SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı: - “Hədəf Avropa şəhərləridir”
Tarix: 28-03-2024, 06:56 | Çap et
“Crocus City Hall” terroru və qlobal müharibə siqnalı:
Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Moskvanın “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktı, hadisənin səbəb-nəticə əlaqəsi və bundan sonra gözlənilən prosesləri təhlil edib. Beləliklə:

- Nə baş verdi Moskvada? Bu faciəyə nə ad vermək olar?

- Mənim üçün nə baş verdiyi deyil, baş verənin dövlət tərəfindən necə təqdim olunması önəmlidir. Əsas olan dövlətin baş vermiş hadisəni kimlərlə və nələrlə əlaqələndirəcəyi və kimi günahkar görəcəyidir. Hələlik dövlət bu məsələdə yekdil qərar qəbul etməyib, istintaq davam edir, versiyalar və işarələr var ki, bu işarələr də Ukraynaya aparır.

Hesab edirəm ki, bu, təkcə bir faciə deyil, bu, böyük bir siyasi hadisədir. Moskva bu hadisəyə siyasi qiymət verəcək. Burada da əsas olan günahkar axtarmaq deyil, faktın özünü siyasətlə əlaqələndirməkdir. Təkcə Rusiyada deyil, bütün dünyada hakimiyyətlər böhran vəziyyətlərini öz xeyirlərinə həll etməyə çalışırlar. Əgər dövlətin düşməni varsa, hakimiyyət hadisəni həmin düşmənlə, yaxud düşmənə xidmət edən “beşinci kolon”la əlaqələndirməyə çalışır. Bu baxımdan düşünürəm ki, Rusiya dövləti bu hadisənin köklərini Ukraynaya bağlayacaq və bunu da əsaslandıra biləcək.

- Öncə erməni faktoru, sonra İŞİD izi, ardınca taciklər və nəhayət, diqqətlər Ukraynaya yönəldi. İndi Moskva ipin ucunu harada axtarır?

- Gəlin məntiqi ardıcıllığa nəzər salaq. Terror aktının radikal dini qruplaşma tərəfindən törədildiyi bəyan edilib. Amma qruplaşma bunun icraçısı ola bilər. Deməli, qruplaşmanın arxasında sifarişçi qüvvə var. Həmin qüvvə Ukrayna ola bilər, çünki Ukrayna ABŞ-ın forpostudur. İndi diqqət edin: İŞİD-i kim yaradıb? Rusiyada birmənalı fikir var ki, İŞİD-i Amerika yaradıb və himayə edir. Zəncir beləcə tamamlanır: hadisəni radikal terror təşkilatı törədib, onun arxasında Ukrayna dayanır, onun da arxasında ABŞ. Amerika harda varsa, orda İsrail də var. Eyni zamanda, ipin digər ucu Avropa dövlətlərinə aparıb çıxara bilər. Bilirsiniz, vacib olan bizim üzərində dayandığımız versiyalar deyil, əsas olan Moskvanın bunu kimin boynundan asacağıdır. Hesab edirəm ki, Moskva hadisənin səbəbkarı kimi Kiyevi göstərəcək.

- Və bu, nələrə səbəb olacaq?

- Bu, Avropaya münasibətdə yeni vəziyyətin yaranmasına səbəb olacaq. Rusiyanın Avropa dövlətlərini vurması üçün ciddi imkanlar yaradır. Bildiyiniz kimi, hazırda bəzi Avropa dövlətləri Ukraynaya əsgəri yardım göstərilməsini müzakirə edir. Məsələn, Fransa 2 min nəfərlik qruplaşma hazırlayıb, sabah bu rəqəm 12 minə, 22 minə qaldırıla bilər, vəziyyət nəzarətdən çıxa bilər. O zaman artıq Avropa şəhərlərinə atom bombası atılması üçün bu hadisədən istifadə oluna bilər. Yəni, Fransa bizim ölkəmizdə terror aktı törədirsə, onu bombalamalıyıq. Qısası, Moskvada baş vermiş hadisə Avropanı vurmaq üçün çox gözəl bir zəmindir.

- Belə düşünənlər var ki, “Crocus City” hadisəsi Kremldə ssenariləşdirilib – Ukraynaya qarşı daha ağır metodlardan istifadə etmək üçün...

- Mən belə güman etmirəm. Onsuz da Rusiya Ukraynanı dağıdır, yerlə yeksan edir. Bu gün Rusiyanın Lvovu, ya da başqa bir Ukrayna şəhərini vurmaq üçün əlavə hansı bəhanəyə ehtiyacı var ki? Yaxud atom silahını Lvova niyə atsın? Lvov Moskvanın burnunun ucundadır. Yəni, hədəf Ukrayna deyil, Avropadır. Ukraynaya yardımları kəsmələri üçün Avropa şəhərləri vurulmalıdır. Konkret olaraq, zənnimcə, hədəf Fransadır, onun şəhərləridir. Əgər Fransanın şəhərləri bombalanarsa, o zaman Paris Kiyevə yardımları dayandıra bilər.

- Putinin sözçüsü Peskov xüsusi hərbi əməliyyatın müharibəyə çevrildiyini bildirdi. Bu məqam da dediyiniz kimi, müharibənin Avropa şəhərlərinə daşınacağı anlamına gəlir?

- Peskov sonradan izahat verdi ki, sizin qeyd etdiyiniz fikri təhrif olunub. O demək istəyib ki, “bizim xüsusi hərbi əməliyyatın qarşılığında bizimlə bütün dünya vuruşur”. Bu, o deməkdir ki, Rusiya xüsusi hərbi əməliyyatın statusunu dəyişməyib. Amma dəyişmək, müharibə elan etmək mümkündür. Bu da o halda ola bilər ki, Rusiya cəbhə boyu uğursuzluğa düçar olsun. Belə olarsa, müharibə elan oluna və proses atom müharibəsinə qədər gedib çıxa bilər. Təbii ki, müharibə zamanı hədəf Ukrayna deyil, Avropa əraziləri olacaq.

- Yuxarıda sözügedən terror aktının Kreml tərəfindən ssenariləşdirilməsi versiyasını istisna etdiniz. Yaxşı, xaricdən sifariş edilibsə, o zaman Rusiya xüsusi xidmət orqanları, polisi, mühafizə sistemi hara baxırdı?

- Bu hadisə o halda Rusiya xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilə bilər ki, 11 sentyabr hadisəsi ABŞ xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin, İspaniya qatarın partladılması və 193 nəfərin həlak olması bu ölkənin xüsusi xidmət orqanlarının səriştəsizliyi kimi qiymətləndirilsin və ilaxır. Sözsüz ki, Rusiya xüsusi xidmət orqanları haradasa səhv buraxıb, təhlükəsiliyi yetəri səviyyədə təmin edə bilməyiblər. Amma bu, o demək deyil ki, rus xüsusi xidməti səriştəsiz adlandırılmalıdır. Terrordan hansı dövlət sığortalanıb ki? Ötən ilin oktyabrında İsraildə baş verənləri heç kim unutmayıb.

- Bəlkə, Rusiya dövləti özü bunda maraqlı idi..?

- Niyə Rusiya bunda maraqlı olmalıdır? Məgər Rusiya cəmiyyətində hakimiyyətə qarşı etiraz dalğasımı var, hökumətin qərarlarına mane olmaq iqtidarında olan siyasi qüvvəmi var ki, bunu etsinlər? Kim Kremldə qəbul olunan qərarları şübhə altına ala, hakimiyyət daxilində problem yarada bilər? Yaxud hakimiyyət hansı siyasi qüvvələrin səsini kəsmək üçün belə bir addım atmalıdır? Bütün bu versiyalar mövcud deyil. O zaman Moskva heç bir halda bu cür hadisənin baş verməsində maraqlı ola bilməz!







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru