmə reytinqində geriyə düşmüşük, büdcəmiz kiçilib, ölkəyə sərmayə qoyuluşu azalıb və.s Yəni, ötən müddət ərzində iqtisadi sahədə öyünəcəyimiz heç bir addım olmayıb. Əksinə, dövlətin milyardları mənasız yarışlara xərclənib, ya da iri məmurların oğurladıqları milyonlar üzə çıxıb. Amma heç şübhəsiz ki, N.Əmirov tək və yeganə məsul şəxs deyil. İqtisadi sektora məsul olan məmurların fəaliyyəti və gerçək durumla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan sonra gəldiyimiz bəzi nəticələri diqqətinizə çatdırırlq:
Natiq Əmirovun məsuliyyəti…
Diqqətçəkən bir məqam da prezident İlham Əliyevin böyük etimad göstərərək özünə iqtisadi islahatlar üzrə köməkçi təyin etdiyi Natiq Əmirovun az qala Dağlıq Qarabağ münaqişəsi qədər hər kəsə dəxli olan, sözün həqiqi mənasında “Qordi düyünü”nə çevrilmiş bank-vətəndaş qarşıdurmasına müdaxilə etməməsi, yaxud da edə bilməməsidir. Axı ölkədə kifayət qədər sanballı iqtiadçı mütəxəssis kimi tanınan Natiq Əmirov bank sistemindəki xaosu normal məcraya yönəltmək, sahibkarlıq mühitinin sağlamlaşdırılması üçün hansı təxirəsalınmaz addımların atılmalı olduğunu hamıdan, ən azından MBNP rəhbərliyindəki şəxslərdən yaxşı bilir. Elə isə niyə Prezident İlham Əliyevi operativ şəkildə məlumatlandıraraq, iqtisadiyyatımıza bumeranq effekti verən səriştəsiz qərarların qəbulunu əngəlləməyə çaılşmadı? Kim bilir, bəlkə də çalışdı, amma ola bilsin real situasiya cəmiyyətin bildiklərindən fərqləndiyindən, o da istədiyi hər şeyi dövlət başçısına çatdırmaqda çətinlik çəkib. Amma istənilən halda iqtisadiyyatımızı qızdırma xəstəliyi kimi titrədən bu bəladan kəsərli çıxış yollarının aranmamasının baiskarlarının kimliyi nə zamansa saf-çürük edilsə, o zaman Natiq Əmirovun da adı xatırlanacaq.

Odur ki, məhz Natiq Əmirov keçdiyi yoldan, bacarıq və peşəkarlığından çıxış edərək, ölkə başçısına mövcud durumdan çıxış yollarının nədən ibarət olduğunu çatdırmağa, kimlərin bu prosesi ləngitdiyini açıq şəkildə bildirməyə borcludur. Məhz Natiq Əmirov bu gün bank sisteminin reanimasiyada olduğunu, vəziyyəti düzəltmək üçün görəvləndirilmiş şəxslərin “reanimasiya”dakı bu xəstəni “palata”ya köçürmək əvəzinə komaya saldığını təfsilatıyla Prezident İlham Əliyevə çatdırmalıdır. Bu, onun dövlət başçısına sədaqəti və millət qarşısında vicdanlı məmur borcudur. O, unutmamalıdır ki, Prezident İlham Əliyev hər zaman vətəndaşın yanında olub, “dövlət xalq üçün çalışmalıdır” tezisini qabardaraq, başda özü olmaqla, bütün komandasının xalqın xidmətçisi olduğunu bildirib. Onun bu vətənpərvər çağırışına adekvat cavab vermək lazım. Bu, Natiq Əmirovun bir il sonra keçiriləcək prezident seçkilərində İlham Əliyevin cəmiyyətin bütün sferaları tərəfindən birmənalı dəstəklənməsi üçün tarixin ona verdiyi fürsəti qaçırmaması kimi yozulacaq. O, tezliklə bank sistemindəki vəziyyəti kardinal şəkildə dəyişməklə, əslində ona həvalə edilmiş missiyanı uğurla yerinə yetirərək, adını ömürlük millətin yaddaşına yazdıra bilər. Əks halda onun tarixdə necə xatırlana biləcəyini yazmağa gərək duymuruq.
Parlamentin geri qaytardığı qanunlar və “qırmızı işıq! yandıran gizli əl…
Diqqətçəkən bir məqamsa bilavasitə iqtisadi sahədə islahatlara birbaşa cavabdeh olan prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun proseslərə təsir etmə imkanlarının hansı səviyyədə olmasıdır. Ötən yazılarımızın birində biz onu öz işinin peşəkarı kimi qiymətləndirməklə yanaşı baş verən və verə biləcək bütün neqativ tendensiyalara görə ilk növbədə onun cavabdehlik daşıya biləcəyini da vurğulamışdıq. Çünki prezident İlham Əliyevə təqdim olunan və sonradan məhz dövlət başçısının imzası ilə parlamentə göndərilən qanun layihələrinin müəllifinin kimlər olmasından asılı olmayaraq əsas nəzarətçi-tənzimləyici məhz odur. Obrazlı ifadə edilsə, MBNP adlanan qurumun özünə də nəzarəti məhz Natiq Əmirov həyata keçirir, yaxud keçirməlidir. Ancaq bu nəzarət həyata keçirilirmi, MBNP tərəfindən prezidentə təqdim olunan sənədlər dəqiqliklə saf-çürük edilərək qanunvericiliklə, eləcə də vətəndaşların maraqları ilə ziddiyyət təşkil edib-etmədiyi yoxlanılırmı?
Bu suala cavab axtarılarkən cumhuriyyet.az olaraq ilk növbədə vaxtilə MBNP tərəfindən Milli Məclisə təqdim olunsa da deputatlar tərəfindən topa tutularaq geri qaytarılan qanun layihəsini, yaxud qəbul olunsa belə sonradan ləğv edilmək zorunda qalan dəyişiklikləri xatırlamaq istərdik. Burdan belə qənaət hasil olur ki, əvvəllər Natiq Əmirovun MBNP tərəfindən hazırlanan təkliflər paketinə “qırmızı işıq” yandırmaq imkanları ya olmayıb, ya da müdaxilə kifayət etməyib. Amma xoşbəxtlikdən bu məsələdə də vətəndaşların marağına xidmət edən bir dönüş yarandığı barədə siqnallar gəlməkdədir. Yəni əldə etdiyimiz məlumata görə, məhz Natiq Əmirov son vaxtlar prezident İlham Əliyevin yüksək inamı və etimadı nəticəsində bankdaxili proseslərə daha dərindən nüfuz etməyə, maliyyə-bank sektorunda ortaya çıxmış sualların cavabının tapılmasında həlledici söz sahibinə çevrilməyə başlayıb. Əgər doğrudan da maliyyə bazarlarına nəzarət məsələsində simvolik olaraq ikihakimiyyətlilik formalaşmağa başlayıbsa, yəni inhisarçılıq meylləri aradan qaldırılıbsa, ümid etmək olar ki, bu sahədə yaxın gələcəkdə nəzərəçarpacaq irəliləyişlər əldə edilməsinin şahidi də ola bilərik. Təbii ki, nəzərəçarpacaq irəliləyişlər dedikdə ilk növbədə vətəndaşların banklara olan borclarının ödənilməsində kompromis məzənnənin tapılması və insanlara borclarını ödəmək üçün daha əlverişli şərtlərin təklif edilərək əmlaklarının borca yönləndilməsinin uzunmüddətli ertələnməsi nəzərdə tutulmalıdır. Əks halda kitabı bağlanan bankların sırası genişlənəcək və istər sahibkarların özləri, istərsə də bankın müştəriləri bundan xeyli zərər görəcək.
Prezidentdən çox maaş alan məmur: Dövlət başçısına 15 min, MBNP rəhbərinə isə 65 min manat…
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin iyunun 23-də imzaladığı növbəti Fərmanını president.az/articles/24416 bu baxımdan əslində Rüfət Aslanlı hakimiyyətinin sonu və ya sonunun başlanğıcı hesab etmək olar. Bu fərmanla qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, artıq Rüfət Aslanlı MBNP istədiyi kimi idarə etmək şansından məhrum edilir, bank-maliyyə sistemində taleyüklü qərarların verilməsində əsas söz Prezidentin köməkçisi Natiq Əmirova verilir.

Ən çox diqqətçəkən və ehtimal etmək olar ki, dövlət başçısı tərəfindən belə bir fərmanın verilməsinə səbəb olan məqamsa nizamnamənin 1.9.13 -cü hissəsinin yeni redaksiyada verilməsi zərurətidir:“Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.”
Sual oluna bilər, artıq il yarım ərzində fəaliyyətə başlayan və bütün strukturları formalaşdırılan bir qurumda işçilərin sayı, əmək haqları məsələsi bu günədək həllini tapmayıb ki, belə bir “gecikmiş” addım atılır? Tələsməyin, məsələ burasındadır ki, əldə etdiyimiz məlumatlara görə MBNP rəhbəri Rüfət Aslanlı özünə prezident İlham Əliyevin əmək haqqından 4 dəfə artıq, 65 min manat əmək haqqı yazıbmış. Deyilənə görə, bu faktın üzə çıxması prezidenti bərk qəzəbləndirib və nəticədə 23 iyun fərmanı ortalığa çıxıb. Xatırladaq ki, vaxtilə prezident İlham Əliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova aylıq 10 min manat maaş təyin edilməsi barədə qərar verəndə Elman Rüstəmov təvazökarlıq edərək dövlət başçısına minnətdarlıq etməklə həmin maaşın 8 min manat olmasına nail olmuşdu. Fikrimizcə, bu iki nümunə hər şeydən xəbər verir və müqayisənin şərh ehtiyacı yoxdur…
Məhz belə bir fərmanın verilməsi əslində prezident tərəfindən MBNP rəhbərinə etimadın itirilməkdə olması anlamına gəlir. Yeri gəlmişkən, deyilənə görə, bir müddət öncə PA rəhbəri, akademik Ramiz Mehdiyevin yanında keçirilən bir toplantıda MBNP rəhbərinin pafoslu çıxışı iştirakçıları yumşaq desək, məmnun etməyib. Orada hansı polemikanın yaşandığı və Ramiz Mehdiyevin Rüfət Aslanlının çıxışına hansı reaksiya verdiyi barədə məlumatsızıq, amma ümumilikdə baş verənlər Prezident İlham Əliyevin maliyyə bazarlarına nəzarətin daha effektiv həyata keçirilməsi üçün yeni axtarışlarda ola biləcəyi ehtimalından xəbər verir. Proseslər ona doğru gedir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru