SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Gədəbəyi idarə edən kimdir? - Hər şey maliyyə idarəsindən keçir...
Tarix: 2-11-2016, 08:56 | Çap et
Gədəbəyi idarə edən kimdir?
Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov uzun illərdir ki, bu vəzifədə təmsil olunmasına baxmayaraq, hələ də rayonun maliyyə sisteminin inkişafı üçün elə də ciddi addım atmayıb. Belə ki, dövlət büdcəsindən rayona ayrılan maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti əlində cəmləyən Namiq Məmmədovun geniş biznes imkanlarına sahib olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, məhz maliyyə nazirinin birinci müavini Azər Bayramovun dəstəyi nəticəsində üzləşdiyi bir sıra problemləri asanlıqla yoluna qoymağa müvəffəq olub. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun qanundankənar əməllərindən şikayətçi olan şəxslərdən biri də adıçəkilən rayonun sakini, 20 Yanvar küçəsi, ev 14-də qeydiyyatda olan Oqtay Qara oğlu Əliyevdir. Belə ki, o, bir müddət öncə Gundelik-Baku.com-a etdiyi müraciətində bildirib ki, Namiq Məmmədov rayonun büdcəsindən istədiyi kimi istifadə edir: В«Əlimizdə faktlar var ki, rayonda mədəniyyət evi indiyədək 3 dəfə təmir olunub. Namiq Məmmədov Gədəbəyin büdcəsindən istədiyi kimi istifadə edir. Elə bil şəxsi büdcəsidir, nə istəyir onu da edir. Namiq Məmmədovun bu gün rayonda apteki, villaları var. Bildiyimə görə, o, Çin səfirliyinin yanında 16 mərtəbəni boya-boy götürüb, Sumqayıtda, Gədəbəydə Slavyanka kəndində məktəbin həyətində dayısı oğlunun adına villalar tikdirib. Namiq Məmmədov bunları hansı pulla, hansı gəlirlə əldə edib?В» Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi ilə bağlı əlində kifayət qədər faktın olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, Namiq Məmmədov rayonun büdcəsini dağıdıb yeyir: В«Odur ki, müvafiq qurumlardan onun fəaliyyətinin ciddi şəkildə araşdırılmasını xahiş edirəm. Yalnız bundan sonra Gədəbəy əhalisi azadlığa çıxa bilər. Qeyd edim ki, o, rayonun mədəniyyət evlərini də pis hala salıb. Əksər mədəniyyət evlərində sovet illərindən qalmış mebellər var. Əgər bununla bağlı yoxlama aparılsa, onda mədəniyyət evlərinə ayrılan vəsaitlərin taleyi bəlli olar. Bundan başqa, rayonun mərkəzi xəstəxananasının yaxınlığında Namiq Məmmədovun В«NurВ» kafesi, В«NurВ» marketi mövcuddur. Eyni zamanda, xəstəxananın əsas giriş qapısı dəyişidirilərək onun yerində özləri üçün kabinetlər düzəltdirib. Bir sözlə, o, ürəyi nə istəyirsə, onu da edirВ». Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Gədəbəy rayon sakinləri ciddi problemlər, sosial qayğılar məngənəsində boğulur. Bunun əsas səbəbkarı kimi maliyyə idarəsinin rəisini göstərən məlumatlı şəxs iddia edir ki, rayonun əksər kəndlərində məktəblər, klublar, kitabxana və mədəniyyət evləri, uşaq bağçaları, kənd xəstəxanaları fəaliyyətlərini ancaq kağız üzərində aparırlar: В«Deyilənlərə görə, rayona ayrılan vəsaitin böyük bir hissəsi köçürüldüyü andaca maliyyə idarəsinin rəisi Namiq Məmmədov tərəfindən mənimsənilir. Bura abadlığa ayrılan vəsaitlərdən alınan В«şapkaВ»ları və əməkhaqqından tələb olunan min bir adda В«ödənişВ»in məbləğini əlavə etsək, maliyyə rəisinin aylıq gəliri təxminən, 100-120 min manat, illik gəliri bir milyon iki yüz və bir miyyon dörd yüz min civarında olar. İş o yerə çatıb ki, bu gün Namiq Məmmədov icra başçısından heç də az səlahiyyətlərə malik deyil. Deyilənlərə görə, rayonda sahibkarların baş bəlasına çevrilmiş Namiq Məmmədov maliyyə naziri Samir Şərifovu da saymır. Bildirilir ki, onun Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi üçün əsas fiqur nazirin müavini, əslən gədəbəyli olan Azər Bayramovdur. Qeyd olunur ki, yalnız onun təlimatlarını və tapşırıqlarını eşidən Namiq Məmmədov yerli iş adamlarına göz verib, işıq vermir, onları əlavə problemlərlə üz-üzə qoyurВ». Bu arada, əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, rayonun ən imkanlı şəxslərindən birinə çevrilən Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov milyonların mənimsənilməsini rəsmiləşdirməkdə, ayrı-ayrı iş adamlarının əmlaklarının ələ keçirməkdə iştirak edib: В«Deyilənlərə görə, Namiq Məmmədovun fəaliyyəti son dərəcə narazılıq doğurur və maliyyə nazirinə saysız-hesabsız şikayətlər ünvanlanır. Lakin bu müraciətlər nazirin birbaşa ünvanına gəlib çatmır. Belə ki, Gədəbəyin maliyyə rəisinin kuratoru, həmyerlisi olan nazir müavini Azər Bayramov məktubların nazirin əlinə keçməsinə imkan vermir. Bu iyerarxik mərhələdə nazir müavini Gədəbəydən gələn şikayət məktublarını qəhətə çıxarır. Odur ki, Namiq Məmmədov Gədəbəydə sahibkarlara В«qan uddurmaqdaВ»da davam edir. Deyilənlərə görə, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi bir müddət əvvəl Əli Abdullayevə məxsus obyekti ələ keçirib. Belə ki, əvvəlcə həmin obyekt uçurdulub. Atılan belə bir addımdan sonra Əli Abdullayevin apardığı haqlı mübarizənin nəticəsi o olur ki, icra başçısının tapşırığı ilə rayonun Heydər Əliyev prospektində, ona yeni bir obyekt də tikilir. Lakin hələ Əli Abdullayev sağ ikən tikilmiş obyektə Namiq Məmmədov göz dikir. Elə ki, o, dünyasını dəyişir, həmin andan da bir çox proseslər cərəyan etməyə başlayır. Yəni, çox keçmir ki, inşası başa çatdırılmış obyekt icra hakimiyyəti tərəfindən satışa çıxarılır və ilk olaraq qeyd olunan obyekt, Məzahir adlı şəxsə 100 min manata təklif olunur. Bir qədər söz-söhbətdən sonra o, belə bir xəbər əldə edir ki, ona təklif olunan obyekt mərhum Əli Abdullayevə verilmək üçün tikilən obyektdir. Dərhal Məzahir adlı şəxs, qeyd olunan obyekti almaq fikrindən “vaz keçir”. Bu şəxsin belə bir yanaşmasının varlığına baxmayaraq, yaranmış fürsətdən yararlanmağa qərar verən Namiq Məmmədov 65 min manata obyekti ələ keçirə bilir. Maliyyə şefinin obyekti 500 manata icarəyə verdiyi bildirilir. Baxmayaraq ki, icarəyə verilən obyektin girişində “Uşaq Yaradıcılıq Mərkəzi” lövhəsi asılıb. Amma iş bununla bitmir. Rayonun Heydər Əliyev adına parkındakı çay evi də Namiq Məmmədova məxsusdur. Nazirin isə xəbəri yoxdur ki, idarə rəisi rayonda çayxana işlədir. Deyilənlərə görə, bütün bu obyektlər Namiq Məmmədov tərəfindən başqalarının adlarına sənədləşdirilib…» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlardırmağa hazırıq. P.S. Növbəti sayımızda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla bağlı əldə etdiyimiz daha ilginc bilgiləri diqqətinizə çatdıracağıq. Məhz o zaman biləcəksiniz ki, hazırda Gədəbəy rayonundakı obyektlərin böyük əksəriyyəti milyonçu, oliqarx məmur Namiq Məmmədova məxsusdur








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru