SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                     Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? .....                     “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                 

İcra başçısı müavininin tükürpədici cinayət dosyesi - Şok ittihamlar
Tarix: 8-03-2017, 08:47 | Çap et
İcra başçısı müavininin tükürpədici cinayət dosyesi
Bütün Ağcabədi bu hadisədən danışır. Rayonun çayxanalarında, iş yerlərində, taksi sürücüləri arasında fevralın 26-da baş vermiş olay müzakirə mövzusudur. “Gündəm-Xəbər”in verdiyi xəbərə görə, söhbət Xocalı soyqırımı günü Xocalı sakininin döyülməsindən gedir. Bu barədə mətbuatda informasiya yayılıb.

“Heç ermənilər tərəfindən...”

Adil Muğan oğlu Həsənəliyev Xocalı sakinidir. Medianın yaydığı məlumata görə, fevralın 26-da, yəni faciənin 25-ci ildönümündə Xocalı sakini Adil Həsənəliyev döyülüb. O, Ağcabədi Rayon İcra Hakimiyyətinin 1-ci müavini Rövşən Əhmədovun adamları tərəfindən vəhşicəsinə döyülüb. Bu haqda gozetci.az müfəssəl bilgilər verilməyib və təfərrüat açıqlanmayıb. Adil Həsənəliyev hadisədən sonra deyib ki, 25 il əvvəl heç ermənilər tərəfindən bu qədər vəhşilik görməmişdi.
Adil Həsənliyevi döyən şəxslərə lazımı cəzalar verilmir. Hadisənin detalları açıqlanmır. Xocalı sakini faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Amma indiyə qədər zərər çəkmiş şəxsin hüquqları təmin olunmayıb. Onun döyülməsinin səbəblərini araşdırarkən 1-ci müavini Rövşən Əhmədov haqda bəzi məlumatlarə əldə etmişik. Mediada gedən xəbərlərə görə, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub. İcra başçısı əvvəlcə onu “JEK” rəisi təyin edib. Rövşən Əhmədovun “bacarığı” bir müddət sonra onun vəzifəsinin artmasına səbəb olub.

Bıçaqlanma və sahibkarın ittihamı

“Gündəm-Xəbər”in mediaya istinadla verdiyi məlumata görə, Şahin Məmmədov əvvəlcə onu Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis təyin edib. Sonra Ağcabədi şəhərinin icra nümayəndəsi təyin edib. Bir müddət sonra Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat alıb. Rövşən Əhmədovla qalmaqallı olaylardan biri də onun hərbi xidmətdən yayınması ilə bağlı arayışdır. Hələ bir neçə il əvvəl sahibkar Teyyub Eminov Rövşən Əhmədovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmişdi. Həmin vaxt sahibkar media nümayəndələrinə bir sənəd nümayiş etdirmişdi. Hərbi komissarlığa təqdim edilən həmin sənəddə yazılıb ki, Rövşən Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil. Başqa bir insidentdə R.Əhmədovun adının çəkilməsini təsbit etmişik. Belə ki, illər əvvəl Ramiz adlı rayon sakini xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb. Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb. Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər. Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib. O zaman Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev isə hadisənin baş verdiyini təsdiqləyib.

Başçı müavinin obyektləri

Ümumiyyətlə, Xocalı sakini Adil Muğan oğlu Həsənəliyevin Xocalı faciəsi günü döyülməsi Ağcabədidə səs-küy doğurub. İcra başçısı və müavini Rövşən Əhmədovun Ağcabədidə yüzlərlə obyektləri var. R.Əhmədovun obyektlərinin siyahısını təqdim edirik: təzə xəstəxananın sağında-solunda mağazaları, “moyka”ları, aptekləri, rayonun Tofiq İsmayılov və Ənnağı Bünyatov küçələrində 300-400 kvadrat metrlik böyük “avtozapçast” mağazası, maşın təmiri sexləri, keçmiş qaçqınların yerləşdiyi Alman qəsəbəsi deyilən ərazidə qeyri-qanuni şəkildə icarə müqaviləsi bağlamaqla icarəyə verdiyi piltə, tamet sexləri, sement zavodu fəaliyyətdədir. Ağcabədidə bütün tikililər üçün lazımı materiallar bu sexlərdən gedir. Rövşən Əhmədovun Qarqar çayının üstündə böyük qum-çınqıl zavodu var. Bu zavodu o, icra başçısı Şahin Məmmədovla şərik işlədir. Şahin Məmmədov Ağcabədiyə icra başçısı təyin ediləndən sonra dövlət fondunun 300-hektar torpağını qanunsuz olaraq əmisi oğluna verib. Şahin Məmmədov bu əməli torpağın təyinatını dəyişməklə həyata keçirib.

Kənd camaatı ilə çəkişmə

Rövşən Əhmədov rayonun Avşar kənd sakini Bulud İnqilab oğlu Quliyevə, Taynaq kənd sakini Şükür Mərkəz oğlu Hacıyevə və Aşağı Avşar kənd sakini Nizami İnqilab oğlu Nərimanova qarşı qarşı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi və mənəvi ziyanın tələbinə dair rayon məhkəməsində iddia qaldırmışdı. İcra başçısının birinci müavini Rövşən Əhmədov bu şəxslərdən 150 min manat təzminat tələb edirdi. Rayon rəhbərliyi son vaxtlar rayonun Afşar kəndinin ərazisində yüz (100) nəfər sahibkara məxsus 0n min (10. 000)hektar torpaq sahələrini ələ keçirmək üçün olmazın variantlara əl atsalar da hələ ki, bu niyyətlərinə çatmayıblar. Ümumiyyətlə, icra başçısı ilə müavini əhaliyə qan uddurur, rayonu tar-mar edir. Məsələn, respublikanın futbolsuzqalan rayonlarından biri də Ağcabədidi. Yerli camaat stadion üzünə həsrət qalıb. Biriləri ərazini satıb, yerində obyektlər tikilir. Stadionun satılmasında rayon icra başçısı Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədovun adı çəkilib.
Şəhər stadionunun bərbad vəziyyətdə olması, təmir edilməməsi, getdikcə dağılması. ərazisinin hissə-hissə satılması onu göstərir ki, futbola heç bir qayğı yoxdu. Ərazi Lətafət Həsənova adlı şəxsə satılıb. Həmin obyekt hələ də sökülməyib. Sakinlər bu özbaşınalığa son qoyulmasını, stadionda tikilən obyeklərin sökülməsini, stadionun təmir edilməsini tələb etsələr də, mənası olmayıb.

Parkın ərazisini 10 minə satıb

R.Əhmədovun adı bundan əlavə də neqativ işlərdə hallanıb. Bir müddət əvvəl 5 uşaq anası olan dul qadın şikayət edirdi. Ağcabədi rayon sakini, 5 uşaq anası Abdullayeva Arzu Müslüm qızı qarşılaşdığı məmur özbaşınalığı ilə bağlı prezidentə yazmışdı. Arzu xanımın sözlərinə görə o bir müddət əvvəl Ağcabədi rayon İcra hakimiyyətinin başçısından evinin yaxınlığında gözəllik salonu açmaq üçün kiçik bir yer istəyib. Onu dinlədikdən sonra icra başçısı Şahin Məmmmədov birinci müavini Rövşən Əhmədova qadına kömək etməyi və istədiyi torpaq sahəsini ona verməyi tapşırıb. Bir neçə gündən sonra isə Rövşən Əhmədov Arzu Abdullayevanı çağıraraq bildirib ki, onun istədiyi yer park ərazisi olduğundan həmin ərazidən torpaq sahəsi ayıra bilməz. Şikayətçinin etirazlarını dinləmək istəməyən birinci müavin 5 uşaq anasını təhqir edərək otağından qovub. Daha sonra isə məlum olub ki, Rövşən Əhmədov park ərazisi olaraq dediyi həmin torpaq sahəsini elə Arzu Abdullayevanın qonşusu Habil Səfiyevə satıb. Habil Səfiyev isə öz növbəsində Arzu Abdullayevaya bildirib ki, o icra başçısının birinci müavini Rövşən Əhmədova 10 min manat verib. Həmin torpaq sahəsində dükan tikəcək. Arzu Abdullayevanın bildirdiyinə görə Habil Səfiyevin Ağcabədidə bir neçə ticarət və başqa biznes sahələri var.

İcra başçısının nələri yoxmuş?

Onu da deyək ki, ağcabədililər Şahin Məmmədovu rayonun torpaqlarını oliqarxların şirkətlərinə satmaqdan tutmuş rayondakı gəlirli obyektləri ələ keçirməyə qədər müxtəlif qanun pozuntularında və qanunsuz əməllərdə ittiham edirlər. Ağcabədi şəhərində xəstəxana ilə üzbəüz ərazidə yerləşən böyük mağazalar, həmin ərazidə maşın yuma sexi və iri maşınların təmiri sexlər var. Avtomobillərin ehtiyat hissəslərinin satış mağazası, Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin həyətindəki “lepka” sexi, Alman qəsəbəsinin yerində beton zavodu və aqlay sexi, Qarqar çayının yatağında daş, qum və çınqıl sexi icra başçısı Şahin Məmmədova məxsusdur. Bundan başqa rayon sakinləri icra başçısını Alman qəsəbəsinin yerinin 5 hektarını rəsmiləşdirib,ələ keçirməkdə, yerdə qalan ərazsini də icarə adı ilə öz nəzarəti altına almaqda ittiham edirlər. O da bildirilir ki, Şahin Məmmədov həyata keçirdiyi abadlıq, tikinti maxinasiyalarını Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin əli ilə həyata keçirir. Xatırladaq ki, Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyev rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin oğludur və icra başçısının bütün yeyinti əməliyyatlarında iştirak edən kilid şəxslərdən biridir. Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə В«AzelektromontajВ» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin В«AzərauditВ» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi işləyib. 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial – iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ancaq onun icra başçısı kimi fəaliyyətini heç də uğurlu saymaq mümkün deyil.

Qarşı tərəfi dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Dünən, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Dünən, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Dünən, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Dünən, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Dünən, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Dünən, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Dünən, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Dünən, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Dünən, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Dünən, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Dünən, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Dünən, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Dünən, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Dünən, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Dünən, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Dünən, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Dünən, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Dünən, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Dünən, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru