SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

Mövlam Şıxəliyev 500 min dollar rüşvət verməyən iş adamına “fahişə” deyərək söyüb... -“İTTİHAM AKTI”
Tarix: 14-01-2017, 11:00 | Çap et
Mövlam Şıxəliyev 500 min dollar rüşvət verməyən iş adamına “fahişə” deyərək söyüb...
В«TəzadlarВ» xatırladır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışındadır… Məhkəmə prosesində iştirak edən “Təzadlar”ın əməkdaşı bildirir ki, yanvarın 12-də Bakı Hərbi Məhkəmədə keçirilən növbəti məhkəmə prosesində bu cinayət işi üzrə hazırlıq iclası başa çatdı, cinayət işi artıq məhkəmə baxışına verildi. Növbəti proses yanvarın 26-na təyin edildi…
(Əvvəli dünənki buraxılışda)
...İş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Sultanov Bahəddin Abdulla oğlu ifadələrində 1994-cü ildən 2004-cı il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 102 saylı Mənzil istismar sahəsinin rəisi, 2004-cü ildən 2005-ci ilədək isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işlədiyini, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil cinyətkərlıqla mübarizə idarəsində istintaq edilən cinayət işi üzrə dələduzluq ittihamı üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçildiyini qeyd edib göstərmişdir ki, 2007-ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirmişdir... Bununla yanaşı 1994-1995-cı illərdə Abşeron rayonunda, Bakı Sumqayıt yolunun “Vazın kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ədəd ferma və inzibati binalar tikdirərək oğlu İntiqamın adına sənədləşdirilmişdir. 2008-ci ildə Qazaxıstan Respublikasında tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gələrək ailəvi dostluq münasibətlərində olduğu “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovdan 1.000.000 ABŞ dolları istəmiş, Zal onun işlərinə bələd olduğundan rəhbərlik etdiyi fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra biləcəyini demişdir. O da oğluna həmin sənədləri götürüb Zal Yusifovun yanına getməyi tapşırmışdır. İntiqam ilə Zal Yusifov arasında 1.000.000 ABŞ dolları kredit verilməsinə dair müqavilə imzalanmış, torpağın girov müqaviləsi isə Abşeron rayonu, Xırdalan şəhərində 1 saylı notariusda tərtib edilmiş, buna baxmayaraq Zal Yusifov 3-4 ay müddətində krediti verməkdən yayınmış, müqavilə bağlananda oğlunun guya kredit pulunu alması barədə sənədlərə imza etdirmişdir. Zal Yusifov pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini demişdir. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb etmiş, Zal Yusifov isə oğlunun adına krediti götürdükdən sonra borclarını tamamilə qısa müdətdə bağlaması barədə arayış vermişdir. Həmin arayış əsasında 1 saylı notariusdan ferma və torpaq sahəsinin girov sənədlərini geri almışlar. Bundan az sonra, 2008-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi əsasında torpağı 810.000 manata sataraq pulun qarşılığında 1.000.000 ABŞ dolları alıb bir hissəsini tikintiyə yönəltmiş, qalanını isə evdə saxlamışdır.
2009-cu ilin əvvəllərində oğlu İntiqam MTN-nin Vüsal Ələkbərov adlı müstəntiqi tərəfındən dəvət edilmiş, o da oğlu ilə birlikdə oraya getmiş, Vüsal Ələkbərov onun Masis rayonundan olduğunu soruşduqda anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu demiş, atası Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını demişdir Vüsal onlara “Zal Yusifovla birlikdə dövətin pulun alıb yeyəndə bilmirdiz belə olacaq”-demiş, belə halın olmadığını, kreditin faktiki götürülmədiyini və bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirsə də, Vüsal Ələkbərov bankdan götürülmüş krediti ödəməyi tələb etmişdir.

“Rasim Musayevə vəziyyəti demiş, sonuncu isə MTN-nin İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırmışdır...”

Vüsal Ələkbərov İntiqamı və onu dəfələrlə MTN-nə çağırıb sorğu-sual edərək bankın pulunu ödəməyi tələb etmiş, o da torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim etmiş, Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu, kreditin ödənilməli olmasını demişdir. Belə olduqda əvvəllər Binəqədi rayon polis idarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə vəziyyəti demiş, sonuncu isə MTN-nin İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırmışdır. Bundan sonra Vüsal Ələkbərov onu yenidən çağırıb Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə danışdığını, bu işi həll etmək üçün 500.000 ABŞ dolları tələb olunduğunu, pul veriləndən sonra oğlunun adının siyahıdan çıxarılacağını demişdir. O isə Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyini dedikdə sonuncu “onda bizdən küsmə nəticə yaxşı olmayacaqdır”-demiş, bundan sonra Vüsal Ələkbərov 2009-cu ilin iyun ayında onu iki dəfə öz otağına çağırıb təklikdə krediti qaytarmasını tələb etməyə başlamışdır.

“Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olmuş, onu təhqir edərək krediti ödəməyi tələb etmiş, 15 iyun 2009-cu il tarixdə oğlu İntiqam həbs edilmişdir...”

Ona və oğluna başqa heç kim kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu demiş, həmin ərəfədə bir dəfə Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olmuş, onu təhqir edərək krediti ödəməyi tələb etmiş, 15 iyun 2009-cu il tarixdə oğlu İntiqam həbs edilmişdir. Daha 10-12 gün sonra Vüsal Ələkbərov onu çağırıb “rəbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni tutub içəri salaq”-demiş, bundan qorxub Vüsaldan kömək istəmiş, o da “gözlə gedim Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir”-deyərək getmiş, 10 dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360.000 ABŞ dolları tələb etdiyini, əks halda içəri basmağı dediyini bildirmişdir. Özünün də tutulacağından qorxub Vüsalın dediyi ilə razılaşmış, Vüsal özü üçün də əlavə 10.000 ABŞ dolları istəmiş və 360.000 dollarının ona aidiyyəti olmadığını deyərək balasının canına and içmiş, Vüsal Ələkbərov pulu həm onu tutmamaq, həm də oğlu İntiqam Sultanovu həbsdən azad etmək üçün istəmiş və öz telefon nömrəsini vermişdir. O da saat 15-16 radələrində qardaşı Mirzə Paşayevə zəng edərək 250.000 ABŞ dollarını evdən götürüb qohum, dost, tanışdan da almaqla ümumilikdə 360.000 ABŞ dolları düzəltməyi və MTN-nə gətirməyi tapşırmışdır. Vüsal Ələkbərov “pul gəlsin səni buraxaq çıx get, sonra da oğlunu buraxacağıq”-demiş, o da etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözləmiş, yanında mülki geyimli, 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, təxminən 175 sm boya malik adını bilmədiyi bir şəxs də olmuşdur.

“Mövlam Şıxəliyev yenə otağa girib Vüsala "bunu hələ salmamısan içəri, sənə dedim axı bu qəhbəni sal içəri”-deyib onu təhqir etmişdir...”

Növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib Vüsala "bunu hələ salmamısan içəri, sənə dedim axı bu qəhbəni sal içəri”-deyib onu təhqir etmiş, Vüsal Ələkbərov isə “rəis, gəlirlər, çatırlar”-demiş, saat 14-15 radələrində qardaşı Mirzə kirvəsi İbrahimlə birlikdə Vüsalın otağının qapısına gəlmiş, içəri daxil olmadan onunla uzaqdan görüşmüşdür. Vüsal Ələkbərov onlara Mövlam Şıxəliyevin otağına girəcəklərini demiş, 2- 3 dəqiqədən sonra Mirzə və İbrahimlə öz otağına qayıtmış, daha sonra Mirzəgili yola salmaq üçün gedən Vüsal otağa qayıdıb onunla 30 dəqiqə söhbət etmiş, “pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir”-demişdir. Sonra əvvəl istədiyi 10.000 ABŞ dollarını həmin gün saat 19:30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməsini tapşırmış və saat 15 radələrində onu yola salmış, o da evdən 10.000 ABŞ dolları götürüb yenidən MTN-nə qayıtmış, Parlament prospekti ilə hərəkət edib deyilən vaxtda MTN-nin hasarının tinində ara yolda avtomaşında gözləmişdir. Modelini xatırlamadığı tünd rəngli minik maşını ilə gələn Vüsal əli ilə işarə edib arxasınca gəlməsini bildirmiş, o da maşınını Vüsalın arxasınca sürmüş, həmin küçə ilə bir az irəliləyib dayanmışlar. O, maşından düşüb Vüsal Ələkbərovun avtomaşınında arxa oturacağa əyləşmiş, maşında qabaq sağ oturacaqda başqa bir nəfər də olmuş, həmin şəxs arxaya dönmədiyindən üzü tam görünməmiş, Vüsal Ələkbərov ondan 10.000 ABŞ dollarını qəbul edib “gələrsən kağızını verərəm, oğlunu götürüb gedərsən”-demişdir. Bundan iki gün sonra Vüsal Ələkbərov özü zəng edərək onu nazirliyə çağırmış, əsas giriş qapısında oğlunun həbsdən azad edilməsi üçün qərarı ona vermiş, o da qərarı Bakı İstintaq Təcridxanasına təqdim etmiş, həmin gün həbsdən azad edilən İntiqamın işi Zal Yusifovla birlikdə məhkəməyə göndərilmiş, məhkəmədə oğluna iki il şərti cəza verilmişdir...
(Davamı var)
“Təzadlar”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru