Adam Cəbrayılın "Əzrayılı" olubmuş ki... - Başı dərddə...
Tarix: 19-03-2016, 17:27 | Çap et
 Cəbrayıl rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin fəaliyyətinin yoxlanılmasına qərar verilib. Buna səbəb onun vəzifədə olduğu müddətdə dövlət vəsaitlərinin təyinati üzrə xərclənməsinə dair kifayət qədər ciddi şübhələrin yaranmasıdır.
Bu barədə Qaynar.info-ya məlumat verən etibarlı mənbənin sözlərinə görə, rayonun yeni icra başçısı təyinatı gecikir. “Buna səbəb məhz haqqında danışılan şübhələrdir. Artıq Mahmud Quliyevin icra başçısı olduğu dövrün təftişi ilə bağlı hazırlıqlar görülür. Yoxlamaların martın 25-dən sonra başlanılması gözlənilir. Təftiş nəticəsində ortaya çıxarılacaq korrupsiya faktlarının sabiq icra başçısına ciddi başağrısı yaratması istisna edilmir. Hətta onun cinayət məsuliyyətinə cəlb edilməsi də ən mühüm ehtimalllardan biridir. Yalnız bundan sonra rayona yeni icra başçısının təyin ediləcəyi deyilir. Bu böyük ehtimalla Quliyevin xələfinə icra başçısı postunu problemlərsiz təslim etmək istəyi ilə bağlıdır” deyə mənbəmiz əlavə edib.
Xatırladaq ki, ölkə başçısının 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Mahmud Quliyev prezidentin 3 mart 2016-cı il tarixli sərəncamı ilə həmin vəzifədən azad olunub. Onun vəzifəsi ilə vidalaşmasında əsas amil kimi bu ilin yanvar ayında Cəbrayıl sakinlərinin sosial tələblərlə etiraza qalxması və bundan sonra sabiq icra başçısının etirazçılarla görüşüb onlardan bəzilərinin ünvanına təhqir yağdırması göstərilir.
Mənbəmizin dediyinə görə, M.Quliyevin bu davranışının sosial şəbəkələrdə geniş əks-səda doğurduğunu nəzərə alaraq, onu Prezident Administrasiyasıən çağırıblar. “Burada sabiq icra başçısı ciddi tənbeh edilib, eyni zamanda yaxın vaxtlarda postundan kənarlaşdırıla biləcəyinə dair xəbərdarlıq olunub. Quliyev söyüş qalmaqalının ona qarşı təxribat olduğunu desə də, bu inandırıcı qarşılanmayıb” deyə qaynağımız vurğulayıb.
Mənbəmizin sözlərinə görə, vəzifəsindən azad edildikdən təxminən bir həftə sonra M.Quliyevin istirahət və səhhət səbəbilə ölkəni tərk etməsi də maraq doğurur: “Əgər onun fəaliyyəti ilə bağlı genişmiqyaslı yoxlamalar başlayarsa, sabiq icra başçısı ölkəyə qayıtmaya da bilər. O, Cəbrayıl rayonuna rəhbərlik etdiyi dövrlə bağlı ciddi korrupsiya və digər qanunsuzluq vasitələrinin aşkarlanmasından, nəticə etibarilə isə bunun hətta azadlığını itirmək riski yaratmasından ciddi əndişə keçirir, böyük ehtimalla vəzifəsindən kənarlaşdırıldıqdan qısa vaxt sonra ölkədən getməsi də planlı hərəkət olub, hətta onun məlum qorxuları səbəbindən ölkəyə qayıtmaması da istisna olunmamalıdır".
Qaynağımız deyib ki, yuxarı dairələrdə M.Quliyevin fəaliyyətindən narazılıqlar xeyli müddətdir mövcud olub, Cəbrayıl sakinlərinin bu ilin yanvarındakı etiraz aksiyası və sabiq icra başçısının vətəndaşlara qarşı həqarətli davranışı səbr kasasını daşıran son damlaya çevrilib. Onun icra başçısı ikən fəaliyyətinin təftişinə dair qərar verilməsi ilə bağlı qeyri-rəsmi bilgilər isə Quliyevin başı üzərindəki “qara buludlar"ın nəinki dağıldığını, hətta daha da sıxlaşdığını göstərir.
Onu da deyək ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini hazırda Arif Fərzəliyev icra edir. Qaynar.info-nun etibarlı mənbəsi Fərzəliyevin uzun müddətdir rayon İcra Hakimiyyəti başçısının müavini postunu tutduğunu deyib. M.Quliyev “vurulduqdan” sonra isə onun vəzifəsinin icrası adıçəkilən müavininə tapşırılıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
| • Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07 |
|
|
|
| • Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57 |
|
|
|
| • “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55 |
|
|
|
| • Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54 |
|
|
|
| • Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50 |
|
|
|
| • Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46 |
|
|
|
| • KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
|