SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Çovdarovun axtarışda olan qudası necə qaçıb? - Müdhiş gizlinlər
Tarix: 13-10-2016, 08:59 | Çap et
Çovdarovun axtarışda olan qudası necə qaçıb?
“Dəmir Bank”ın sədri olmuş Roman Əmirçanov xaricdə gizlənir, MTN generalının bandasının cinayətlərinin üstü açılıb Bankın hazırkı rəhbərliyi əmanətçilərə qarşı 2 milyardlıq yeyintiyə görə filial müdirini “günah keçisi” çıxarıb, vaxtilə OMON-çuları maliyyələşdirən müəssisə indi məsuliyyətdən yayınır MTN generalı Akif Çovdarovun işi üzrə hər gün qat bağlamış cinayətlərin üstü açılır. Məlum olur ki, Çovdarovun geniş çevrəsi olub və bütün sahələr üzrə quldur şəbəkəsi yaradılıb.

Kürəkənlə qudaların bandası

“Gündəm-xəbər”in əldə etdiyi son özəl məlumata görə, artıq Çovdarovun qudası da həbsin bir addımlığındadır. “Dəmir Bank”ın sədri olmuş Roman Əmirçanov general qudasının həbsindən sonra ölkədən qaçıb. Hər ikisi gürcüstanlı olan qudalar eyni kamerada belə saxlana bilər. Ancaq bankir xarici ölkələrin birində gizlənir və axtarışdadır. Çovdarov həbs edildikdən sonra ikinci kürəkəni, yəni “Dəmir bank” sədrinin oğlu Rəşad Əmircanov MTN sıralarından uzaqlaşdırıldı. Əslən Borçalının Qaçağan kəndindən olan MTN şöbə rəisi, polkovnik-leytenantı Rəşad Əmircanov sərəncama göndərildi. Onun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib. Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib. Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər. Rəşad Əmircanov 1993-1996-cı illərdə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutub. Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanov Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyevin yaxın qohumu və haqqında söz-söhbət gəzən gizli “Qaçağan klanı”nın əsas simalarından biridir. Bundan sonra Dəmir Bankın İdarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi araşdırılmağa başlandı. Bəzi iddialara görə, Çovdarovun həbsindən sonrakı ilk vaxtlarda Roman Əmircanov Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyada idi. Mənbənin sözlərinə görə, Respublika Prokurorluğunda artıq müfəssəl məlumat var. Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adıçəkilən bankda leqallaşdırılıb. Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsilə Qafqaz İnkişaf bankının Tiflis fililalına köçürüb. Roman Əmirçanovun bu olaylarla bağlı həbs ediləcəyini bildiyi üçün dərhal ölkəni tərk edib.

“Günah keçisi” və əmanətçilər üsyan edir

“Gündəm-xəbər” in əldə etdiyi məlumata görə, sözügedən müəssisə bu hadisələrdən sonra çıxılmaz vəziyyətlə qarşılaşıb. Vaxtı ilə OMON-çuları maliyyələşdirən "Dəmir Bank" indi də Çovdarovun əsirinə çevrilbimiş. “Dəmir bank”ın hazırki rəhbərliyi isə əmanətçilərin qarşısında məsuliyyətdən yayınmaq üçün Səbael filialının müdiri olmuş Fərəh Rəşadətlini qabağa verir. Onu “günah keçisi” çıxarmaqla bank rəhbərliyi canını qurtarmaq istəyir. Belə ki, Rəhman Hacıyev və bankın bütün rəhbərliyi məsuliyyətdən filial müdirinin hesabına yayınmağa çalışır. Hətta filial müdirini işdən azad ediblər. Bununla guya görüntü yaratmağa çalışıblar ki, əsl təqsirkar cəzalandırılıb. Halbuki, bu nağıla inanmaq üçün kifayət qədər sadəlövh olmaq lazımdır. Bu qədər həngamə, ajiotaj, cinayətin tən ortasında təkcə şöbə müdirinin əli olduğu iddia etmək gülüncdür. Hər halda Azərbaycan reallığında nəinki filial müdiri, hətta idarə heyətindən kimsə özbaşına addım ata bilməz Məlumatda bildirilir ki, bank rəhbərliyi uğursuz bir oyuna girib. Ali Məhkəmədə olan himayədarları da kömək edə bilməyəcək. Belə ki, Səbail filialı əmanətçilərlə müqavilə bağlayıb, onlara əmanət kitabçası verib, lakin pulun hesaba yatırılmadığı aşkarlanıb. Bu xəbər ölkə mətbuatında rezonans doğrumuşdu. Dəmir Bankla müştəriləri arasında münaqişəli vəziyyət hazırda kulminasiya nöqtəsinə çatıb. Əmanətçilər pullarını geri almaq istədikləri halda bank min bəhanə ilə vətəndaşların qoyduğu əmanətləri geri vermək istəmir. Onların arasında şəhid ailələri, hətta Milli Qəhrəmanlarımızın ailə üzləri də var. Dəmir Bank isə şəhid ailələrinin, Milli Qəhrəmanımızın ailə üzvlərinin əmanətini geri vermir.

7 milyonluq fırıldaq - şok adlar

“Gündəm-xəbər”ə çatan məlumatlara görə, həmin şəxslərə aid əmanətlərin ümumi məbləği 3 milyon manata yaxındır. Banka təqdim edilmiş pullar hesaba oturdulmayıb. Ardınca daha bir neçə nəfərin də bu şəkildə aldadıldığı üzə çıxıb. Toplam məbləğin isə 7 milyon manata yaxın olduğu deyilir. Dəhşətlisi budur ki həmin əmanətçilər arasında xalq şairi Xəlil Rza şəhid oğlu, Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvləri da var. Bu barədə mətbuat yazıb. Əmanətçilər iddia edirlər ki, həmin pullar mənimsənilib. Bank rəhbərliyi əmanətçilərə bildirib ki, pul filialda yoxa çıxıb. Bununla F.Rəşadətlini günahkar çıxararaq özləri məsuliyyətdən qaçır. Halbuki, bütün işlərin altında Çovdarov və xaricə qaçmış qudası çıxır. Aydındır ki, külli-miqdarda pulu filial müdiri təkbaşına mənimsəyə bilməz. “DəmirBank” Müşahidə Şurasının sədri Rəhman Hacıyev, onun kürəkəni, bankın idarə heyətinin sədri Fərid Abbasov, Səbail filialının müdiri Fərəh Rəşadətli, müxtəlif vaxtlarda filialı təftiş edən Oqtay Şirinov, baş direktor Oktay Əliyev ciddi bir addım atmırlar.
Əmanətçilər bildirir ki, onların "DəmirBank"da depozit hesabı açmalarına səbəb bankın xarici səhmdarlarının olması olub. "DəmirBank"ın xarici səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Əmanətçilər düşünüb ki, xarici səhmdarı varsa, o bankda mənimsəmə olmayacaq. Çirkli pullar və offşor zonalar “Gündəm-xəbər”in məlumatına görə, Roman Əmircanovun istintaqa təqdim edilib. İddialara görə, Dəmirbankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və Maliyyə Nəzarəti Departamentinin direktoru Zülfiyyə Cəfərovanın da başı dərddədir. Faktiki olaraq Roman Əmircanov Akif Çovdarova çirkli pulların leqallaşdırılmasında, külli miqdarda maliyyə vəsaitlərinin Hollandiyanın İNG Bankına və offşor bölgələrdəki banklara köçürə bilib. Bu qanunsuz bank əməliyyatları zamanı Akif Çovdarov qudası Roman Əmircanova müəyyən faiz də verib. Bu isə Dəmirbank İH sədrinin fantastik varlanmasına gətirib çıxarıb. Nəticədə isə Roman Əmircanov eyni zamanda Dəmirbankın səhmlərinin 20 faizinə sahib olub. Mənbə bildirib ki, Akif Çovdarov Roman Əmircanov vasitəsiylə 2 milyard dollara yaxın maliyyə vəsaiti leqallaşdırıb və bir hissəsini offşor bölgələrdəki anonim hesablara köçürüb.

Böhran “DəmirBank”ı çökdürür

Ümumiyyətlə, son dövrlər ayrı-ayrı kütləvi informasiya vasitələrində ölkədə fəaliyyət göstərən müxtəlif bankların vətəndaşlarla kobud davranması, onların hüquqlarını pozmaları barədə müxtəlif səpkili materiallara daha çox rast gəlinir. İstər banklardan xarici valyuta ilə kredit götürən vətəndaşlar, istərsə də bankların borclandığı əmanətçilər onlara banklar tərəfindən ciddi problemlər yaradıldığını dilə gətirir, əlaqədar dövlət qurumlarının bu barədə sərt tədbirlər görməsini istəyirlər. Bildirilir ki, əsasən də “DəmirBank” qeyri-qanuni üsullarla vətəndaşların əmanət qoyduğu vəsaitləri mənimsəməklə məşğuldur. Güman edilir ki, F.Rəşadətli O.Şirinov arasında müəyyən anlaşmalar olub və bu məsələ ört basdır edilib. Yeri gəlmişkən məlumata görə bu müddət ərzində şikayətçi olan vətəndaşlardan birinin depoziti məbləğ az olduğu üçün qaytarılıb və bankın mərkəzi aparatına yoxlamaların nəticəsi olaraq bu faktdan da istifadə edilib “problem yoxdur” kimi məruzə edilib. Onu da deyək ki, “DəmirBank” ASC 2015-ci ilin ilk 2 ayını 5 milyon 918.85 min manat zərərlə başa vurub. Bank qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manat zərər edib. Beləliklə, bankın cəmi gəlirləri 7 milyon 358 min manat təşkil edib. “DəmirBank”ın qeyri-faiz əməliyyatları üzrə gəlir əldə etməməsinin səbəbi, məzənnə dəyişməsi (devalvasiya) nəticəsində 6 milyon 164 min manat zərər etməsidir. Bank, bir sıra qeyri-faiz əməliyyatları üzrə 1 milyon 357 min manat gəlir əldə etsə də, məzənnə dəyişməsi nəticəsində yaranmış 6 milyon 164 min manatlıq zərər qeyri-faiz əməliyyatları üzrə 4 milyon 807 min manatlıq zərərin yaranması ilə nəticələnib. “DəmirBank”ın cəmi xərcləri 9 milyon 152 min manat olub ki, bu da cəmi gəlirlərindən 20%-ə yaxın və ya 1 milyon 794 manat çoxdur. Zərər 21 fevralda baş vermiş devalvasiyadan sonra yaranıb. Bu ondan xəbər verir ki, iqtisadi böhanla bağlı lisenziyası ləğv edilmiş 13 bankın sırasında “DəmirBank” da olacağı istisna edilmir.

DİA.AZ olaraq yazıda adı keçən bütün tərəflərin mövqeyini çap etməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru