SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

“Yas yerinə də “Stefano Ricci” geyinən” keçmiş milyarder nisyə aldığı paltarların pulunu verə bilmir - FAKT
Tarix: 5-11-2016, 09:55 | Çap et
“Yas yerinə də “Stefano Ricci” geyinən” keçmiş milyarder nisyə aldığı paltarların pulunu verə bilmir
“Xəzər adaları” layihəsinin müəllifi, iflasa uğramış iş adamı Hacı İbrahim Nehrəmli qalmaqallı açıqlamaları ilə növbəti dəfə mətbuatın və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etdi. 1 milyard 200 milyon dollara yaxın şəxsi vəsaitini(Özünün iddia etdiyinə görə - red.), o cümlədən Azərbaycan Beynəlxalq Bankının yüz milyonlarla dollar kreditini “Xəzərə axıdan” keçmiş milyarder, bu dəfə dəbdəbəli geyimindən bəhs etməklə, gündəmə gəldi. Belə ki, Hacı İbrahim ölkə.az saytına açıqlamasında hətta yas yerinə gedəndə də başdan ayağa “Stefano Ricci” brendindən geyindiyini bildirib: “Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış 4 brenddəndir. Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.
İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.
Hacı İbrahim yas yerinə də tanınmış brendlərdən geyinib getdiyini deyir: “O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.

“Çarıqlı milyarder” köhnə ampluasında

Xatırladaq ki, Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankından aldığı yüz milyonlarla dollarlıq krediti hələ də qaytara bilmir. Bu məsələ ilə bağlı iş adamı bir müddət “Bandotdel”in zirzəmisində saxlanılsa da, sonradan sərbəst buraxıldı. Çünki Hacı İbrahimin Beynəlxalq Banka qaytaracaq nəinki milyonları var idi, heç onun qara qəpiyi də qalmamışdı. Bankdan götürülən pullar çoxdan Xəzər sularında əriyib getmişdi.
Əlbəttə, Hacı “Bandotdel”dən buraxılsa da, Beynəlxalq Bank milyonlarını ona bağışlamamışdı. Əksinə, iş adamı 2,5 milyard dollara yaxın pul xərclədiyi “Xəzər adaları”nı Beynəlxalq Bankın girovluğuna verməklə, həbsdən canını qurtarmışdı. Odur ki, bu gün “çarıqlı milyarder” kimi tanınan Hac İbrahimin “Stefano Ricci”nin dəyəri on minlərlə dollarlıq gödəkçələrini yasa geyinməsindən, 150-200 min dollarlıq saat taxmasından danışması qəribə qarşılanmaya bilməzdi. Çünki, əgər onun hələ də pulu varsa, ilk növbədə aylarla "Xəzər adaları"ında işlətdiyi və pullarını verə bilmədiyi fəhlələrə olan borcunu qaytarmalıydı...

“Mən o cür müsahibə verməmişəm”

Maraqlıdır ki, brend firmaların geyimlərindən istifadə etdiyi haqda məlum açıqlamasından sonra sosial şəbəkələrdə qınaq obyektinə çevrilən Hacı İbrahim “Yeni Müsavat”a açıqlamasında belə bir müsahibə vermədiyini, onun adından yalan yazıldığını iddia etdi: “Əslində, heç mənim o müsahibədən xəbərim yoxdur. Onu haradansa götürüblər, o geyimləri də yazıblar. Mən iki ilə yaxındır xaricə getmirəm, ölkədən çıxışıma qadağa qoyulub. Xaricə getməmişəmsə, o brend paltarları haradan və necə almışam?
Mən həmin saytın rəhbərliyi ilə əlaqə saxladım, onlar bu materialı “New York Times” qəzetində çıxmış müsahibəmdən götürüb, hazırlayıblar. Yeni formada veriblər” – deyə Hacı vurğulayıb.
Göründüyü kimi, Hacı İbrahim sözügedən fikirlərin ona məxsus olduğunu inkar etmir, sadəcə, bu haqda “New York Times” qəzetinə müsahibə verdiyini bildirir. Təbii ki, bu da heç nəyi dəyişmir və ölkə.az saytının yalan yazdığı anlamına gəlməməlidir. Çünki bütün hallarda Hacı “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış firmaların geyimlərini aldığını təsdiq edir.
İş adamı yerli deyil, məhz xarici firmaların geyimindən istifadə etməsini isə belə əsaslandırır: “Ölkəmizdə tekstil sənayesi inkişaf etmədiyindən, Azərbaycanda hamı xarici firmadan geyinir. Hamı kimi mən də hansısa firmadan geyinirəm. 20 il bundan əvvəl geyindiyim firmaların məhsullarından bu gün də istifadə edirəm. Burada heç bir qəbahət görmürəm. Hər kəs ürəyi necə istəyirsə, zövqlə geyinməyi bacarmalıdır. İstər bahalı firma, istər ucuzlu, fərq etməz. Mənim geyinim reklam mövzusu olmamalıdır”.
Hacı İbrahim hesab edir ki, onun geyiminin müzakirə mövzusuna çevrilməsi sifarişlidir: “Görünür, ortada qərəz və sifariş var... Mən məmur deyiləm ki, xalq desin ki, əynindəki geyimi, sürdüyü maşını, yaşadığı evi hansı pulla alıb? Mən az qala 30 ildir ki, bizneslə məşğulam. Qazandığım pullardan özümə paltar da alacam, ayaqqabı da, avtomobil də. Bütün dünyada iş adamlarının, milyonçuların həyatı bahalı olur. Cəmiyyətdə buna normal yanaşılır. O cümlədən də mən qazandığım vəsaitə uyğun yaşayıram. Azərbaycanın ilk rəsmi biznesmenlərindənəm. Daxmada yaşayası deyiləm ki? Yaxud, ucuz paltar geyinməyəcəm ki?”

“Stefano Ricci” brendini almaq üçün xaricə getməyə ehtiyac var?

“Yeni Müsavat”a müsahibəsindən belə anlaşılır ki, “Xəzər adaları” layihəsinin müəllifini daha çox saytda dərc olunan aşağıdakı fikirlər narazı salıb: “Yazıblar ki, guya firmalar Hacı İbrahimə paltar saxlayırlar, o da gedib götürür, özü də xaricdə. Bu məlumatlar yalan olduğuna görə, mən narahat oldum. Ölkədən çıxa bilmirəmsə, xaricdən necə paltar ala bilərəm?!”. Lakin dəyərli oxucuların diqqətinə çatdıraq ki, ölkə.az saytında Hacı İbrahimin geyimlərini məhz xaricdən aldığı haqda heç bir fikir yoxdur. Sayt iş adamının fikirlərini olduğu kimi qeyd edir: “...Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.
Hacının açıqlamasından belə anlaşılır ki, o, xaricə çıxışına qadağa qoyulduğunu xatırlatmaqla, “haqsız olaraq” qınaq obyektinə çevrilməsinə etiraz edir. Əslində isə, hörmətli Hacı İbrahim daha yaxşı bilir ki, sözügedən brend firmaların geyimini almaq üçün hansısa Avropa ölkəsinə getməyə ehtiyac yoxdur. Çünki onların Bakıda da mağazaları fəaliyyət göstərir. Məsələn, “Stefano Ricci” brendini paytaxtda bir neçə fərqli ünvandan əldə etmək olar(FOTOLAR.) Təbii ki, bu səbəbdən də iflas etmiş milyarderin “Stefano Ricci” geyimlərini almaq üçün ölkədən kənara çıxmasına ehtiyac qalmır.

“Stefano Ricci” Hacıdan pulunu tələb edir

Şübhəsiz, belə olduğu şəraitdə iş adamına zəng edib “filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir”deyənlər heç də xaricilər olmayıb. Çox güman ki, Hacıya həmin zənglər sözgüdən firmaların Bakıdakı mağazalarından daxil olurmuş. Hətta Hacı İbrahim bu firmaların ən sevilən və ən “cibiqalın” müştərilərindən olduğundan, hətta ona aldığı malların pulunu bir müddət sonra ödəmək haqda güzəşt də edilirmiş.

Bu barədə “Hürriyyət”in əməkdaşını bilgiləndirən mənbənin sözlərinə görə, keçmiş milyarder bəzən bu mağazalardan hər hansı birinə il ərzində toplam 1 milyon dollara yaxın ödəniş edirmiş. Odur ki, Hacı bütün var-dövlətini və Beynəlxalq Bankdan aldığı milyonları “Xəzərə axıdaraq” müflis olduqdan sonra da bu mağazalar bir müddət onu nisyə geyimlə təmin ediblər. Lakin o, son bir il müddətində aldığı malların pulunu ödəmədiyi üçün həmin firmalarla Hacı İbrahimin arasında ciddi narazılıq yaranıb. Mənbənin sözlərinə görə, xüsusən də “Stefano Ricci” son vaxtlar Hacıdan israrla 100 minlərlə dollarlıq borcunu tələb edir. Bildirilir ki, Hacı hər dəfə qarşı tərəfdən 1 həftə, 10 gün vaxt istəsə də, hələ də borcunu qaytara bilmir.
Bu baxımdan mənbə son günlər Hacı İbrahim Nehrəmlinin bahalı brendlərin geyimindən istifadə etdiyi haqda informasiyanın mətbuata sızmasını heç də təsadüf hesab etmir. Hansı ki, bütün bunlarla bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
Sonda isə xatırladaq ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin başlatdığı çoxfunksiyalı “Xəzər adaları” layihəsinin 60 milyard dollara başa gələcəyi və tikintinin 2016-cı ilin sonunda yekunlaşacağı bildirilirdi. Hətta Rusiyanın NTV telekanalı xəbər verirdi ki, bu layihə əvvəlcədən təxmin edildiyindən də iki dəfə artıq - 125 milyard dollara başa gələ bilər.
Xəzərdə salınacaq adalarda təxminən 1 milyon adamın yaşaya biləcəyi yaşayış kompleksi, ticarət-əyləncə obyektləri, o cümlədən hündürlüyü 1 kilometrdən çox olan (1050 metr) və hazırkı vəziyyətə görə dünyanın ən yüksək binası sayılacaq “Azerbaijan Tower” adlı göydələn inşa etmək planlaşdırılırdı.
Həmin vaxt Xəzərdə salınacaq süni adalar üzərində dünyanın ən hündür binasının inşa ediləcəyi haqda xəbərlər xarici mətbuatda maneşt olmuşdu. “The Wahsington Post”, “The New York Times”, “The Financial Times” kimi nüfuzlu qəzetlər, “Forbes” jurnalı, “Bloomberg” agentliyi və digər xarici KİV-lər bu barədə xəbərlərə geniş yer vermişdilər.
Hətta Hacı İbrahim Xəzərdə Heydər Əliyevin 13 metr hündürlüyündə heykəlini də qoymuşdu. “Bunu heç kim bilmir. Birinci dəfədir ki, sizə açıqlayıram. Əslində bunu cənab prezidentə sürpriz edəcəkdim. Ancaq bu gün sizə açıqladım” – deyə iş adamı mətbuata açıqlama vermişdi...
...Bu gün isə Hacı İbrahim geyim mağazalarına olan borcunu ödəmək iqtidarında deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru