TRIPP daim ABŞ-yə məxsus olacaq .....                     Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi .....                     10 manata hot-doq satırlar, stadion da tam dolmur… .....                     Dövlət bankı bu bazara da girdi .....                     Həbsdə olan Azərbaycan əsilli müğənni: .....                     Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb .....                     Raqif Abbasovun 12 il həbsi .....                     "Kitab onun həm Allahıdır, həm hicabı!" .....                     Torpaq var, sənəd yox: .....                     2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir .....                     Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı .....                     Bakı ilə Neftçala arasında qalan başçı .....                     Binəqədidə qanunsuz tikili narazılıq yaratdı .....                     Bakıda xalçayuma şirkətində dələduzluq .....                     Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi .....                     “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi .....                     Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var .....                     Yoxa çıxan avropalı müşahidəçilər: .....                     İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır .....                     “Unibank”ın 3 aylıq faiz təhlükəsi .....                     Ruspərəstlər Nəsimi Musayevə qarşı .....                     Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri .....                     Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi .....                     "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" .....                     “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” .....                     Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI .....                     “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ .....                     AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... .....                     Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb .....                     Mehdiyevə həbsdən xilas yolu .....                     "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" .....                     Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. .....                     Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı .....                     Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu .....                     “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... .....                     Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu .....                     “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır .....                     Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir .....                     Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi .....                 

Latın Amerikası siyasəti bizə nə verir? - TƏHLİL
Tarix: 3-05-2019, 08:48 | Çap et
Latın Amerikası siyasəti bizə nə verir?
Azərbaycan diplomatiyası öz sərhədlərinin hüdudlarını genişləndirərək uzaq Uruqvay, Argentina, Venesuela və Paraqvaya qədər uzadıb. Bu siyasətin rəsmi Bakıya nə verdiyi tez-tez sual olunur.

Dünyanın siyasi episentri ABŞ, Britaniya, Fransa, Avropa Birliyi, BMT, NATO və s. mərkəzlər olduğu halda, Azərbaycan xarici siyasətində Latın Amerikası istiqamətinə doğru addımlar atır.

Hətta Bakı və Montevideo (Uruqvayın paytaxtı) iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalamağa hazırlaşır. Bu barədə mayın 1-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə deyib.

Halbuki nazirlərin görüşündən 1 həftə əvvəl Azərbaycan XİN Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getməsi və orada görüşlər keçirməsinə etirazını bildirmiş, nota göndərmişdi.

XİN-dən deyilmişdi ki, separatçı rejimin nümayəndəsi Uruqvay hökumətinin rəsmiləri tərəfindən qəbul edilməyib, erməni icmasının dəvəti ilə səfər edibmiş.

Uruqvay Senatı sədrinin parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirakına isə Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim etməklə etirazını bildirmişdi.

Xatırladaq ki, “erməni soyqırımı”nı tanıyan ilk ölkə Uruqvay olub. 1965-ci ildə çıxardılan qanunla 24 aprel “1915-də ”milli soyqırıma" məruz qalan “erməni şəhidlərini” anma günü" elan edilib. Sonra dəfələrlə bu qərar Uruqvay parlamenti tərəfindən təsdiq edilib.

Azərbaycanın yaxınlıq etdiyi Argentina da zaman-zaman ermənipərəst mövqeyi ilə seçilib. Argentinada “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Azərbaycana bu coğrafiyada yaxın ölkələrdən biri də Venesueladır. Hazırda bu ölkədə hakimiyyət əleyhinə nümayişlər davam edir. Neftlə zəngin dövlətin rəsmi Bakı ilə əlaqələri yüksək səviyyədədir.

Venesuela prezidenti Nikolas Maduro Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən Bakıya gələn ilk Latın Amerikası dövlət başçısı olub.

Bir sıra ölkələrlə əldə olunmuş bu münasibətlərin dərəcəsini Kolumbiya, Peru, Panama, Qonduras, Paraqvay və Qvatemala parlamentlərinin Xocalı soyqırımı və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı müvafiq sənədlər qəbul etməsi göstərir.

İki ölkə arasında iqtisadi sahədə münasibətlər hələlik çox məhduddur, amma siyasi cəhətdən Venesuela artıq Cənubi Qafqaz regionunda Azərbaycanın xeyrinə seçim edib.

Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Maduro belə deyib: “Azərbaycan həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində bizim iradəmizə və dəstəyimizə arxalana bilər. Biz dünyanın bir çox ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. TŞ çərçivəsində biz beynəlxalq hüququn tətbiqi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz milli maraqlarının müdafiəsində kifayət qədər məntiqli hərəkət edib. Venesuela sizin yeni etibarlı dostunuzdur”.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasət coğrafiyasını genişləndirib.

Onun sözlərinə görə, hazırda Bakıda keçirilən forumda Latın Amerikası ölkələrinin parlament rəhbərləri iştirak edirlər: “Azərbaycan haqlı mövqeyi üçün dəstək gözləyir.

Meksikada Xocalı abidəsi ucaldılıb, Kolumbiyada Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Biz dünyanın dəstəyini qazanmalıyıq. Azərbaycan torpaqları işğal edilib ki, inkişafımızın qarşısı alınsın. Bu baxımdan biz dünyanın simpatiyasını qazanmalıyıq. BMT-dəki dəstəyimizi Amerika ölkələri hesabına artırmalıyıq. Azərbaycanın həm rəsmi, həm parlament diplomatiyasının fəaliyyətini xüsusi qiymətləndirərdim və medianın bu məsələlərə diqqət ayırmasına ehtiyac var”.

Siyasi şərhçi Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla bu ölkələr arasında məsafə baxımdan uzaqlıq var. Onun fikrincə, iqtisadi əlaqələrin qurulması çətindir, bu səbəbdən siyasi təmaslara önəm verilir.

“Bu da ona görədir ki, BMT-də səs verilərkən Azərbaycana birmənalı dəstək olsun. Çünki adını çəkdiyiniz ölkələrdə erməni lobbisi çox güclüdür, illər əvvəl kök salıblar.

Bizim erməni lobbisinin əleyhimizə apardığı fəaliyyəti neytrallaşdırmaq üçün Latın Amerikasında aktiv işləməyimiz lazımdır. Düzdür, onların lobbiləri çoxdan kök atıblar deyə qısa zamanda effektiv nəticə göstərmək çətindir, amma Azərbaycanın maraqları nəzərə alınmalıdır",-deyə, analitik bildirdi.

Ekspert hesab edir ki, bəzi ölkələr üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, arxada ermənilərə köməyini əsirgəmirlər.

“Uruqvay aydınlıq gətirməlidir ki, separatçı rejimin ”naziri" ilə senator niyə görüşmüşdü. Azərbaycanın maraqları arxa plana atılmamalıdır. Bu bölgələrdə siyasi fəallığımızı artırmalıyıq".

Venesuelaya gəlincə, E.Şahinoğlu düşünür ki, Azərbaycan orada baş verənlərə neytral mövqe göstərir: “Maduroya Rusiya və Türkiyə dəstək verir. İkincisi, biz kiçik dövlətik və regional münaqişələrdə mühüm rol oynaya bilmərik. Biz Qarabağ problemi ilə bağlı fəaliyyətimizi göstərməliyik. Bundan başqa, bu ölkələrin yaxşı tarixi təcrübələri var. Azərbaycanı tez-tez bu ölkələrlə müqayisə edirlər. Çünki onlarda da orta təbəqə yoxdur, var yuxarı, var aşağı zümrə... Bu təcrübədən yararlana bilərik”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• TRIPP daim ABŞ-yə məxsus olacaq - Ararat Mirzoyan
Bu gün, 13:01
• Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ
Bu gün, 12:59
• 10 manata hot-doq satırlar, stadion da tam dolmur… - ONA GÖRƏ DƏ...
Bu gün, 12:57
• Dövlət bankı bu bazara da girdi - DETALLAR
Bu gün, 12:53
• Həbsdə olan Azərbaycan əsilli müğənni: - "Heç kim namusuma ləkə gətirə bilməz"
Bu gün, 12:52
• Azərbaycana da gətirilən rus araqlarının istehsalçısı çətin vəziyyətə düşüb - “Baza”
Bu gün, 12:46
• Raqif Abbasovun 12 il həbsi TƏLƏB OLUNDU
Bu gün, 12:35
• "Kitab onun həm Allahıdır, həm hicabı!" - Elza Seyidcahandan ŞOK sözlər
Bu gün, 12:33
• Torpaq var, sənəd yox: - Vətəndaşlar mülkiyyət hüququnu necə rəsmiləşdirə bilər?
Bu gün, 12:30
• 2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
Bu gün, 12:20
• Məhkəmə gözəllik salonunda lazeroloqu öldürmək istəyən şəxslə bağlı qərar çıxardı
Bu gün, 12:16
• Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
Bu gün, 12:08
• Binəqədidə qanunsuz tikili narazılıq yaratdı – VİDEO
Bu gün, 12:02
• Bakıda xalçayuma şirkətində dələduzluq - Saxlanılan var
Bu gün, 11:59
• Azərbaycanlı çoban Ermənistan sərhədini keçdi - "NewsTV5"
Bu gün, 11:49
• “Bravo”dan çıxıb tütün şirkətinə direktor vəzifəsinə getdi - BUNDAN SONRA...
Bu gün, 11:42
• Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:37
• Yoxa çıxan avropalı müşahidəçilər: - “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?
Bu gün, 11:36
• İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:25
• “Unibank”ın 3 aylıq faiz təhlükəsi - BU NƏDİ BELƏ?
Bu gün, 11:16
• Ruspərəstlər Nəsimi Musayevə qarşı – YENİ hiylə
Bu gün, 11:12
• Elbrus Nəbiyevin şirkətinin maliyyə göstəriciləri PİSLƏŞİB
Bu gün, 11:10
• Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi - FOTO
Bu gün, 11:08
• "Tovuz-Baltiya"nı kimlər ələ keçirmək istəyir: Mehdiyev klanının "konyak reketliyi" – ŞOK təfərrüat
Bu gün, 11:01
• “Mədəniyyət naziri müstəqil qələm sahibləriylə düşməndir” – Yazıçı
Bu gün, 10:57
• Ramiz Əzizbəylinin 6 ay əvvəl tutulan kürəkəni barədə HƏBS QƏRARI - Dələduzluq və...
Bu gün, 10:48
• “İrşad Electronics”in bu mağazasından texnika alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:45
• AYNA Naxçıvanda sürücülərə rəsmən DİVAN TUTUR... - " ‘AzParking’ yoxdur, amma cərimələr gəlir..."
Bu gün, 10:40
• Qusarda MÜƏMMALI QƏZA: 6 yaşlı uşağın ölümünə səbəb olan sürücü... - NARAHATLIQ VAR...
Bu gün, 10:24
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
Bu gün, 10:09
• Mehdiyevə həbsdən xilas yolu - HƏKİM RƏY VERƏRSƏ Kİ...
Bu gün, 10:01
• "Məni ata-baba torpaqlarıma qaytarsınlar, burda ZÜLM ÇƏKİRİK" - VİDEO
Bu gün, 09:54
• Əliyev nədən narazıdır? Paşinyan hansı addımları atmağı düşünür?.. - "Hraparak"
Bu gün, 09:40
• Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvləri ilə bağlı QƏRAR
Bu gün, 09:37
• Sərt siyasi mesajdır: AİB-nin hesabatı İrəvanı qorxutdu - Nələr olacaq?
Bu gün, 09:31
• “Şəki yaylası”ndakı faciənin şahidləri danışır... - “sanki bizi hipnoz etdilər…”
Bu gün, 09:24
• Lüksemburqdakı işini buraxdı, AZCON Holdinqdə yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 09:15
• “Piter Elçin”in qardaşını öldürən şəxs yenidən məhkəmə qarşısına çıxarılır - DETALLAR
Bu gün, 09:04
• Azərbaycan Rusiyadan təbii qaz alışını yenidən bərpa edir - NƏ BAŞ VERİR?
Bu gün, 09:01
• Maşınla piyadanı vuraraq öldürən sürücüyə 4 il 6 ay həbs cəzası verildi, hüquqi varis 87,6 min tələb etdi - TƏFƏRRÜAT
Bu gün, 08:59
• İcra hakimiyyətlərinin LƏĞVİ PROSESİ... - YENİDƏN GÜNDƏMDƏ...
Bu gün, 08:57
• Azərbaycanda qiyabi təhsil ləğv edilir? – Gözlənilən yeni sistem
Bu gün, 07:06
• Müdafiə sənayesində dörd ölkə arasında böyük əməkdaşlıq sazişi imzalanacaq - KİV
Bu gün, 07:03
• "Biz bu əşyaları konfet kağızına almırıq..." - ETİRAZ
Bu gün, 06:59
• Ölkənin BAŞ MALİYYƏÇİSİ bunları GÖRMÜRMÜ? - İLGİNC
Bu gün, 06:47
• Paşinyanın sülh planı və 102-ci Rusiya bazası... - Üzeyir Cəfərov nə deyir?
Bu gün, 06:30
• Yoldaş Hətəmov da QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 06:23
• “Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Əməkdar artist
Bu gün, 06:20
• ABŞ, Ukrayna və Aİ Rusiya ilə dialoq üzrə razılaşdırılmış mövqe hazırlayıb - KİV
Bu gün, 06:18
• Ağsu RQİİ-də vəzifə saatla olur?  - BU NƏDİ BELƏ?
Bu gün, 06:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru