SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Azərbaycanın büdcə pullarının “gizli sahibləri” - “Dalğa-AA” müəmması
Tarix: 9-11-2015, 10:23 | Çap et
Azərbaycanın büdcə pullarının “gizli sahibləri”
Masallı rayonunda əksər idarə və təşkilat, o cümlədən, yerli təhsil şöbəsi üçün dövlət satınalmalarını bir qayda olaraq “Dalğa-AA” MMC həyata keçirir. Bu barədə Qaynar.info Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytına istinadən məlumat verir.

* * *

Arayış:

Qaynar.info bu gündən Azərbaycanda büdcə vəsaitləri hesabına dövlət satınalmalarında iştirak edən, adları ilk baxışda heç kimə heç nə deməyən, mətbuatda geniş hallanmayan və tanınmayan, amma hər il milyonlarla dövlət vəsaitinin yönləndirildiyi şirkətlər barədə araşdırmalara başlayır.

Bu yazı da məhz həmin qəbildəndir. Digər araşdırmalarımızda çox sayda bu cür şirkətin dövlət satınalmalarında müəmmalı iştirakları barədə konkret faktları oxuya biləcəksiniz.

Məqsədimiz Azərbaycanda azad rəqabət mühitinin formalaşdırılması, biznes mühitində məmur müdaxilələrinin aradan qaldırılması barədə daha ucadan danışılmağa başlanıldığı bu günlərdə xüsusilə dövlət satınalmaları ilə bağlı şübhə və müəmma dolu məqamlara işıq tutmaqdır.

***

Daha bir arayış:

İlk araşdırmamızın mövzusu olan “Dalğa-AA” MMC ilə bağlı ətraflı bilgi əldə etmək mümkün olmadı. Bunun əsas səbəbi təkcə 2015-ci ildə onlarla satınalmanı həyata keçirən bu şirkətin rəsmi internet hesabının yoxluğudur.

Yalnız onu öyrənə bildik ki, "Dalğa-AA" 28 oktyabr 2014-cü ildə vergi qeydiyyatından keçib. Nizamnamə kapitalı 10 manatdır, Bakının Nəsimi rayonunda qeydiyyatdadır.

Yaradıldıqdan çox qısa müddət sonra saysız-hesabsız tender müsabiqəsi qazanması bu şirkətlə bağlı ən maraqlı məqamlardan biri hesab edilə bilər.

***

Burada haşiyəyə çıxıb qeyd edək ki, Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında adıçəkilən şirkətin adı qarşımıza yalnız Masallı rayonundakı dövlət satınalmalarının qalibi kimi çıxmır. Astara, İsmayıllı, Qobustan, Qəbələ, Lənkəran və bir çox digər rayonlarda da bu şirkətin çoxsayda satınalma həyata keçirdiyini görmək olar.

Məsələn:

- Təhsil Nazirliyinin Astara rayonu Təhsil Şöbəsi üçün digər maşın və avadanlıqların satın alınması məqsədi ilə - 90.992 manat;
- Eyni Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması məqsədi ilə - 265.995 manat, yumşaq inventarların satın alınması məqsədi ilə - 32.438 manat;
- Təhsil Nazirliyinin Balakən rayonu Təhsil Şöbəsi üçün avadanlıqların satın alınması məqsədi ilə - 45.479 manat;
- Təhsil Nazirliyinin Lerik rayonu Təhsil Şöbəsi üçün bərk inventarların alınması məqsədi ilə - 152.874 manat, digər maşın və avadanlıqların satın alınması məqsədi ilə - 96.053 manat;
- Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Qobustan rayonu Mədəniyyət və Turizm Şöbəsi üçün bərk inventarların satın alınması məqsədi ilə - 19.293 manat;
- Təhsil Nazirliyi Qəbələ rayonu Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması məqsədi ilə - 255.311 manat, avadanlıqların satın alınması məqsədi ilə - 64.488 manat, digər maşın və avadanlıqların satın alınması məqsədi ilə - 92.199 manat və s.

Bununla belə, biz sözügedən şirkətin Masallı rayonundakı satınalmalarının daha qabarıq nəzərə çarpdığını göz önünə alaraq, elə “Dalğa-AA” MMC-nin adıçəkilən rayonda, həm də yalnız 2015-ci il üçün fəaliyyətinə daha ətraflı şəkildə diqqət yetirməyi məqbul saydıq.

***

Beləliklə, əməkdaşımızın Satınalmalar üzrə Dövlət Agentliyinin saytında apardığı araşdırma nəticəsində təkcə bu il adıçəkilən şirkətin Masallıda yerli Təhsil Şöbəsi üçün ümumi məbləği yarım milyon manata çatan satınalmalar həyata keçirdiyi üzə çıxıb.

Məsələn:

- Yerli Təhsil Şöbəsi üçün yumşaq inventarların satın alınması məqsədilə – 45.012 manat;
- Yenə yerli Təhsil Şöbəsi üçün bu dəfə bərk inventarların satın alınmasından ötrü – 259. 962 manat;
- Təhsil Şöbəsi üçün avadanlıqların satın alınması məqsədi ilə - 104.005 manat;
- Digər maşın və avadanlıqların satın alınması üçün – 80.570 manat;
- Məktəbli təbaşirinin satın alınması üçün – 30.491 manat.

Araşdırmalarımız zamanı o da məlum olub ki, adıçəkilən şirkət, bundan başqa Masallı rayonu İcra Hakimiyyətinin bir sıra kənd icra nümayəndəlikləri üçün satınalmaları da həyata keçirir.

Məsələn:

- Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün ərzaq məhsullarının satın alınması məqsədi ilə - 11.399 manat;
- Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi üçün ərzaq məhsullarının satın alınması məsədi ilə - 13.637 manat və s.
- Bundan başqa, Masallı rayonu İcra Hakimiyyəti Masallı şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin abadlıq işləri məqsədilə 157.784 manatlıq satınalması da “Dalğa-AA” MMC-yə verilib.

***

Araşdırmalarımız nəticəsində o da məlum olub ki, “Dalğa-AA” MMC rayonda səhiyyə sahəsində də satınalmaları həyata keçirməkdə “lider” şirkətdir. Belə ki, bu MMC Səhiyyə Nazirliyi Masallı rayon Mərkəzi Xəstəxanasının:

- Cari təmir işlərinin satın alınması məqsədi ilə 40. 262 manatlıq;
- Əsaslı təmir işlərinin satın alınması məqsədi ilə 41. 545 manatlıq;
- İnventarların satın alınması məqsədi ilə 73. 957 manatlıq;
- Yumşaq inventarların satın alınması məqsədi ilə 34.201 manatlıq;
- Mətbəə xərclərlərinin satın alınması məqsədi ilə 11.176 manatlıq;
- Ehtiyat hissələrinin satın alınması məqsədi ilə 6.438 manatlıq tenderlərinin də qalibi olubmuş.
- Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin Masallı rayonu Mədəniyyət və Turizm İdarəsinin xərcləri üzrə satın alınmasını (7.898 manat) və yumşaq inventarlar üzrə satın alınmasını da (12.804) manat haqqında danışdığımız şirkət həyata keçirib.

***

Ümumiyyətlə isə Azərbaycanın digər rayonları ilə birlikdə “Dalğa-AA” MMC-nin builki tender müsabiqələrindən əldə etdiyi bir neçə milyon manatla ifadə olunur.

Əlbəttə, biz bu tender müesabiqələrinin obyektivliyini və şəffaflığını şübhə altına almaq fikrindən tamamilə uzağıq. Bununla belə, bir MMC-nin yaradıldıqdan az qala dərhal sonra dövlət satınalmalarında bu qədər ciddi paya malik olması müəyyən suallara da yol açmamış deyil.

Yerli təcrübə göstərir ki, qısa vaxtda bu cür sıçrayış hansısa məmur himayədarlığından kənarda müşkül, hətta mümkünsüz məsələdir.

***

Digər tərəfdən, ölkə üzrə bir çox rayonlarda saysız-hesabsız dövlət satınalması həyata keçirən “Dalğa-AA” MMC-nin rəsmin internet saytı yoxdur. Halbuki indiki dövrdə bu, istənilən şirkətin professionalllığının və prestijinin başlıca göstəricisi sayılır.

Eyni zamanda Azərbaycan təcrübəsi göstərir ki, geniş ictimaiyyətə açıq olmağı sevməyən, bu səbəbdən də rəsmi internet hesabına lüzum görməyən şirkətlər bir qayda olaraq, fəaliyyətlərində də şəffaf deyillər, daha çox hansısa məmur və ya məmurlarının biznes maraqlarının nəticəsi olaraq, ortaya çıxırlar.
Qaynar.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru