Adil Vəliyevin daha bir yeyinti ünvanı - Başçıya söykənən bələdiyyə talanı
Tarix: 1-06-2016, 09:31 | Çap et
 Ölkəmizdə bələdiyyələrin yaranması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd edək ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr müstəqil respublikamızın tarixində yeni bir qurumdur. Avropa və eləcə də, dünyanın ayrı-ayrı ölkələrində bələdiyyələrin fəaliyyət göstərdiyi müddət yüz illərlə ölçülürsə, ölkəmizdə bələdiyyələrə 1999-cu ildən başlayaraq seçkilər keçirilib. Ötən illər ərzində bələdiyyələrin fəaliyyətinin güclənməsi istiqamətində ciddi islahatlar keçirilib. Bildirək ki, bələdiyyənin yerli büdcəsinin formalaşması əsasən fərdi yaşayış evlərindən, ticarət obyektlərindən və cox mərtəbəli binalardakı özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına həyata keçirilir. Apardığımız qısa araşdırmalar isə göstərir ki, bəzi bələdiyyələrin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilməyib. Gundelik-baku.com-un əməkdaşları paytaxtın Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibovun işində yol verdiyi neqativ məqamlarla bağlı ilginc məlumatlar əldə edib. Lakin həmin bilgilərə toxunmamışdan öncə qısaca vurğulamaq istəyirik ki, Bakıxanov qəsəbəsi şəhərtipli qəsəbədir. Ərazisi 12 kv.km-dir. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu alıb, “Stepan Razin qəsəbəsi” adı verilib və 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılıb. Qəsəbənin əhalisi 83.732 nəfərdir (qeydiyyatda 74.747) və bu Sabunçu rayon əhalisinin təxminən 35%-ini təşkil edir. Qəsəbədə 5 bank filialı, 4 poçt şöbəsi, 12 tam orta məktəb, 2 orta ixtisas kolleçı, 8 səhiyyə müəssisəsi, 9 özəl səhiyyə müəsisəsi, 15 məktəbəqədər müəssisə, Gənclər evi, Adil İsgəndərov adına Mədəniyyət sarayı, musiqi məktəbi, Mərkəzi Kitabxana kimi mədəniyyət ocaqları fəaliyyət göstərir. Bələdiyyəyə sədrlik edən Ramis Nəsibov haqda da qısaca bilgi vermək istəyirik. O 1964-cü ildə anadan olub. 1982-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin mexanika fakultəsini bitirib. 1994-1999-cu illərdə Moskva Dövlət Sosial Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Sabunçu rayon Mənzil Təsərrüfat Birliyinin 44 saylı MİS-ində fəhlə işindən başlayıb. 1985-ci ildə həmin İdarənin 81saylı MİS-də texnik, 1990-cı ildən 86 saylı MİS-də mühəndis, 47 saylı MİS-də müvəqqəti rəis vəzifəsində çalışıb. 2005-ci ildə Sabunçu rayon Bakıxanov Bələdiyyəsində Ərazi mülkiyyətinin İdarə etmə Şöbəsinin müdiri vəzifəsində çalışıb. 23 dekabr 2009-cu ildə III çağırış bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilib. 30.07.2015-ci il tarixli bələdiyyə iclasının qərarı ilə Bakıxanov bələdiyyəsinin sədri seçilib. Saytımıza verilən məlumatda bildirilir ki, gələn ay bu vəzifədə 1 ilini tamam edəcək Ramis Nəsibov qəsəbənin abadlaşdırılması adı altında külli miqdarda vəsaiti şəxsi maraqlarına qurban verib: В«Belə ki, sədr qəsəbədə məhəllədaxili yolların təmiri görüntüsü yaratmaqla müəyyən planlarını həyata keçirir. Məsələn, Ş.Kamilov və N.İsmayılov küçələrinin kəsişməsi, o cümlədən qəbiristanlığa gedən yolda guya bir neçə ay əvvəl təmir bərpa işləri aparılıb. Halbuki, sözügedən yol hazırda bərbad vəziyyətdədir. Sədr isə bu işləri yüksək səviyyədə gördüyünü deməklə rayon rəhbərliyinin yanında hörmətini artırmağa çalışır. Bir məsələni demək lazımdır ki, qəsəbə ərazisində təmir-bərpa işlərini Bakıxanovda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər görür. Bələdiyyə sədri hər iş adamına bir şeyi tapşırır. Bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin isə hansı işlərə sərf edildiyi bilinmir. Bakıxanov bələdiyyəsinin inzibati binasında aparılan təmir işləri zamanı da əyrintiyə yol verilib. Bir sözlə, Bakıxanov bələdiyyəsinin icra etdiyi layihələrin bir çoxunda maliyyə maxinasiyalarına yol verilir ki, bunun da xeyrini bələdiyyə sədri görürВ». Başqa bir iddiaya əsasən, general Mehmandarovun adını daşıyan parkda da abadlıq işləri adı altında böyük məbləğdə vəsait göyə sovrulub. Bu məsələnin detalları və Ramis Nəsibovun sahibi olduğu ticarət obyektləri ilə bağlı növbəti yazımızda bəhs edəcəyik. Həmçinin sədrin nəyə görə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adından tez-tez istifadə etməsi məsələsinə də toxunacağıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Bu gün, 17:57 |
|
|
|
| • Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Bu gün, 17:55 |
|
|
|
| • Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
| • "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Bu gün, 17:48 |
|
|
|
| • Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 17:46 |
|
|
|
| • Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Bu gün, 17:44 |
|
|
|
| • Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Bu gün, 17:42 |
|
|
|
| • Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Bu gün, 16:35 |
|
|
|
| • Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Bu gün, 16:33 |
|
|
|
| • Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Bu gün, 16:31 |
|
|
|
| • BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Bu gün, 16:28 |
|
|
|
| • Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Bu gün, 16:24 |
|
|
|
| • Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Bu gün, 16:19 |
|
|
|
| • Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Bu gün, 16:17 |
|
|
|
| • Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Bu gün, 16:15 |
|
|
|
| • Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Bu gün, 16:11 |
|
|
|
| • Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Bu gün, 16:09 |
|
|
|
| • “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Bu gün, 16:01 |
|
|
|
| • Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Bu gün, 15:59 |
|
|
|
| • Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Bu gün, 15:57 |
|
|
|
| • Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Bu gün, 15:52 |
|
|
|
| • “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40 |
|
|
|
| • Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35 |
|
|
|
| • Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27 |
|
|
|
| • AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15 |
|
|
|
| • Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42 |
|
|
|
| • Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41 |
|
|
|
| • "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40 |
|
|
|
| • İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38 |
|
|
|
| • Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36 |
|
|
|
| • Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14 |
|
|
|
| • Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57 |
|
|
|
| • Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55 |
|
|
|
| • Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53 |
|
|
|
| • AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31 |
|
|
|
| • “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04 |
|
|
|
| • “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02 |
|
|
|
| • Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01 |
|
|
|
| • SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55 |
|
|
|
| • Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53 |
|
|
|
| • Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46 |
|
|
|
| • Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39 |
|
|
|
| • 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34 |
|
|
|
| • Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26 |
|
|
|
| • İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24 |
|
|
|
| • “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19 |
|
|
|
| • Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08 |
|
|
|
|